18-ci əsrdən etibarən heyvanlar hava balonlarında və təyyarələrdə test üçün istifadə ediliblər. 1783-cü ildə qoyun, ördək və xoruz Monqolfye qardaşları tərəfindən ixtira edilən hava şarında uçurulmuşdu. Balon 8 dəqiqə ərzində 2mil (3.2 km) məsafə qət etmiş və sağ-salamat yerə endirilmişdi.
Raket elminin ilk vaxtlarında fəzada çəkisizliyin canlılara necə təsir edəcəyi bilinmirdi. Heyvanlar – əsasən itlər, meymunlar, şimpanzelər – kosmosda sağ-salamat qalmağın və zərər dəyəmədən geri gəlməyin mümkünlüyünü yoxlamaq üçün testlərdə istifadə edilirdi.
O vaxtdan bəri, heyvanlar əksər bioloji funksiyalara kosmik fəzanın necə təsir etdiyini öyrənməkdə böyük rol oynamaqda davam edir. Astronavtlar əksər heyvan növləri ilə təlim keçmişdilər – arılar, böcəklər, tısbağalar, milçəklər, soxulcanlar, balıqlar, hörümçəklər, dovşanlar, qarışqalar, qurbağalar, siçanlar, tritonlar, ilbizlər, kəpənəklər, dəniz donuzları, əqrəblər və tarakanlarla.
Kosmik fəzaya çıxan ilk heyvanlar – əvvəlki raketlərdə ola biləcək bakteriyaları nəzərə almasaq – meyvə milçəkləri olmuşdur. 1947-ci ilin 20 fevralında yüksəklikdə radiasiya təsirini yoxlamaq üçün meyvə milçəklərini German V-2 raketində fəzaya göndərdi. 3 dəqiqə 10 saniyə müddətində meyvə milçəkləri 68 mil (108 km) məsafə qət etdilər.
Kosmik fəzaya göndərilən ilk məməli isə 2-ci Albert adlı meymun olmuşdur. 1-ci Albertin missiyası uğursuz başa çatmışdı, lakin 2-ci Albert 1949-cu il, 14 iyunda fəzada 83 mil məsafə qət etmişdi. Albert uçuş üçün anesteziya edilmiş, uçuş boyu sensorlar vasitəsilə həyati göstəriciləri təhlil edilmişdi. Bəxtsizlikdən, 2-ci Albert atmosferin sıx qatlarına daxil olarkən ölmüşdü. Ümumiyyətlə 32 meymun kosmosa göndərilmişdi.
1950-ci ilin avqustunda göndərilən siçan 85 mil (137 km) hündürlüyə çata bilmişdi. Amma raketdən paraşüt ayrılarkən xəta baş verdiyindən heyvan da ölmüşdü.
1950-ci illərdə digər başqa siçanlar da kosmik fəzaya göndərilmişdi.
Fransızlar ilk pişiyi kosmik fəzaya göndərdilər. Felicette adlı pişiyə elektrodlar yerləştirilmişdi ki, onun vəziyyəti barədə məlumatları ötürsün.O,
100 mil (160 km) hündürlüyə çata bildi və sağ-salamat yerə endirildi.

ABŞ meymunları sınaqdan keçirərkən, SSRİ itlərlə təcrübə aparırdı. 50-ci və 60-cı illərdə Sovetlər ən az 57 iti sınaqdan keçirmişdi.
Göndərilən ilk itlər Çiqan və Dezik idi. Onlar orbitəqədərki kosmik fəzaya 1951-ci il 22 iyulda çatdılar. Onlar kosmik uçuşdan sağ-salamat qayıdan ilk məməlilər idi.
Layka adlı it isə Yer orbitinə çatan ilk varlıq oldu. Bu “Sputnik 2” vasitəsilə 3 noyabr 1957-ci ildə baş verdi. Uçuş zamanı bir neçə saat sonra Layka temperatur və stressdən öldü.
Layka cavan Sibir iti idi (husky). İtin adı əslində Kudryavka idi və dişi idi. Lakin o Sibir iti (husky) olduğundan Layka adlandırıldı. O, Moskva küçələrindən tapılıb xilas edilmişdi. Sovet alimləri güman eirdilər ki, küçə heyvanları artıq aclıq və soyuq temperatura, eləcə də ağır şərtlərlə yaşayışa uyğunlaşıblar və dözə bilirlər. Layka və digər başqa iki it kiçik qəfəsdə saxlanılmaqla və qidalandırıcı gel yeməyi öyrətməklə (bu onların kosmosda qidası olacaqdı) kosmosa uçuşa hazırlandılar.
Təəssüf ki, Laykanın səyahəti biryolluq idi. Atmosferə geri qayıtma planı düzgün işləmədi və daha sonra onun haqqında məlumat almaq mümkün olmadı Dəqiq bilinmir ki, Layka orbitdə nə qədər yaşadı – bu bir neçə saat da ola bilər, bir neçə gün də – onun həyati dəstəkləri bitənə qədər. “Sputnik 2” atmosferin yuxarı qatında 1958-ci ilin aprelində yandı.
SSRİ-nin “Sputnik 5 raketi” (19 avqust, 1960) heyvanları orbitdən diri geri gətirə bilən raket idi. Sərnişinlər Belka və Strelka adlı itlər, eləcə də bir boz dovşan, 42 siçan, iki siçovul,
meyvə milçəkləri idi.
28 may 1959-cu ildə kosmik uçuşdan sonra uğurla qayıdan ilk meymunlar Able və Baker oldu. Onlar 16 dəqiqəlik uçuşun 9 dəqiqəsindən çoxunu çəkisizlik şəraitində keçirdilər.
Həmçinin bu meymunlar saatda 16.093 km sürətlə hərəkət etmişdilər.
Ham adlı şimpanzeyə isə kosmik uçuş zamanı tapşırıqları yerinə yetirmək üçün təlimlər keçilmişdi. Ham 1961-ci il, 31 yanvar uçuşunundan sonra məşhur oldu. Ham banan dilimlərini qəbul etmək və elektrikdən uzaq durmağı öyrəndi. O, doğurdan da, sadəcə kosmik gəminin sərnişini olmaqdan çox, gəmi ilə qarşılıqlı
əlaqədə olması ilə yadda qaldı.
Fransızlar ilk pişiyi kosmik fəzaya göndərdilər. Felicette adlı pişiyə elektrodlar yerləştirilmişdi ki, onun vəziyyəti barədə məlumatları ötürsün.O,
100 mil (160 km) hündürlüyə çata bildi və sağ-salamat yerə endirildi.
Çinlilər 1964-1966-cı illərdə kosmik fəzaya siçanlar, siçovullar və itlər göndərmişdi.
İnsanlar 1969-cu ildə Aya endikdən sonra heyvanlar xəbər başlıqlarından düşdü. Amma, yenə də kosmik gəmilərdə bioloji yüklər – tısbağalar, hörümçəklər, balıqlar, amöb və yosunlar daşınır.Məsələn, 1973-cü ildə Arabella və Anita adlı bağ hörümçəkləri NASA-nın Skylab kosmik stansiyasında 59 gün ərzində tor düzəltmişdilər; 2011-ci ildə iki qızılı hörümçək Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
Orada astronavtlar hörümçəklərin kosmosda davranışlarını müşahidə etmişdirlər. Mənbə:http://idecafe.az/
Yorum Gönder