Azərbaycanın ən böyük Coğrafiya jurnalı

SÜNİ SU OBYEKTLƏRİ. SU ANBARLARI VƏ KANALLAR ( 8-ci sinif)

Respublikamızda 140-a qədər müxtəlif ölçüdə süni göl vardır. Onların ümumi sahəsi 87 min hektar, suyunun həcmi 18,5 km3-ə bərabərdir. Tutumu 1 mln. m3-dən artıq olan və müxtəlif tənzimləmə xüsusiyyətinə malik 34 su anbarı vardır. Hazırda respublikamızda su anbarları

Respublikamızda 140-a qədər müxtəlif ölçüdə süni göl vardır. Onların ümumi sahəsi 87 min hektar, suyunun həcmi 18,5 km3-ə bərabərdir. Tutumu 1 mln. m3-dən artıq olan və müxtəlif tənzimləmə xüsusiyyətinə malik 34 su anbarı vardır. Hazırda respublikamızda su anbarları təsərrüfatda təbii göllərdən qat-qat artıq istifadə olunur. Azərbaycandakı süni göllərin ən nəhəngi Mingəcevir su anbarıdır. Onun sahəsi 605 km2, uzunluğu 70 km, eni 18 km, orta dərinliyi 27 m-dir. Mingəçevir su anbarının sahəsi respublika əhəmiyyətli bütün su anbarlarının ümumi sahəsinin 72%-ni, tutumu isə 85%-ni (16 km3) təşkil edir. Mingəçevir su anbarı Kür çayının Bozdağı yarıb keçdiyi hissədə uzunluğu 1500 m, hündürlüyü 80 m olan bənd vasitəsilə yaradılıb. Mingəçevir su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları çəkilmişdir. Mingəçevir su anbarının suyu ilə 200 min hektardan artıq torpaq sahəsi bərəkətli tarlalara, bağlara çevrilmişdir. Kür çayı üzərində, həmçinin Varvara, Şəmkir, Yenikənd su anbarları tikilmişdir. Respublikamızın sahəsi ikinci yeri tutan su anbarı Araz su qovşağıdır. Onun sahəsi 143 km2-dir. Mingəçevir su anbarından 4,3 dəfə kiçikdir. Respublikamızın dağətəyi zonasında da bir sıra su anbarı yaradılmışdır. Sərsəng (Tərtərçayda), Ağstafa, Coğaz, (Qazaxda), Xanbulançayda (Lənkəran), Nohurqışlaq (Qəbələ), Aşıq Bayramlı (İsmayıllı), Cavanşir (Ağsu), Arpaçay, Köndələnçay su anbarları buna misal ola bilər. Ceyranbatan su anbarı Abşeron yarımadasının sənaye müəssisələrinin və əhalisinin su təchizatında və Abşeron bağlarının, əkin sahələrinin suvarılmasında böyük rol oynayır. Onun sahəsi 14 km2-ə yaxındır. Su anbarı Samur-Abşeron kanalı vasitəsi ilə təchiz olunur. Samur-Abşeron kanalı Samur su qovşağından başlayaraq, Ceyranbatan su anbarına qədər davam edir. Kanalın suyu ilə 92 min hektar ərazi suvarılır. Ceyranbatan su anbarı və Abşeron kanalı su ilə təmin edilir. Yuxarı Qarabağ kanalı Mingəçevir su qovşağından Bəhramtəpə su qovşağına qədər uzanır və Mil, Qarabağ düzlərində 76 min hektar torpağı su ilə təmin edir. Yuxarı Şirvan kanalı Mingəçevir su anbarından Ağsu çayına qədər uzanır. Bu kanal Şirvan düzünün 120 min hektardan artıq ərazisini suvarır. Baş Mil kanalı Araz üzərindəki Mil-Muğan su qovşağından başlayır və Mil düzündə 38 km məsafədə uzanır. Onun suları ilə Füzuli, Beyləqan, Ağcabədi, İmişli rayonlarının həmin hektara yaxın torpağı suvarılır. Baş Muğan kanalı Araz çayı üzərindəki Bəhramtəpə su qovşağından Muğan düzünədək uzanır. Bu kanalın suları Muğan düzünün 68 min hektara yaxın ərazisinə “can” verir. Əzizbəyov adına kanal Bəhramtəpə su qovşağından Masallı rayonu ərazisinə kimi davam edir. İmişli, Biləsuvar, Cəlilabad rayonlarının 69 min hektara yaxın ərazisini suvarır.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget