Avrasiya materikində Şimal yarımkürəsindəki bütün iqlim qurılari mövcuddur.Üfüqi zonallıq qanunauyğunluğuna müvafiq olaı burada ekvatorial qurşaqdan qütb qurşağına qədər bütün qurşa növbələşir. Lakin iqlim qurşaqlarının ərazi üzrə yerləşməsinin Avras üçün özünəməxsus xüsusiyyətləri vardır.
Ekvatorial iqlim qurşağı materikdə Hind-Çin yarımadasının cənubunu və Zond adalarını əhatə edir. Qurşağın iqlimi il boyu isti və rütubətli olması ilə seçilir. Sahəcə kiçik ərazi tutur.
Subekvatorial və tropik qurşaqlar tam zolaq təşkil etmir. Tropik qurşaq Ərəbistan yarımadasını, İran yaylasının cənubunu və Hind ovalığının bir hissəsini əhatə edir. Bu qurşaqda il boyu quru və isti hava hakimdir. Hindistan və Hind-Çin yarımadalarında tropik qurşa¬ğın yerini subekvatorial qurşaq tutur. Materikin bu hissəsində subek¬vatorial qurşağın sahəsi genişdir və şimalda bu qurşaq birbaşa sub¬tropik qurşağa keçir. Bu iqlim qurşağının yerləşməsiııdəki fərq materikin şərq və cənub-şərq hissələri boyu musson küləklərinin təsiri ilə yaranır. Yay mussonlarının gətirdiyi bol rütubətli hava axınlarının təsiri altında tropik qurşağın yerini subekvatorial qurşaq tutur.
Subtropik iqlim qurşağı materikin Atlantik okeanı sahillərindən Sakit okeana qədər uzanır və qərbdə Aralıq dənizi sahillərində Pireney yarımadasından şərqdə Yapon adalarının cənubuna qədər ərazini əhatə edir. Qurşağın qərbdən şərqə böyük məsafədə uzanması burada müxtəlif iqlim tiplərinin yaranmasına səbəb olur. Qərb hissə, yəni Aralıq dənizi sahilləri, Kiçik Asiya yarımadası, Mesopotamiya ovalığı subtropik qurşağın Aralıq dənizi iqlimi tipinə aiddir. Bu iqlim tipi üçün yayın quraq və isti, qışın isə rütubətli və mülayim keçməsi xarakterikdir. Subtropik qurşağın Sakit okean sahillərində isə musson iqlimi hakimdir. Yapon adalarının cənubunu və Böyük Çin düzənliyini əhatə edən bu ərazilərin yayı isti və rütubətli, qışı quraq keçir. Subtropik qurşağın daxili hissələri — yayla və dağlıq ərazilər kontinental iqlimə malikdir.
Materikdə daha geniş sahəni mülayim iqlim qurşağı tutur. Bu qurşaq qərbdə Atlantik okeanı sahillərindən başlayaraq şərqdə Sakit okeana qədər enli zolaq şəklində materik boyu uzanmışdır. Mülayim qurşaq daxilində də müxtəlif iqlim tipləri mövcuddur. Atlantik okeanı sahillərində ensiz sahə boyu mülayim dəniz iqlimi hakimdir. Okeandan gələn rütubətli hava kütlələrinin təsiri ilə burada qış yum-şaq, yay isə mülayim və rütubətli keçir. Şərqə tərəf, sonra isə bu qurşaq daxilində Avropanın daha geniş hissələri Ural dağlarına qədər mülayim kontinental iqlimə malikdir. Ural dağlarından Sakit okea¬nın ensiz sahil zolağına qədər olan ərazilərdə kontinental iqlim tipi, Sakit okean sahili boyu ərazilərdə isə musson iqlim tipi yaranmışdır. Kontinental iqlim tipi hakim olan ərazilərdə qış soyuq, yay ayları isti keçdiyi halda, miilayim-kontinental və musson iqlim tipləri ondan bir qədər fərqlənir.
Materikin şimalında İslandiya adasından başlayaraq sahilboyu ərazilər subarktika iqlim qurşağına daxildir. Bu qurşaq ensiz zolaq şəklində Skandinaviya yarımadasının şimalından başlayır və şərqə doğru genişlənir. Bu, həmin istiqamətdə kontinentallığın artması ilə bağlıdır.
Şimal Buzlu okeanındakı adalar və şərq sahilboyu əraziləri Arktika iqlim qurşağında yerləşmişdir. Burada il boyu havalar quru və soyuq, yay çox qısa, sərin, qış isə sərt keçir.
İqlim şəraitindəki müxtəliflik əhalinin həyat və təsərrüfat fəaliy¬yətinə güclü təsir göstərir. Sərt, kontinental iqlim təbii sərvətlərdən istifadəni və ərazinin mənimsənilməsini çətinləşdirir. Daha əlverişli iqlimə malik ərazilərdə bu ehtiyatlar insanlar tərəfindən mənim¬sənilmiş və təbii şərait çox dəyişdirilmişdir.
Avrasiya ərazisində təsərrüfat fəaliyyəti üçün əlverişli sahələr çoxdur. Rütubətli musson iqliminə malik olan Cənubi və Cənub-Şərqi Asiya, yumşaq və rütubətli qışa və isti yaya malik Aralıq dənizi sahil¬lərinin iqlimi bir çox tropik və subtropik bitkilərin yetişdirilməsinə imkan verir. Musson yağışları güclü daşqınlara, güclü küləklər isə çox halda qasırğalara səbəb olur. Son illərdə Avrasiyanın ayrı-ayrı təbii vilayətlərində çox güclü yağışların düşməsi böyük dağıntılara, yüzlərlə şəhər və kəndin daşqın suları altında qalmasına səbəb olmuşdur. Materikin böyük bir hissəsinin iqlimi çox quraqlıq, yaxud sərt olduğundan təsərrüfat üçün o qədər də əlverişli deyil.

Yorum Gönder