Azərbaycanın ən böyük Coğrafiya jurnalı

RF tərkibində olan türk qurumları - Volqa-Ural regionu

RF ərazisinin 20%-i və ya 3,7 mln km2-də türk qurumları yerləşir. Bu qurumlar coğrafi yerləşməsinə görə 3 regiona ayrılır:

Tatarıstan Respublikası Orta Volqaboyunda əlverişli İCM-də yerləşir. Relyefi əsasən düzənlikdir. Faydalı qazıntılardan neft və qaz mühüm rol oynayır, həmçinin tikinti materialları, mineral sular var. İqlimi mülayim kontinentaldır. Çay şəbəkəsi sıxdır: Volqa, Kama, Vyatka və onların qolları. Samara su anbarının geniş hissəsi Tatarıstandadır. Meşələr böyük ərazi tutur. Əhalinin milli tərkibi mürəkkəbdir: tatarlar (50%-dən çox), rus, çuvaş, mordva, udmurt, ukraynalı və s. Böyük şəhərləri Kazan, Naberejnı-Çelnı, Almatyevsk, Nijnekamskdır. Sənayenin əsasını neft hasilatı və emalı (neft-kimya) təşkil edir. Digər sənaye sahələri maşınqayırma (KAMAZ avtomobili, kompressor, aviasiya, neft və nəqliyyat avadanlığı, tibb cihazları, qaz aparatları, saat, soyuducu), elektroenergetika, yüngül və yeyinti sənayesidir. Ərazinin 3/4-ü kənd təsərrüfatı üçün əlverişlidir. Dənli bitkilər (buğda, çovdar), texniki bitkilər (şəkər çuğunduru), kartof, yem bitkiləri üstünlük təşkil edir, balıqçılıq inkişaf etmişdir. Ətlik-südlük maldarlıq, xəzli heyvandarlıq, ançılıq ixtisaslaşmış sahələrdir. Əsas nəqliyyat növü dəmiryoludur, həmçinin çay, avtomobil, aviasiya, boru kəməri nəqliyyatı inkişaf etmişdir.
Çuvaş Respublikası Volqa çayı sahilində, əlverişli İCM-də, əsasən düzənlik ərazidə yerləşir. Faydalı qazıntıları azdır: tikinti materialları, yanar şist, fosforit, torf. Meşələr mühüm sərvətdir. İqlimi mülayim-kontinentaldır. Əsas çaylan Volqa və onun qollarıdır. Əhalinin 69%-i çuvaşlar, qalam ruslar, tatar, mordva, ukraynalı və s.-dir. Sıxlıq 1 km2-də 75 nəfərdir. Əhalinin 69%-i şəhərdə yaşayır. Böyük şəhərləri Çeboksan, Alatır, Novoçeboksarı, Kanaş, Şimerlyadır. Sənayenin əsas sahələri elektroenergetika, maşınqayırma və metal emalı, tikinti materialları, yüngül və yeyinti sənayesi, kimya, meşə və ağac emalıdır. Kənd təsərrüfatında bitkiçilikdə buğda, arpa, çovdar, mayaotu, kənaf, tənbəki, kartof, yem bitkiləri, heyvandarlıqda ətlik-südlük maldarlıq, davar, quşçuluq və arıçıhq üstündür. Dəmiryolu, avtomobil, çay və boru kəməri nəqliyyatı inkişaf etmişdir.
Başqırdıstan Respublikası Şərqi Avropa düzənliyi və Cənubi Ural ərazisində əlverişli İCM-də (yollar qovşağı) yerləşir. Relyefi hamar yüksəkliklər, yayla (Ufa) və dağlardan ibarətdir (Yamantau-1640 m, İremel-1582 m). Təbii sərvətləri - neft, qaz (Tuymazı, Şpakovo), qonur kömür, dəmir, mis, sink, qızıl, daşduz geniş yayılıb. İqlimi kontinentaldır. Çayları Kama hövzəsinə aiddir-Agizel (Belaya), Ufa, Dyoma gəmiçiliyə yararlıdır. Meşə, meşə-çöl və çöl landşaftı əsas yer tutur. Başqırdlar əhalinin 25%-ni təşkil edir. Ruslar (42%), tatarlar (25%), çuvaşlar, marilər və s. var. Əhalinin 64%-i şəhərdə yaşayır. İri şəhərləri Ufa, Sterlitamak, Salavat, Belaretsk, İşimbaydır. Sənayenin əsasım neft-qaz, kimya, dağ-mədən, energetika, metallurgiya, maşınqayırma, yüngül və yeyinti sənayesi təşkil edir. Kənd təsərrüfatında əsas bitkilər buğda, çovdar, vələmir, şəkər çuğunduru, günəbaxan, heyvandarlıqda südlük-ətlik maldarlıq, zərifyunlu qoyunçuluq, atçılıq, keçi və arıçılıqdır. Əsas nəqliyyat dəmiryolu və avtomobil, həmçinin çay və boru kəməridir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget