Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünya sənayesinin coğrafiyası

Sənaye maddi istehsalın başlıca sahələrindən biridir. Dünya sənayesində 350 mln nəfərdən çox adam çalışır. Məhsulun iqtisadi cəhətdən təyini əlamətinə görə "A" - ağır (istehsal vasitələri istehsalı) və "B" - yüngül və yeyinti (istehlak malları istehsalı) sənaye sahələrinə bölünür.

Sənaye maddi istehsalın başlıca sahələrindən biridir. Dünya sənayesində 350 mln nəfərdən çox adam çalışır. Məhsulun iqtisadi cəhətdən təyini əlamətinə görə "A" - ağır (istehsal
vasitələri istehsalı) və "B" - yüngül və yeyinti (istehlak malları istehsalı) sənaye sahələrinə bölünür.
Əmək cisminə təsir əlamətinə görə hasilat və emaledici sənaye sahələri fərqlənir. Hazırda emaledici sənaye ümumi sənaye məhsulu dəyərinin 90%-ni özündə əks etdirir. Bu sahədə maşınqayırma, kimya, elektroenergetika daha sürətlə inkişaf edir. Elmtutumlu mikroelektronika, EHT, robotqayırma, atom və aviakosmik istehsal, üzvi sintez kimyası,mikrobiologiyanın xüsusi çəkisi artır. Sənayenin apana və ETİ-nin inkişafında həlledici rol oynayan sahələri yanacaq-energetika, maşınqayırma, kimya sənayeləridir.
Dünyanın iqtisadi xəritəsində sənaye sahələrinin coğrafi mənzərəsi nöqtələr arealı kimi gözə çarpır. O, dünya ərazisi üzrə qeyri-bərabər yerləşir, İEÖ-də daha "dolğundur" və
şəhər əhalisinin yerləşməsinə uyğundur. Sənaye istehsalının Dünya okeanı sahillərinə meyl etməsi güclənir.
Ayrı-ayrı sənaye sahələrinin yerləşməsinə təbii və sosial-iqtisadi amillər təsir edir. Hasilat sənaye təbii xammalın yayıldığı bölgəyə, yüksək xammal və enerji tutumlu emaledici
sənaye sahələri təbii resursların bol olduğu bölgələrə meyl edir. Digər emaledici sənaye sahələri sosial-iqtisadi amillərə (əmək resursları, istehlakçı, nəqliyyat və s.) uyğun yerləşir.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget