Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Asiyanın ərəb ölkələri

Asiyanın ərəb ölkələri - Səudiyyə Ərəbistanı, Yəmən, İraq, Oman, Suriya, İordaniya, BƏƏ, Küveyt, Qatar, Livan, Bəhreyndir. Əhalinin 4/5-ü İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Suriyada cəmlənmişdir.

Asiyanın ərəb ölkələri - Səudiyyə Ərəbistanı, Yəmən, İraq, Oman, Suriya, İordaniya, BƏƏ, Küveyt, Qatar, Livan, Bəhreyndir. Əhalinin 4/5-ü İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Suriyada cəmlənmişdir. Milli azlıqda qalan xalqlardan kürdlər (İraq, Suriya) üstünlük təşkil edir. Son illər mühacirətlə bağlı iran körfəzi ətrafında milli tərkib mürəkkəbləşib. Küveyt, Bəhreyn, Qatar kimi ölkələrdə mühacirlər ölkə əhalisinin 70-80%-ni təşkil edir, bu isə yerli və gəlmə problemi yaradır. Livan və Suriyadakı bəzi ərəblər xristian, qalam islama etiqad edir. Əhalinin təbii artımı böyükdür. Küveyt, Bəhreyn, Qatar, BƏƏ-də əhalinin 90%-i şəhərlərdə yaşayır.
İran körfəzi ətrafı ərəb ölkələri 70-ci illərin enerji böhranından istifadə edərək, iri infrastruktur sahələri və sənaye müəssisələrini yarada bilmişlər. Bu ölkələr qısa müddətdə nəinki ərəb və müsəlman aləmində, həm də dünyada nüfuzlu qüvvəyə çevrilmişdir. Güclü maliyyə-iqtisadi potensiala malik bu ölkələrin qərb ölkələrində kapital qoyuluşu 400 milyard dollara çatmışdır.
Ərəb ölkələrinin əksəriyyətinin təbii şəraiti kənd təsərrüfatı üçün əlverişsizdir. Yalnız Aralıq dənizi sahilində, Ərəbistan yarımadasının cənubunda, Mesopotamiyada müxtəlif bitkilərin yetişdirilməsi üçün əlverişli şərait var. Xurma plantasiyaları geniş yayılmışdır. Yeraltı sulardan istifadə etməklə əkin sahələri (sitrus, tərəvəz, gül, çiyələk) genişlənir, Səudiyyə Ərəbistanı hətta taxıl ixrac edir. Dağlıq ərazilərdə davar, qaramal, İraqm cənubunda camış saxlanılır. Balıqçılıq və mirvari çıxarılması müəyyən rol oynayır.
Sənayedə neft və qaz hasilatı (Səudiyyə Ərəbistanı, İraq, Küveyt, BƏƏ, Bəhreyn; Qatar qaz ehtiyatına görə dünyada 4-cüdür) və emalı, neft-kimya aparıcı yer tutur. İES-lər alüminium istehsalı üçün geniş imkanlar açır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget