Coğrafi mövqeyi. Okeaniya Sakit okeanın mərkəzi və qərb hissəsində yerləşən adalar qrupuna verilən addır. Bu adaların təbiəti yaxınlıqda yerləşən Avstraliya materikinin təbiətindən də fərqlənir.
Odur ki, onlar ayrıca nəzərdən keçirilir. Okeaniya ümumi sahəsi 1,3 mln. km2-ə bərabər olan 7 minə qədər adanı özündə birləşdirir. Coğrafi cəhətdən Şimal yarımkürəsinin subtropik qurşağından Cənub yarımkürəsinin mülayim qurşağına qədər ərazidə yerləşmişdir. Sakit okean səthinin 2%-i Okeaniya adalarının payına düşür. Adaların sahəsinin çox hissəsini Yeni Qvineya, Yeni Zelandiya, Havay, Fici, Tuaınotu və s. adaları təşkil edir.
Okeaniya adaları Melaneziya, Mikroneziya, Polineziya və Yeni Zelandiyaada qruplarını əhatə edir. Melaneziya yunanca qara adalar, Mikroneziya kiçik adalar, Polineziya isə çoxlu adalar mənasını verir. Yeni Zelandiya iki böyük və bir neçə xırda adalardan ibarətdir.
Okeaniya avropalılara hələ XVI əsrdən F.Magellanın ilk dünya səyahəti zamanından məlum olmuşdur. Adaların kəşfində və öyrənilməsində C.Kukun, A.Tasmanm, F.Litkenin, N.N.Mikluxo-Maklaym, T.Heyerdalın və başqalarının olduqca böyük xidmətləri var.
Təbiəti. Okeaniya adalarının təbiəti əsrarəngiz gözəlliyi ilə seçilir. Adaların sahəsinə və coğrafi mövqeyinə görə müxtəlifliyi, geniş ərazidə okean suları ilə əhatələnməsi, materikdən və bir-birindən aralı yerləşməsi onların təbiətinə və burada yaşayan xalqların həyat şəraitinə güclü təsir göstərmişdir.
Burada istər materik, istərsə də vulkan və mərcan mənşəli adalar vardır. Lakin vulkan və mərcan mənşəli adalar daha çoxdur. Qərb hissədə Okeaniya adaları litosfer tavalarının sərhədində yaranmış adalar qövsündə yerləşir.
Adaların, demək olar ki, əksər hissəsi ekvatorial, tropik və subtropik qurşaqlar daxilində yerləşmişdir. Yalnız Yeni Zelandiya və ona yaxın adalar subtropik və mülayim qurşaqlar daxilində qalır. Okeaniyanın iqlimi isti və yumşaq olub, insanların həyatı və fəaliyyəti üçün çox əlverişlidir. Ekvatora yaxın yerləşdiklərinə görə, adalarda il boyu havanın temperaturu yüksək olur. Lakin okeandan əsən küləklər havanı xeyli yumşaldır. Temperaturun sutkalıq və illik tərəddüdü azıdır.
Okeaniya adalarının digər ərazilərdən təcrid olması özünü daha çox onıtn üzvi aləmində göstərir. Mərcan mənşəli kiçik adalarda içməli suyun az olması, torpaq örtüyünün zəif inkişafı ,bitki və heyvanlar aəminin bir qədər kasadlığına səbəb olmuşdur.
Materik və vulkan mənşəli adalarda isə üzvi aləm zəngin və daha müxtəlifdir. Məsələn, Yeni Qvineya adasında 20 minə qədər bitki növü var. Dağlarda hündürlük qurşaqları yaranır. Küləyə tərəf olan yamaclar bol yağıntı alır. Heyvanlar aləmində yırtıcılar və zəbərli ilaıılar çoxdur. Bu adaları okeanda yerləşən vahələrə bənzətmək olar.
Əhalisi. İnsanların Okeaniya adalarında məskunlaşmasının bir ıeçə min il əvvəl baş verdiyi güman edilir. Onların bura necə gəldiyi haqqında bir neçə fərziyyə vardır. Bir fərziyyəyə görə, insanlar Olkeaniya adalarına Cənub-Şərqi Asiyadan köçib gəlmişlər. Norveç səyyahı T.Heyerdala görə isə yerli əhali Cənubi Amerikadan köçüb gələnlərin nəsilləridir. Okeaniyalılar mahir dənizçi olmuşlar. Onlar istiqaməti ulduzlara əsasən təyin edə bilir, etibarlı və möhkəm qayıqlar düızəltmiş , uzaq məsafələrə səyahət edirlər.
Hazırda Okeaniya əhalisi yerlilərdən, gəlmələrdən və qarışıq nəsillərdən ibarətdir. Yerli əhali bir-birindən təkcə irqinə görə deyil, həmçinin dilinə və məişətinə görə də fərqlənir. Melaneziya adalarımda (Yeni Qvineya, Solonıon, Fici və s.) ekvatorial irqə mənsub olan papuaslaf məskunlaşmışlar. Mikroneziya və Polineziyada isə xüsusi Polineziya qrupuna aid edilən xalqlar yaşayırlar. Onlar papuaslardan dərilərinin rənginin bir qədər açıq olması, buruq saçları ilə fərqlənirlər. Yeni Zelandiyanın yerli əhalisi maori adlanır. Lakin əhalinin çox hissəsisi Böyük Britaniyadan gələnlərin nəsilləri təşkil edir.
Okeaniyanın müasir əhalisi başlıca olaraq əkinçiliklə məşğul olur, kokos palması, banan, ananas, şəkər qamışı və s. bitkilər becərir. Balıqçılıq təsərrüfatı burada ənənəvi sahə hesab olunur. Adalarda əlvan metallar, daş kömür, fosforit və s. faydalı qazıntılar hasil edilir.
Ekoloji tarazlığın pozulması Okeaniya adalarında da özünü göstərir. Bir sıra adalarda nüvə silahının sınaqlarının keçirilməsi adaların təbiətinə güclü təsir etmişdir. Qiymətli ağac növləri qırılaraq daşınır, sahil suları çirkləndirilir və s.
Okeaniya uzun müddət müstəmləkə olmuşdur. Burada yalnız Yeni Zelandiya müstəqil dövlət idi. Hazırda müstəqil dövlətlərin sayı 15-dən çoxdur (Yeni Qvineya (Papua), Nauru, Fici, Qərbi Samoa və s.). Qalan adalar isə ABŞ, Fransa, Avstraliya və s. dövlətlərin müstəmləkələri olaraq qalır.

Yorum Gönder