Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Ay

Ayın səthində relyef çox müxtəlifdir. Burada olan geniş düzənliklər dəniz adlanır. Lakin onlarda su yoxdur. Bu düzənliklər lavalar ilə örtülüdür. Ayın səthində Yerdəkinə nisbətən hündür dağlar, vulkan kraterləri, tektonik çatlar vardır. Hazırda da vulkan və zəlzələlər olur. Onun səthində çoxlu meteorit kraterləri də vardır.

Ay Yerdən 384,4 min km məsafədə yerləşir və onun yeganə təbii peykidir. Ay Yerə ən yaxın göy cismidir. Onun diametri 3476 km-ə çatır, Yerdən 81,3 dəfə kiçikdir. Ayın öz oxu ətrafında fırlanma müddəti 29,5 sutkaya bərabərdir. O, Yer ətrafmda isə 27,3 sutka müddətində fırlanır (1,023 krn/san sür’ətlə). Bu iki vaxt təxminən bərabər olduğundan Ayın həmişə bir tərəfi Yerdən görünür, yəni Yerə tərəf çevrilmiş olur.

Ayın səthində relyef çox müxtəlifdir. Burada olan geniş düzənliklər dəniz adlanır. Lakin onlarda su yoxdur. Bu düzənliklər lavalar ilə örtülüdür. Ayın səthində Yerdəkinə nisbətən hündür dağlar, vulkan kraterləri, tektonik çatlar vardır. Hazırda da vulkan və zəlzələlər olur. Onun səthində çoxlu meteorit kraterləri də vardır. Burada bazalt, ona oxşar süxurlar (reqolit), dəmir və daş meteorit qırıntıları vardır. Onların yaşı 4,2 mlrd ildir. Ayın qabığının qalınlığı 60 km, mantiyası 960 km, nüvəsinin diametri 1500 km-dir. Onun maqnit sahəsi Yerdəkinə nisbətən 1000 dəfə azdır. Ayın ətrafındakı qazlar (hidrogen və neoıı) seyrək olduğundan onun Günəş işığı düşməyən səthi gecə çox soyuyur. Bu zaman Ayın səthində temperatur -170S-yə qədər aşağı düşür. Onun Günəşə tərəf çevrilmiş hissələrində gündüz temperatur 122°S-yə qədər qızır*. Belə şərait süxurlarm güclü aşınmasına və dağılmasma səbəb olur. Burada atmosferin sıxlığı Yerdəkinə nisbətən 2000 dəfə azdır.

Günəşin, Yerin və Ayın qarşılıqlı vəziyyətindən asılı olaraq Ay Yerdən 4 vəziyyətdə görünür. Biz onu bir həftə Aypara formasmda, bir həftə nisbətən böyük Aypara halında, bir həftə isə tam Ay formasında götürük. Sonrakı bir həftə müddətündə Ay Yerdən görünmür. Bu dövrlərə Aym bədirləri deyilir.

Ayı ilk dəfə 1609-cu ildə italyan fiziki və astronomu Qalileo Qaliley müşahidə etmişdir. Bu Göy cismi 50-ci illərdən kosmik aparatlarla öyrənilir. 1966-cı ilin fevralında Rusiyanın avtomatik stansiyası, 20.VII.1969-cu ildə isə Amerika astronaftları ilk dəfə Aym səthində olmuşdur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget