Meşələr cəmiyyətdəki əhəmiyyətinə görə sanitariya, torpaqqoruyucu, suqoruyucu, tarlaqoruyucu, yolqoruyucıı, qoruq meşələr və sənaye əhəmiyyətli meşələrə bölünür. Meşəlik əmsalı böyükdürsə (25%-dən çox), bu ölkənin meşələri sənaye əhəmiyyətli sayılır (meşəlik əmsalı, ölkə ərazisinin neçə faizinin meşə ilə örtüldüyünə əsasən təyin edilir).
Meşə və ağac emalı sənayesi tikinti materialları, sellüloz, kağız, süni lif, mebel, spirt, boya və s. istehsal edir. O, maşınqayırma, kimya, yüngül sənaye, rabitə, tikinti sahələrinə məhsul verir, kimya, maşınqayırma və s. sahələrdən avadanliıj alır. Meşə sənayesi oduncaq tədarükü və oduncağın emalı (mexaniki və kimyəvi) sahələrinə bölünür. Mexaniki emala taxta çəkilməsi, faner, tikinti materialı, quraşdırma evlər, mebel, parket, kibrit və s. istehsalı, kimyəvi emala meşə-kimya və hidroliz istehsalı, mexaniki-kimyəvi emala sellüloz-kağı/ istehsalı daxildir.
Meşə sənayesi xammal və əlverişli nəqliyyat mövqeyinə meyl edir. Sellüloz-kağız istehsalı su və enerjiyə (ekoloji amil nəzərə alınmaqla), mebel istehsalı istehlakçıya meyl edir.
Azərbaycanda sənaye əhəmiyyətli meşələr azdır. Meşələı respublika ərazisinin 11%-ni tutur. Meşələrimizin əsas sərvəti yabanı meyvə və dərman bitkiləridir. Qiymətli və möhkəm oduncağı olan palıd, vələs, fıstıq, qoz, tut, qarağac, şabalıd və s. mebel istehsalı və tikinti materialı üçün əvəzedilməz xammal olsa da, sənaye əhəmiyyəti kiçikdir. Onların kütləvi qırılıb istifadə edilməsi əslində cinayətdir.
Respublikamızın tikinti sənayesi və mebel istehsalına lazım olan xammal, əsasən, Rusiyadan gətirilir. Bu sahə müəssisələrinin çoxu tələbat rayonu olan Bakı və onun ətrafında cəmlənmişdir. Gətirmə və yerli xammal əsasında Gəncə, Sumqayıt, Naxçıvan, Zaqatala, Balakən, Xaçmaz, Lənkəran və Astarada mebel fabrikləri, ağac emalı müəssisələri fəaliyyət göstərir. Mebel istehsalında polimer və sintetik örtük materiallarından da istifadə olunur.
Yorum Gönder