Asiyanın qərbində yerləşmiş Yaxın və Orta Şərq regionuna Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əfqanıstan, Ürdün, İraq,İran, İsrail, Yəmən, Kipr, Küveyt, Livan, Misir, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və hələ müstəqil dövlət kimi tam formalaşmamış Fələstin daxildir. İran və Əfqanıstan Orta Şərqə,digər dövlətlər isə Yaxın Şərqə aid edilir. Regional bölgü, həmçinin regionun adı şərtidir.Yaxın və Orta Şərq regionunun ərazisi 7,3 mln. kv.km,əhalisi 350,0 mln. nəfərdir.Yaxın və Orta Şərq regionu üç qitə – Asiya, Avropa, Afrika və iki okean hövzəsinin qovşağında yerləşir. Enlik istiqamətində 4400 km (Pamir dağlarından Aralıq dənizindəki İmroz adasınadək), meridian boyu 3300 km (Qara dənizdəki Sinop burnundan Bab-əl-Məndəb boğazınadək) məsafədə uzanır. Yaxın və Orta Şərq regionunun Aralıq, Xəzər, Qara və Qırmızı dənizlərə çıxışı vardır.Region təbiətinin xüsusiyyətləri. Təbii landşaftın müxtəlifliyinə görə Yaxın və Orta Şərq regionu bir neçə hissədən ibarətdir. Təbii rayon əmələ gətirən areallar – Nil vadisi, Dəclə və Fərat çaylararası allüvial düzənliyidir. Bu iki massiv qədim suvarma əkinçiliyinin mövcud olduğu sivilizasiya mərkəzləridir. Hər iki massiv nisbətən çətin keçilən təbii maneələrlə əhatələnir.
Mesopotamiya şimaldan və şərqdən Anadolu və İran yaylalarının çıxıntıları ilə əhatə olunmuşdur. Nil vadisini Məğrib bölgəsindən məskunlaşmamış Liviya səhrası ayırır. Nil vadisi və Mesopotamiya arasında birbaşa əlaqələrin yaranmasına maneçilik törədən səthi qızmar günəşdən qarsalanmış Ərəbistan səhraları yerləşir. Nil vadisi və Mesopotamiya yalnız şimalda qədimdən becərilən və nisbətən əhalisi sıx olan nalabənzər zolaqla birləşir. Bu zolaq Bərəkətli Aypara adlanır.Yaxın və Orta Şərq regionu təbiətinin mühüm xüsüsiyyəti səhra (Rub-əl-Xali, Böyük Nəfud, Kiçik Nəfud, Dəşt-e Kəvir, Dəşt-e Lut, Dəşt-e Naümid, Dəşt-e Mərğ və b.) landşaftının üstünlüyüdür. Landşaftın yeksənəqliyi əhalinin məskunlaşması və təsərrüfatın formalaşmasına təsir etmişdir. Şəhər həyatı hələ qədimdən sahil boyu bölgələrdə, xüsusilə qərbdə cəmlənmişdir. Cənubda isə rütubətlə nisbətən yaxşı təmin olunan Yəməndə əhali sıxdır. Köçəri və yarımköçəri heyvandarlıq, suvarma əkinçiliyi region ölkələri əhalisinin tarixən ənənəvi məşğuliyyət sahələri olmuşdur.
Faydalı qazıntıları. Yaxın və Orta Şərq neft və təbii qazla zəngindir. Regionda aşkar olunmuş neft ehtiyatı 100 mlrd. tondur.Dünya neft ehtiyatının (156,7 mlrd. ton) 64 faizi, neft istehsalatının (3,1 mlrd. ton) 29,6 faizi Yaxın və Orta Şərq regionunun payına düşür. Regionda 500 mln. ton neft çıxarılmışdır. Region daxilində İran körfəzi neft-qaz hövzəsi, xüsusilə seçilir.Yaxın və Orta Şərqdə xromit, dəmir filizi, mis, qurğuşun,manqan, sink, molibden, sürmə, boksit, təbii kükürd, kalium və xörək duzu, tikinti materialları yataqları aşkar edilmişdir. Bu faydalı sərvətlərin bəzilərinə görə region dövlətləri dünya bazarında mühüm yer tutur. Məsələn, Türkiyə xromit ehtiyatlarına görə dünyada dördüncü (Zimbabve, CAR, Filippindən sonra) yerdədir. İsrail və Ürdün kalium duzu ehtiyatı ilə zəngindir. İraq və Suriyada zəngin fosforit yataqları vardır.
Yaxın və Orta Şərq regionu aqroiqlim sərvətlərilə də zəngindir.Təbiət buraya bol istilik və günəş işığı, regionun əksər dövlətləri üçün həyati əhəmiyyətə malik olan zəngin yeraltı su sərvəti bəxş etmişdir.
Region dövlətləri tropik və subtropik qurşaqda yerləşir.Ərazisinin genişliyi, relyefin müxtəlifliyi, hava kütlələrininsirkulyasiyası regionda istilik və rütubətin kəskin fərqinə səbəb olmuşdur.
Regionun əhalisi.Yaxın və Orta Şərq regionunda 400,0 mln. əhali yaşayır.Demoqrafik göstəricilər regionun bir sıra ölkələrində (Əfqanıstan,bəzi əmirliklər, Yəmən) siyahıyaalma aparılmadığından BMT-nin təxmini məlumatlarına əsaslanır. Yaxın və orta Şərq regionu əhalisinin 60 faizindən çoxu Türkiyə, İran və Misirdə yaşayır.Antropoloji cəhətdən region əhalisi avropoid irqinin cənub qrupuna aid edilir.Yaxın və Orta Şərq xalqlarının böyük əksəriyyəti sami, iran,türk dil qruplarına aid edilir.Sami dil qrupuna 13 ərəb dövləti (Bəhreyn, BƏƏ, Qətər, İraq,Ürdün, Yəmən, Küveyt, Livan, Misir, Oman, Səudiyyə Ərəbistanı,
Suriya, Fələstin) əhalisinin böyük qismi, həmçinin İsrail, Türkiyə,İranda yaşayan ərəblər aiddir. Geniş xalq kütləsinin işlətdiyi danışıq ərəb dili ilə ədəbi ümumərəb dili arasında mühüm fərq var. Yaxın və Orta Şərqdə ərəb dialektinin 3 – Suriya (Suriya-Fələstin), İraq və Ərəbistan növü mövcuddur. Sami dil qrupuna İranın qərbində, İraq və Suriyanın şimal rayonlarında yaşayan assuriyalılar (aysorlar) aid edilir. Bu qrupa, həmçinin İsrailin dövlət dili sayılan müasirləşdirilmiş qədim yəhudi dili – ivrit aid edilir. Lakin ölkənin yəhudi əhalisinin əksəriyyəti bu dildən az istifadə edir və idiş dilində danışır.
İran qrupu dillərində farslar, puştular, taciklər, kürdlər,bəluclar, lurlar, bəxtiyarilər, həzarələr, digər xalqlar və tayfalar danışır. Farslar və puştular əsasən İran və Əfqanıstanda, taciklər
Əfqanıstanın şimal-qərbində, İranın Xorasan əyalətində, kürdlər Türkiyə, İran, İraq, Suriyada, bəluclar İran, Əfqanıstanda, lurlar və bəxtiyarilər İranda, həzarələr Əfqanıstanda yaşayırlar. Fars və tacik (Əfqanıstanda bu farsi-kabuli və ya dəri dili adlandırılır) dilləri birbirinə
yaxındır.
Türk dillərində türk, azərbaycanlı , özbək, türkmən və digər xalqlar və etnik qruplar danışır. Türklər – Türkiyə, Kipr,azərbaycanlılar İran, İraq, özbəklər Əfqanıstanda, türkmənlər İran,
Əfqanıstanda yaşayır. Türk dilləri bir-birinə çox yaxındır. Yaxın və Orta Şərq regionunda ədəbi ənənələrə malik türk və Azərbaycan dilləri üstünlük təşkil edir.
Digər dil qruplarından olan xalqlar Kiprdə yaşayan yunanlar, regionun bir sıra ölkələrinə səpələnmiş ermənilərdir. Regionda gürcülər, lazlar, Hindistan, Pakistan və Şərqi Afrikadan olanlar da yaşayır.
Yaxın və Orta Şərq regionu əhalisinin böyük əksəriyyəti (90 %-i) İslam dininə etiqad edir.
İran müsəlmanlarının 90, İraqın 62, yəmənlilərin 50 faizi şiələrdir. İran körfəzi əmirliklərində də şiələr yaşayır. Dünya müsəlmanlarının müqəddəs saydıqları Məkkə və Mədinə Səudiyyə Ərəbistanında, Kərbəla və Ən-Nəcəf İraqda, Məşhəd və Qum şəhərləri İrandadır.
Yaxın və Orta Şərq regionu əhalisinin 4 faizi xristianlardır.Xristianların böyük əksəriyyəti Misirdə yaşayır. Misir xristianları Qibti kilsəsinə aid edilir. İraq, Livan, Suriya, Kiprdə yaşayan xristianlar iki: ortodoksal (erməni, yunan, suriya) və katolik (yunan,maronit və suriya) qruplarına bölünür.İudaizm region dövlətlərindən yalnız İsraildə hakim dindir. Üç
dünyəvi dinin mərkəzi sayılan Yerusəlim (Qüds) İsraildədir.
İslam fundamentalizmi mühitində ərəb dövlətləri xalqlarının siyasi həyatında və mənəvi ideologiyasında Xilafət mənəviyyatı hələ də yaşayır.
Region əhalisinin 2 faizini təşkil edən yəhudilər mühüm mədəni qrupu təşkil edir. İsraildə yaşayan yəhudilərin təqribənyarısının burada doğulmasına baxmayaraq, onların valideynləri, baba və nənələri XX əsrdə dünyanın 100-dən artıq ölkəsindən gələnlərdir.Əhatəsində olduqları mühitin müxtəlifliyi səbəbindən onların dilləri də 2 qrupa (ənənəvi və müasir) bölünür.
YAXIN VƏ ORTA ŞƏRQ ÖLKƏLƏRİNİN İQTİSADİ VƏ SOSİAL COĞRAFİYASI
HƏBİBƏ SOLTANOVA, CABİR MƏMMƏDOV
«Bakı Universiteti» nəşriyyatı 2008

Yorum Gönder