Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Xəzər dənizinin səviyyəsi tərəddüdü

Dənizin səviyyəsinin dəyişməsi başlıca olaraq onda olan su kütləsinin dəyişməsi ilə bağlıdır. Bu əsas səbəbdir. Ancaq başqa səbəblər də ola bilər. Suyun kütləsinin dəyişməsi öz növbəsində dəniz suyunun duzluluğuna və bioloji rejiminə təsir edir.

Xəzər dənizinin səviyyəsi daima tərəddüd etməkdədir. Onun səviyyəsi vaxtaşırı gah qalxır, gah da enir. Bununla əlaqədar olaraq dənizin dərinliyi və tutduğu sahə əsaslı dəyişikliklərə uğrayır. Sahildə gedən proseslər (yuyulma, akkumulyasiya) həm kəmiyyət, həm də dinamik dəyişmələrə məruz qalır. Dənizin səviyyəsinin dəyişməsi başlıca olaraq onda olan su kütləsinin dəyişməsi ilə bağlıdır. Bu əsas səbəbdir. Ancaq başqa səbəblər də ola bilər. Suyun kütləsinin dəyişməsi öz növbəsində dəniz suyunun duzluluğuna və bioloji rejiminə təsir edir. 
Səviyyənin dəyişilməsilə əlaqədar olaraq sahil sularında dərinlik də sabit olmur. Bu da dənizdə, xüsusən onun şelf zonasında (dəniz və okeanların sahildən 200m-ə qədər olan dərinlikləri) hidrometeoroloji proseslərə (dalğalanma, axınlar, qabarma-çəkilmə və s.) ciddi təsir göstərir onların əsas parametrlərini müəyyənləşdirir.
Dəniz səviyyəsinin vaxtaşırı dəyişməsinə təəccüb etmək əslində doğru deyil. Bəzi insanlar, xüsusilə də dənizlə əlaqədar təsərrüfat sahələrində işləyənlər belə hesab edirlər ki, guya dəniz səviyyəsinin tərəddüd etməsinin qarşısını almaq olar. 
Səviyyənin tərəddüdü Xəzər dənizinin inkişafına xas olan təbii qanunauyğunluqdu.Bunu törədən səbəblərdən bir qismi qlobal miqyasdsa gedən təbii proseslərin nəticəsidir. Başqa bir qismi isə dənizin, onun tutduğu çökəkliyin, bütün hövzənin inkişaf xüsusiyyətləri ilə əlaqədardır.
Bütün bunlara effektli təsir etmək isə insanların hələ də həll edə bilmədiyi bir problemdir. Insan zəkası insanlara ziyan verən dəhşətli təbii hadisələrin, o cümlədən dəniz səviyyəsinin dəyişməsinin qarşısını almaqda acizdir.
Bəzən insanlar, hətta bəzi mütəxəssislər, alimlər təsərrüfatımıza, iqtisadiyyatımıza sərfəli optimal səviyyə axtarışı ilə məşğul olurlar. Bunun üçün küllü miqdarda vəsait sərf edirlər. əslində bu da mənasızdır. Tutalım ki, sərfəli səviyyə müəyyən edildi. Axı bunun sonrası da var. Səviyyə hec vaxt istənilən kimi sabitləşdirilə bilməz. Yuxarıda qeyd etdik ki, səviyyəni dəyişdirən səbəblər Xəzər 
dənizinin və onun hövzəsinin qanunauyğun inkişafının insanların iradəsindən asılı olmayan əlamətidir. Lap bu yaxınlaradək çoxlarına elə gəlirdi ki, dəniz səviyyəsini bizə sərfəli həddə saxlamaq üçün başqa hövzələrin çaylarını Xəzər dənizinə axıtmaq, Qaraboğazqol körfəzinə dənizdən axıdılan suyun miqdarını azaltmaq və ya artırmaq və yaxud da Şimali Xəzərin dayaz bir hissəsini səddlə ayırmaq kifayət edərdi. Lakin bu düzgün variant deyil. əvvəla ona görə ki, Xəzər dənizinin səviyyəsi yuxarıda dediyimiz kimi dəyişkəndir. Tutalım ki, səviyyə aşağı düşərkən başqa hövzə çayları Xəzərə axıdıldı. Bəs səviyyə qalxanda nə etməli? Başqa hövzələrdən Xəzər dənizinə əlavə suyun axıdılması 1978-ci ilə qədər başa çatdırılsaydı səviyyənin qalxdığı dövrdə bu böyük faciəyə səbəb olardı. 
Qaraboğazqol körfəzi ilə əlaqədar görülən tədbiri nəzərə alsaq nə qədər ziyana uğranıldığını görərik. Belə ki, səviyyə aşağı düşərkən xeyli xərc çəkib körfəzin ağzına nəhəng bir sədd çəkildi. Beləliklə, yüz milyonlarla xalqa mənfəət gətirən, müxtəlif duzlarla və nadir elementlərlə zəngin olan körfəzin təbii rejimi korlandı, təbiətin bizə bəxş etdiyi varlı gəlir mənbəyinin axırına çıxıldı. Səviyyənin 1978-ci 
ildən başlayaraq intensiv qalxması ilə əlaqədar olaraq, bütün sahil texniki qurğularını, yaşayış məntəqələrini, yolları, kəmərləri, neft mədənlərini və s...su basması təcili olaraq milyonlarla manata başa gələn səddi dağıtmağa məcbur etdi.
Başqa hövzələrdən Xəzər dənizinə axıdılan çaylar haqqında işlənən layihələrin də taleyi məlumdur. Yüz milyonlarla vəsait məsarif edib layihə tərtib edəndən sonra məlum olmuşdur ki, bu layihəni tərtib edərkən çox ciddi səhvlər buraxılmışdır. Nəzərdə tutulan tədbirlərin ətraf mühitə, o çayların töküldüyü 
hövzələrin təbii rejiminə və bu çaylar boyunca yerləşmiş təbii sərvətlərə, onlardan istifadə edilməsi məsələsinə, təsərrüfata konkret olaraq necə təsir etməsiməsələləri elmi əsaslarla müəyyən edilməmişdir. Bundan əlavə bu nəhəng tikinti ilə əlaqədar olaraq küllü miqdarda meşələr, torpaqlar, neft-qaz, torf və başqa faydalı qazıntı yataqları, yaşayış məntəqələri və s...suyun altında qalasıydı. Böyük məsafədə tikiləsi kanalların üstündə yeni şəhərlər, qəsəbələr, kəndlər salınmalıydı, bura 
başqa yerdən əhali köçürülməli idi, yollar çəkilməliydi və s...Bunun üçün milyardlarla vəsait lazım idi. Dövlətin isə buna imkanı yox idi. Bütün bunlara görə də bu tədbirlərin həyata keçirilməsi demək olar ki, birdəfəlik dayandırıldı.
1978-ci ildən başlayaraq Xəzər dənizi səviyyəsinin intensiv qalxması xalq təsərrüfatına 10 milyardlarla ziyan vurmuşdur. Bəs Xəzər dənizinin səviyyəsi və onun tərəddüd etməsilə əlaqədar nə etmək olar? Bununla əlaqədar olaraq ilk növbədə səviyyənin tərəddüd etməsinin səbəblərini araşdırmalıyıq. Bu səbəblər  sırasında onların hansının daha əsas rol oynadığını müəyyən etməliyik. Dənizin hidroloji rejimində, onun səviyyəsinin dəyişməsində mövcud olan əsas qanunauyğunluqları müəyyən etməyə çalışmalıyıq. əfsus ki, bu məsələlər elmimizdə tələb olunan səviyyədə işlənilməmişdir. Bu səbəbləri, amilləri, qanunauyğunluqları müəyyən edə bilsək, dəniz səviyyəsinin tərəddüd etməsi proqnozunu verə bilərik. Bütün bunları biləndən sonra dəniz və onun sahillərilə əlaqədar olan həyatımızı, təsəərrüfatımızı və s...fəaliyyətimizi hər bir vaxt, dövr üçün mövcud dəniz səviyyəsinə və onun dəyişkənliyinə uyğunlaşdıra bilərik. Onda səviyyənin dəyişilməsilə əlaqədar gedən proseslərin neqativ təsiri əleyhinə sahili möhkəmləndirmək, onları uçmaqdan, yuyulmaqdan, su basmasından muhavizə tədbirlərini elmi cəhətdən əsaslandırılmış halda həyata keçirə bilərdik. Belə olan halda dəniz səviyyəsinin dəyişməsinin insanlara vurduğu ziyanı xeyli azaltmış olarıq.
Dəniz səviyyəsinin və onu törədən amillərin inkişafında və dəyişkənliyində zaman etibarilə müxtəlif ritmlər mövcuddur. Elə ritmlər vardır ki, onların baş verməsi yüz min illərlə vaxtı əhatə edir.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget