İqlimi. Materikin iqliminin formalaşmasında onun coğrafi mövqeyi əsas rol oynayır. Avstraliya isti qurşaqda yerləşir, cənub tropik xətti onun ortasından keçir. Odur ki, ərazinin çox hissəsini tropik qurşaq tutur. Yüksək atmosfer təzyiqi hakimdir. Ucqar şimal və cənub hissələrində subekvatorial və subtropik keçid qurşaqları yerləşmişdir. Tasmaniya adasının cənub hissəsi isə mülayim iqlim qurşağına daxildir.Tropik qurşaqda materikin qərbdən şərqə doğru böyük məsafədə uzanması okeanın yumşaldıcı təsirini azaldır, ərazidə kontinental hava kütlələrinin yaranmasına səbəb olur. Böyük Suayırıcı dağların da iqlimə təsiri böyükdür. Cənub-şərq passatlarınm təsiri ilə dağların şərq yamacları bol yağıntı alır və burada rütubətli tropik iqlim formalaşır. Tropik qurşağın qalan hissələrinə həddindən az yağıntı düşür və geniş bir ərazidə tropik səhra iqlimi hakim olur.
Avstraliyanın subekvatorial qurşaqda yerləşən şimal hissələri yayda (dekabr—fevral) ekvatorial hava kütlələrinin təsiri ilə bol yağıntı alır. Qışda isə (iyun—avqust) burada quru tropik hava
kütlələri hakim olur və havalar quraq keçir.
Materikin cənub hissəsi subtropik qurşaqda yerləşir. Burada 3 iqlim tipi vardır. Cəııub-qərb hissə Aralıq dənizi iqlim tipinə aid olub,rütubətli qışa və quraq yaya malikdir. Cənub-şərq hissədə rütubətlisubtropik iqlimdə yay yağmtılı keçir. Yağıntısı az olan subtropik kontinental iqlim bu qurşağın orta hissəsini əhatə edir.
Əgər Avstraliyanın iqlimini onunla eyni enlikdə yerləşən materik¬lərin iqlimi ilə müqayisə etsək, Avstraliyada temperaturun yüksək, yağıntıların isə az olduğunu müşahidə edərik. Bu isə Avstraliyada okeanların təsirinin az olması, yüksək təzyiq qurşağının geniş ərazidə yayılması və materikin orta hündürlüyünün azlığı ilə izah oluna bilər.
Daxili suları. Avstraliya ərazisinin 60% -ni okeana axarı olmayan hövzə tutur. Ümumiyyətlə, materikdə böyük çaylar yoxdur. Daxili səhra və yarımsəhralarda müvəqqəti axara malik olan çaylara rast gəlinir. Belə çaylar krik adlanır.
Materikin ən böyük və nisbətən bolsulu çayı Murrey (3750 km) və onun qolu Darlinq hesab olunur. Çayların qidalanmasında yağış və yeraltı sular əsas rol oynayır. Yağmtılı dövrdə çaylar daşır və əhali üçün böyük çətinliklər yaradır. Quraq dövrdə çayın səviyyəsi xeyli aşağı düşür, gəmiçilik üçün müəyyən problemlər yaranır. Çayların suyundan suvarma üçün geniş istifadə olunur.
Avstraliyada çoxlu göl var. Lakin onlar axarsız və duzlu göllərdir. Materikin ən böyük gölü isə qumlu ərazidə yerləşən Eyr gölüdür. Onun sahəsi yağıntıların düşməsindən asılı olaraq dəyişir.
Avstraliyanın subekvatorial qurşaqda yerləşən şimal hissələri yayda (dekabr—fevral) ekvatorial hava kütlələrinin təsiri ilə bol yağıntı alır. Qışda isə (iyun—avqust) burada quru tropik hava
kütlələri hakim olur və havalar quraq keçir.
Materikin cənub hissəsi subtropik qurşaqda yerləşir. Burada 3 iqlim tipi vardır. Cəııub-qərb hissə Aralıq dənizi iqlim tipinə aid olub,rütubətli qışa və quraq yaya malikdir. Cənub-şərq hissədə rütubətlisubtropik iqlimdə yay yağmtılı keçir. Yağıntısı az olan subtropik kontinental iqlim bu qurşağın orta hissəsini əhatə edir.
Şəkil . iqlim qrafikləri. |

Yorum Gönder