Bağlanmış xarici ticarət kontraktlarına əsasən yüklərin daşınması prosesi hərəkətin üç sahəsindən ibarətdir:
Hərəkətin birinci ərazisi (sahəsi)- əmtəəni göndərən ölkənin ərazisi üzrə yüklərin daşınması (əmtəələrin yüklənməsi məntəqəsindən sərhədə qədər olan ərazi).
İkinci sahə -yükün digər ölkənin ərazisi üzrə daşınması (mal göndərən ölkənin sərhədindən- yükü qəbul edən ölkənin sərhədinə qədər olan sahə). Bu sahə tranzit ərazisi adlanır.Yalnız ümumi sərhədlərə malik olan qonşu dövlətlər xarici ticarətin kontrogentləri kimi çıxış etdikləri halda belə variant istifadə olunmur.Belə vəziyyətdə yranzit ərazisi olmur.
Hərəkətin üçüncü sahəsi- yükün həmin ölkənin ərazisi üzrə nəql edilməsi (sərhəddən təyinat məntəqəsinə kimi).
“Beynəlxalq nəqliyyat əməliyyatları” anlayışının məzmununa bir neçə qarşılıqlı əlaqədə olan mərhələlər aiddir.
Nəqliyyat vasitəsinin fraktı. Bir qayda olaraq yükgöndərənlərin və yükü qəbul edənlərin xüsusi nəqliyyat vasitələri olmur, ona görə də onları icarəyə götürməli olurlar (fraxtlayırlar). Beynəlxalq nəqliyyat əlaqələrinin həyata keçirilməsində fraxt xidməti vacib yer tutur. Dünya bazarında iri eksportlar nəqliyyat vasitələrinin tam yığımına malik deyillər. ABŞ,Almaniya, Fransa, ÇXR və digər bu kimi ölkələr dəniz daşımalarının ümumi həcminin 80-90%-ni fraxt kompaniyalarından biləvasitə istifadə etməklə reallaşdırırlar. 90-cı illərin əvvəllərində bir ildə fraxt ticarətinin dəyəri 115-125 mlrd.dollar təşkil etmişdir. Fraxt xidmətinin başlıca tədarükçüləri Yapon, Ponama və Liberiya şirkətləridir.
Yükün magistral nəqliyyat vasitələrinə qədər çatdırılması,Bu cür xidmətləri yerli nəqliyyat şirkətləri təqdim edirlər. Onlar eksportlu yükləri xarici alıcılara göndərmək üçün onları limanlara qədər avtomobillər təmin edirlər.
Beynəlxalq daşıma prosesinin həyata keçirilməsi. Bu, göndərilən əmtəənin qiymətində daşımaların necə əks olunmasından, xarici ticarət kontraktının səmərəliyinə nəql etmə məsrəflərinin hansı ölçüdə təsir etməsindən asılı olur.
Nəql edilən əmtəənin nəqliyyatın digər növlərilə daşınması. Mahiyyətcə, söhbət tranzit daşımalarında və yüklərin bir nəqliyyat növündən digərinə boşaldılmasında vasitəçilik xidməti haqqında gedir. Burada yük sahiblərinin kommersiya mənafelərinin qorunması məsələsi çox aktual əhəmiyyət kəsb edir. Yüklərin nəql olunması mütləq sığorta ilə müşayiət olunmalıdır. Ona görə də iri sığorta şirkətləri olan sığortaçılar İnstitutu, General Reinsuraksı Corporation, United MİMS Agency- və digərləri xarici ticarət yüklərinin sığortalanmasını həyata keçirir.
Ekspeditor xidmətləri.Yüksahibi, onun yükü ilə bağlı həyata keçirilən əməliyyatları məntəqələrdə izləyə biləcək nümayəndəyə malik ola bilməz. Digər tərəfdən bir çox yerdə təmsilçinin olması firma üçün qeyri-səmərəlidir. Ona görə bir qayda olaraq, yük sahibləri ekspeditor firmaların xidmətindən istifadə edir. Bu firmalar malların təyinat yerinə qədər etibarlı müşaiyət olunmasını təmin edən xidmətləri öz üzərinə götürürlər. Adətən ekspeditorlar yalnız yüklərin müşaiyət olunması funksiyasını icra etmirlər, həm də tranzitin təşkil edilməsi, digər nəqliyyat vasitəsinə yükün boşaldılması, yüklənmə işlərinin təşkilini, nəqliyyat-müşaiyət sənədlərinin sənədləşdirilməsini,fraxta görə hesablaşmaların həyata keçirilməsini, yük terminalların operatorları ilə yüklərin konteynerləşdirilməsini yerinə yetirirlər.
Beynəlxalq daşımaların təşkili çox mürəkkəb proseduradır. Beynəlxalq əlaqələrdə əsas nəqliyyat növünün dəniz nəqliyyatı olmasını nəzərə alaraq daşınma prosesinin təşkili prinsiplərinin diqqətlə izləyək.Daşınma prosesinin konkret punktları ikitərəfli beynəlxalq razılaşmalarda tərəflərin hüquqi münasibətləri işlənilir və qeyd olunur. Beynəlxalq gəmiçilikdə daşımaların iki əsas forması üstünlük təşkil edir: xətti(müntəzəm) və tramplı(qeyri-müntəzəm). Xətti təşkiletmə beynəlxalq ticarətin əsas, iri coğrafi istiqamətləri üzrə daşımaları nəqliyyat vasitələri ilə təmin edir. Gəmi müəyyən edilmiş marşrut üzrə uzun müddətə (3-5 il) təhkim edilir. Burada Yaponiya,ABŞ,Fransa, Kanadanın iri gəmiçilik şirkətləri fəaliyyət göstərirlər.Xətti daşıyıcılar müştərilərə daşıma xidmətlərinin bütöv yığımını, o cümlədən nəinki təyinat limanına qədər, həm də yükün boşaldılması, saxlanılması, yenidən yüklənməsi imkanını yaradırlar. Xətti daşımalar dəniz konosomentləri ilə rəsmiləşdirirlər. Bu sənəd hüquqi cəhətdən daşıyıcının hüquqlarını möhkəmləndirir və eksportlu əmtəənin yüklənməsi, göndərilməsi faktını təsdiq edir.
Tramplı gəmiçilik-qeyri əsas dəniz magistrallarında inkişaf edir və aşağıdakı xüsusiyyətlərə malikdir:
Gəmi müəyyən olunmuş müddətə təhkim olunmur.
Xətti təşkil etmədən fərqli olaraq daşımalar üzrə tariflər daha sabitdir və bazarında tələb və təklifdən asılı olaraq dəyişir.
Fraxt vasitəçiləri əsas fiqur olurlar. Onlar qısa müddətə yüklərin çatdırılması üçün gəmiləri icarəyə verirlər(müəyyən şərtlər təklif etməklə).Tramp gəmiçiliyində dəniz daşımaları sazişi çarter(qısa müddətli icarə) formasına malikdir.Çarter sazişinin aşağıdakı formaları mövcuddur:reys üzrə çarter; taym çarter(time charter)-daha uzun müddətə;təcili çarter(prompt-çarter)-daşımaların gələcək müddəti üçün gəminin hazırlanması barəsində saziş; spot-promt-çarter(spot-prompt-charter)-müəyyən olunmuş müddətə gəminin ləngimədən hazırlanması haqqında saziş.
Fraxt xidmətləri bazarında tramp gəmiçiliyi üçün ölkənin nisbətən böyük olmayan fraxt şirkətləri ixtisaslaşırlar. Bu şirkətlər öz ölkələrində çox da böyük olmayan marşrutlar üzrə fraxt vasitəçiliyini öz üzərlərinə götürürlər.Bu şirkətlər Panama, Yamayka, Barbados(Amerikada); Liberiya, Mərakeş, Nigeriya(Afrikada); Almaniya, Malta, İspaniya, Norveç(Avropada) ölkələrinə məxsusdurlar.

Yorum Gönder