Havanın temperaturu termometr adlı cihazla ölçülür. Termometri metereoloji stansiyada 2 m hündürlükdə quraşdırılan qutuya qoyurlar.Gün ərzində havanın temperaturunu bir deyil bir neçə dəfə ölçmək lazımdır. Orta sutkalıq temperaturu bilmək üçün hər 3 saatdan bir (sutkada 8 dəfə) temperaturu ölçürlər. Sonra temperaturları toplayaraq ölçmələrin sayına (8-a) bölürlər. Əgər gün ərzində həm müsbət həm də mənfi temperaturlar olarsa, müsbət və mənfi temperaturlar ayrılıqda toplanır, böyük rəqəmdən kiçik rəqəm çıxılır və ölçmələrin sayına bölünür. Bu zaman nisbətdə bölünənin işarəsi saxlanılır. Orta sutkalıq temperaturları toplayıb, aydakı günlərin sayına bölməklə orta aylıq temperaturu, orta aylıq temperaturları toplayıb ilin 12 ayına bölməklə orta illik temperaturu tapmaq olar.
Yer səthində Günəş istiliyinin qeyri-bərabər paylanması - Yerin formasından və günəş şüalarının düşmə bucağının müxtəlifliyindən asılıdır. Sutka ərzində ən alçaq temperatur, səhər Günəş çıxmamışdan bir az əvvəl, ən yüksək temperatur isə günortadan 2-3 saat sonra (saat 14.00-15.00) olur. Buna səbəb Günəşin əvvəl yeri, sonra isə havanı qızdırmasıdır. Deməli troposfer havasının qızmasının əsas mənbəyi -Yer səthidir.
Sutka ərzində havanın temperaturunun ən yüksək və ən alçaq qiymətləri arasındakı fərqə sutkalıq amplitudadeyilir. Sutkalıq amplituda - coğrafi enlikdən, səth örtüyündən, bululudluqdan və relyefdən asılıdır. Coğrafi enlik artdıqca sutkalıq amplituda da artır. ( kayzen.az )

Yorum Gönder