Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Cənub-Şərqi Asiya"

Yaponiya 4 böyük (Hokkaydo, Honsü, Sikoku, Küsü) və 4000-dən artıq kiçik adada yerləşir. Sahəsinə görə (372,2 min km2) Qərbi Avropa ölkələrindən Fransa, İspaniya və İsveçdən geri qalır. Yaponiyanın İCM-nin əlverişli cəhətləri: ada mövqeyi, Sakit okean hövzəsi ölkələri ilə sərbəst əlaqə imkanları, zəngin təbii sərvətlərə malik Asiya ölkələrinə, Rusiyaya və Avstraliyaya yaxınlıq. Əhalinin sayma görə (128 mln nəfər) dünyada 9-cudur. Demoqrafik siyasət nəticəsində təbü artım 0,3-%-ə enmişdir. Yaponiya orta uzunömürlülüyə görə (80 il) dünyada I yerdədir. Əhali, onun zəhmətsevərliyi, əqli səviyyəsi Yaponiyanın milli sərvətidir. Əhalinin 99%-i yaponlardır. Əhalinin sıxlığı 1 km2-də 340 nəfərdir. Urbanizasiya həm eninə (75%), həm də dərininə (iri meqolopolislər) inkişaf etmişdir. Şəhərlərin çoxu Honsu adasının şərq, Küsü adasmın şimal hissəsində cəmlənmişdir. Bu, idxal xammalı emalı müəssisələrinin port şəhərlərində yerləşməsi ilə əlaqədardır. "Yapon meqolopolisi" yaxud Tokayda aqlomerasiya zolağı Tokiodan Fukuokaya qədər 600 km uzamr. Burada 9 milyonçu şəhər, Yapon şəhərlərinin 2/3-si yerləşir. Kənd yaşayış məntəqələri əsasən qrup formasındadır. Fermalar Hokkaydoda yayılmışdır.
Dünya sənaye istehsalında Yaponiyanın payı 11%-dir, sənaye məhsulu potensialına görə II, ixraca görə III-dür (AFR və ABŞ-dan sonra). Təbii resurslarla zəif təmin olunmuşdur.
Sürətli dəmiryolları və avtomobil magistralları, adaları birləşdirən tunel və körpülər,
müasir texnologiya və robotlar Yaponiyanın rəmzidir. Ölkə gəmi, avtomobil, traktor, məişət, radio-elektron məmulatları, robot və s. istehsalma görə dünyada I yeri tutur. Müasir dövrdə ölkə iqtisadiyyatının inkişafına təsir edən mühüm amil ETTKI-nə kapital qoyuluşunun sürətlə artmasıdır. Yaponiyada 19 texnopolis (Universitetləri, elmi-tədqiqat institutları olan elmi şəhərlər) yaradılır, elmtutumlu sənaye sahələri inkişaf etdirilir. 
Yaponiyanın sürətlə inkişafının səbəbləri: 
1. ABŞ-dan kapital axmı; 
2. Ən mühüm xüsusi şirkətlərə dövlət tərəfindən yardım verilməsi; 
3. Əhalinin təhsil və mədəniyyətinin yüksək olması;
4. Əmək qayda-qanununun olduqca yüksək olması; 
5. Böyük sayda kiçik müəssisələrin olması.
İdxal xammala əsaslanan yanacaq-energetika təsərrüfatı qənaət üsulu, enerji istifadəsinin həcminin azalması ilə fərqlənir. Son illər enerji balansında neftin payı azalmış, kömür və atom enerjisinin payı artmışdır. Avstraliya kömürü və dəmiri əsasında işləyən qara metallurgiya müəssisələri dəniz sahilində yerləşir. Dünyada ən güclü (ildə 16 mln ton) metallurgiya kombinatlarından biri Fukuyama şəhərindədir. Maşınqayırma çoxsahəlidir. Ən iri avtomobil zavodları Naqoya, gəmi tərsanələri İokahama, Kobe rayonlarmdadır.
Təbii şərait kənd təsərrüfatı üçün nisbətən əlverişlidir. Dağlıq relyef əkinçiliyi məhdudlaşdırır. Cənubda subtropik və tropik iqlim ildə iki dəfə məhsul yığımına imkan verir. Kiçik torpaq sahibkarlığı üstünlük təşkil edir. Kənd təsərrüfatı yüksək intensivliyi ilə fərqlənir. Əkinçilik üstündür. Kənd təsərrüfatı əhalinin ərzağa olan tələbatının 3/4r-nü ödəyir. Şimali Hokkaydo istisna olmaqla, hər yerdə çəltik əkilir. Südlük heyvandarlıq (Hokkaydo), broyler quşçuluğu, donuzçuluq sürətlə inkişaf edir. Balıq və digər dəniz məhsulları ovuna görə Yaponiya dünyada I yeri tutur.
Çay və boru kəməri nəqliyatı istisna olmaqla, Yaponiyada nəqliyyatın bütün növləri inkişaf etmişdir. Daxili yükdaşımada avtomobil və dəmiryol nəqliyyatı mühüm rol oynayır. Simonoseki və Sanqar (dünyada ən uzun) sualtı tunelləri, adaları birləşdirməklə quru nəqliyyatının əhəmiyyətini artırır. Xarici yükdaşımaların hamısı, daxili daşımanın bir hissəsi dəniz nəqliyyatı ilə həyata keçirilir. Kobe, Naqoya, İokohama dünyanın ən iri portlarmdandır. Beynəlxalq sərnişin daşınmasında aviasiya mühüm rol oynayır.
Yapon təsərrüfatının başlıca xüsusiyyəti onun xarici ticarətdən çox asılı olmasıdır. Xammal və yanacağm 90%-i idxal olunur. Emal məhsulunun 1/5—i, maşınqayırma məhsulunun 2/5-si ixrac edilir. Əsas ticarət ortağı ABŞ-dır (ixracın 1/3—i, idxalın 1/4—i), istirahət və turizim üçün Honsü adasının daxili əraziləri (Fudziyama, Nikko) əlverişlidir.
Daxili fərqlərinə görə indi Yaponiya "günəşli" (Sakit okeansahili, Honsü adasının mərkəzi hissəsinin şərqi və Küsü adasının şimalı-inkişaf etmiş hissələr) və "Kölgəli" (Honsü adasının qərb, Küsü adasmın cənub, Hokkaydo və Sikoku adalarının nisbətən zəif inkişaf etmiş əraziləri) hissələrə bölünür.

Sinqapur Cənub Şərqi Asiyada Malaziyanın cənubunda Sinqapur boğazının sahilində yerləşir. Şimalda Yohor boğazı Sinqapur ilə Malayziyanı, cənubda isə Sinqapur boğazı Sinqapur iləİndoneziyanı ayırır.Ekvatordan 137 km şimaldadır. Ərazisi 710 km²-dir. Meliorasiya tədbirləri ilə sahəsi böyüdülür. 1960-cı ildə ölkənin sahəsi 581.5 km2 idisə, 2010-cu ilə kimi meliorasiya tədbirləri nəticəsində 704 km2-ə qədər artırılmışdır(272 km2) və 2030-cu ilə kimi ölkə ərazisinin daha 100 km2 artırılması planlaşdırılır. Bu layihələrin arasına daha böyük adaların yaradılması və kiçik adaların birləşdirilməsi də daxildir. Ərazi inzibati cəhətdən əyalətlərə bölünməmişdir. Sinqapur sanskripcədən tərcümədə `aslan şəhəri` deməkdir.Sinqapur şəhər dövlətdir. Eyni zamanda ada-dövlətdir.Sinqapur 63 xırda adadan və o cümlədən 1 böyük adadan — Sinqapur adasından ibarətdir. Şimalda Yohor-Sinqapur, qərbdə Malayziya-Sinqapur keçidləri vasitəsilə Malayziya ilə iqtisadi əlaqə saxlanılır.
Sinqapurun dənizsahili bölgələri alçaqda, mərkəzi hissələri isə nisbətən yüksəkdə yerləşir. Ən hündür nöqtəsi Timah dağıdır (166 metr). Yerləşdiyi ərazi İCM(İctimayi Coğrafi Mövqe) baxımdan əlverişlidir. Yaponiyadan Avropaya gedən əsas dəniz yolları bu ərazidə kəsişir. Sinqapurda dünya standartlarına cavab verən müasir port fəaliyyət göstərir.
Sinqapur rütubətli ekvatorial meşələr iqliminə malikdir. Fəsillər aydın müşahidə olunmur. İllik temperatur amplitudu çox azdır. Temperatur 23-32°C arasında dəyişir.
- Sinqapurun əhalisi 2012-ci ildə aparılan hesabalmalara görə 5,312,400 nəfər, əhali sıxlığı isə hər kvadrat kilometrə təxminən 4488 nəfərdir. Onlardan 3,25 milyonu (63%) yerli vətəndaşlar, qalanları isə (37%) isə xarici işçilərdir. Əhalinin 23%-i başqa ölkələrdə anadan olmuşdur. 2011-ci ilin statistikasına əsasən Sinqapurda daimi yaşayan əhali 500 min nəfərdir. Əhalinin orta yaş həddi 37 yaşdır. Torpaq çatışmazlığı səbəbindən hər 5 sinqapurludan 4-ü çoxmərtəbəli binalarda, Mənzil və İnkişaf İdarəsinin ictimai yaşayış yerlərində yaşayır. Özəl mülkiyyət 87,2% təşkil edir. Hər 1000 nəfərə 1400 telefon düşür və ölkədə hər 10 nəfərdən 1-nin şəxsi avtomobili var. Sinqapur işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. 2009-cu ildə maliyyə böhranı ərzində işsizlik 3%, 2011-ci ildə isə 1,9% olmuşdur.Ölkə yalnız 1 şəhərdən ibarət olduğuna görə urbanizasiyanın səviyyəsi 100%-dir.Əhalisinin 74,2% çinlilər, 13,4% malaylar, 9,2 % hindlilər təşkil edir. Əsasən iqtisadiyyatının sürətli inkişafından sonra ölkəyə gələn miqrantların sayı artmışdır. 2009-cu ildə qeydə alınan statistikaya görə Sinqapur əhalisinin 40% əcnəbilər olmuşdur. Bu, dünyada ən böyük göstəricidir. Əcnəbilər ölkə iqtisadiyyatında çox mühüm rol oynayır. İstehsal sənayesində çalışanların 80%-ni, xidmət sahələrində çalışanların 50%-ni əcnəbilər təşkil edir. Lakin hökümətin siyasəti əcnəbilərin sayının azaldılmasına yönəlmişdir. Son illərdə immiqrantların azalması sinqapurluların artmasına səbəb olmuşdur.
Sinqapur Asiyanın bir çox ölkələrinə nəzərən təhsilin yaxşı inkişaf etdiyi ölkədir. Əhalinin 95,4%-i təhsillidir. Ölkədə 5 müasir universitet fəaliyyət göstərir: Nanyang Technological University, SIM University, Singapore Management University ve Girne American University Singapore Campus
Səhiyyə, mədəniyyət və başqa sahələrdə də Sinqapur yüksək inkişaf edib. Ölkədə 17 müasir xəstəxana var. Orta insan ömrü 70 yaşdan artıqdır.Sinqapur ərazisi 1826-cı ildə B.Britaniya tərəfindən işğal olunmuşdur. 1946-ci ildə Böyük Britaniya işğalından azad olduqdan sonra ərazi Malaziyanın tərkibinə daxil olur və 1963-cü ildə Malaziyada ştat statusu alır. 1965-ci il dövlət müstəqilliyini elan edir. Sinqapur 1967-ci il ASEAN-a üzv olur.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget