Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Xəzər dənizinin öyrənilməsi

Xəzərin planlı və ardıcıl oyrənilməsinin əsasını professor Q.K.Gul qoymuşdur. Onun rəhbərliyi altında Xəzərə aid geniş tədqiqat işləri aparılmış və coxsaylı elmi əsərlər yazılmışdır. 1972-ci ildə Xəzərin acıq hissəsində tərpənməz ozul uzərində dunyada birinci olaraq dəniz observatoriyası yaradıldı. Bu observatoriyanın təşkilində, umumiyyətlə Xəzərin bir sıra yeni problemlərinin tədqiq olunmasında T.M.Tatarayevin əvəzsiz xidmətləri olmuşdur.

Xəzər dənizi Azərbaycan Respublikası tarixi-coğrafiyasına, təbiətinə və muasir iqtisadi həyatına onəmli təsir gostərir. Ona gorə də bu unikal dəniz-golun oyrənilməsi respublika xəzərşunaslarının daim diqqət mərkəzində olmuşdur.
Xəzərin planlı və ardıcıl oyrənilməsinin əsasını professor Q.K.Gul qoymuşdur. Onun rəhbərliyi altında Xəzərə aid geniş tədqiqat işləri aparılmış və coxsaylı elmi əsərlər yazılmışdır.
1972-ci ildə Xəzərin acıq hissəsində tərpənməz ozul uzərində dunyada birinci olaraq dəniz observatoriyası yaradıldı. Bu observatoriyanın təşkilində, umumiyyətlə Xəzərin bir sıra yeni problemlərinin tədqiq olunmasında T.M.Tatarayevin əvəzsiz xidmətləri olmuşdur.
Muxtəlif adlar və tabeciliklər altında fəaliyyət gostərən və nəhayət 1988-ci ildən yenidən Azərbaycan EA Coğrafiya İnstitutuna verilən «Xəzər dənizi problemləri mərkəzi» dənizin hərtərəfli oyrənilməsinin əsl qərargahı rolunu oynamağa başladı. Bu mərkəzdə: Xəzərin rejimi, axımları, temperaturu və duzluluğun şaquli və ufuqi istiqamətdə paylanması, səth və daxili dalğaları atmosferlə dənizin qarşılıqlı təması, bioloji aləmi, dənizdəki təsərrufat fəaliyyətinin hidrometeoroloji və ekoloji şəraiti və s. muntəzəm olaraq oyrənilirdi.
Sinoptik iqlim baxımından Xəzərin rayonlaşdırılması, onun uzərində hava şəraitini yaradan atmosfer prosesləri, kuləklərin qruplaşdırılması və s. Ə.A.Mədətzadə tərəfindən oyrənilmişdir.
Olkə xəzərşunasları dəniz səviyyəsinin tərəddudləri və onun başlıca amillərinin tədqiq olunmasında yaxından iştirak edirlər. Belə tədqiqatlar nəticəsində muəyyən olunmuşdur ki, Xəzərin səviyyə tərəddudləri 80-90 faiz hidroklimatoloji 10-20 faizi isə geoloji və antropogen amillərlə bağlıdır.
Xəzərin axınlarının daxili strukturunu, onda baş verən pulsasiyaların olculməsi işlərini ilk dəfə R.M.Məmmədov tədqiq etmişdir. Onun Xəzərlə bağlı son illər hazırladığı bir sıra beynəlxalq əhəmiyyətli layihələr həyata kecirilmişdir.
Xəzərin dibinin relyefi, Abşeron yarımadasının, cənubi Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və dinamikası ətraflı oyrənilmiş və rayonlaşdırılması aparılmışdır. Umumiyyətlə, Xəzər dənizinin sahillərinin formalaşmasında təbii amillərin rolu təhlil edilmiş və morfometriyası oyrənilmişdir. (N.Ş. Şirinov, A.İ.Xəlilov, N.M.Mehdiyev, X.Ə.Əliyev, R.X.Priyev). N.Ş.Şirinovun, X.Ə.Vəliyevin, Q.Q. Əliyevin, «Xəzərin, onun sahillərinin təbiəti və ekologiyası» (Bakı, 1998) kitabında Xəzərin mənşəyi, təbiəti, sahillərinin relyefi və onda baş verən dəyişikliklər, dəniz və sahillərinin ekologiyası ətraflı tədqiq edilmişdir.
Xəzər dənizinin ekoloji vəziyyətinin oyrənilməsi istiqamətində son illər aparılan tədqiqatların, hazırlanan layihələrin sayı xeyli artmışdır. Dənizin neft məhsulları, fenol və digərləri ilə cirklənməsinin paylanması təsnifatı verilmiş, Azərbaycanın sahil zonasına axıdılan cirkab sularının miqdarı və tərkibi haqqında ətraflı məlumat toplanıb təhlil edilmişdir (N.M.Ağalarova).
Xəzərin oyrənilməsində aerokosmik metodların tətbiqi xeyli genişləndirilib və dəqiq hesablamaların sayı artmışdır.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget