Azərbaycanın ən böyük Coğrafiya jurnalı

İSRAİL DÖVLƏTİ

İsrail Yaxın və Orta Şərq regionunda yerləşmiş iki qeyri müsəlman ölkəsindən biridir.1947-ci ilin 29 noyabrında BMTnin Baş Məclisinin keçmiş Britaniya müstəmləkəsi olmuş Fələstin ərazisinin 14,1 min kv km-ni müstəqil Yəhudi dövlətini yaratmaqdan ötrü bu bölgədə yaşayan yəhudi xalqına vermişdi

Coğrafi mövqeyi. İsrail Yaxın və Orta Şərq regionunda yerləşmiş iki qeyri müsəlman ölkəsindən biridir.1947-ci ilin 29 noyabrında BMTnin Baş Məclisinin keçmiş Britaniya müstəmləkəsi olmuş Fələstin ərazisinin 14,1 min kv km-ni müstəqil Yəhudi dövlətini yaratmaqdan ötrü bu bölgədə yaşayan yəhudi xalqına vermişdi. Son 50-60 ildə İsrailin yerləşdiyi ərazi zəbt etdiyi torpaqlar hesabına xeyli dəyişkənliyə məruz qalmışdır.1948-49-cu illərdə İsrail BMT tərəfindən müstəqil ərəb dövləti yaratmaq üçün ayrılmış 11,1 min kv km ərazinin 5,7 min kv km-ni zəbt edib öz torpağına qatır. 1949-cu ildə İsrailə onun qonşuları Misir, Ürdün,Suriya və Livan arasında demarkasiya sərhədi barədə razılıq əldə olunsa da, sonrakı illərdə İsrail bu razılığı tez-tez pozur.
Beləliklə, İsrailin ərazisi 20,8 min kv km-ə çatır. 1967-ci ildə İsrail Ürdün çayının qərb sahilini, Qəzza bölgəsini və Suriyanın Colan təpəlikləri ərazisini də zəbt edir. 2005-ci ildə öz qoşunlarını Ürdün çayının qərb sahili və Qəzza bölgəsindən çıxarır. Qurudan 4 müsəlman dövləti (əslində Fələstin də daxil olmaqla 5 dövlət olmalı idi) ilə həmsərhəd olan İsrailin qərbdən 188 km məsafədə Aralıq dənizinə, şərqdən 56 km məsafədə Ölü dənizin cənub-qərb bölgəsinə, cənubdan 10 km məsafədə Qırmızı dənizə çıxışı var.
Səth quruluşu və faydalı qazıntıları. Təbiətinin mühüm xüsusiyyəti ölkənin dənizlər, dağlar və səhralar arasında yerləşməsidir. İsrailin ərazisi kiçik olsa da səth quruluşunda müxtəliflik hiss olunur. Qaliley yaylası adlanan hissə ölkənin şimal və qərb bölgəsini tutur. Əslində bu yayla hündür düzənliyi xatırladır. Burada hündürlük 600-700 m-dən artıq deyil. Ölkənin şimali-şərqini Ürdün çayının dərəsi tutur. Mərkəzi hissə Aralıq dənizi sahili boyunca yerləşmiş alçaq ovalığı xatırladır. Burada sahil xətti zəif parçalandığından ovalığın şimal hissəsində yerləşmiş Xayfa körfəzi  istisna olmaqla təbii körfəz və buxtalar yoxdur. 
Ölkə ərazisinin əksər hissəsini Neqev yaylası tutur.Bu yayla şimalda alçaq dağ massivlərinə, şərqdə isə Qhor tektonik çöçəkliyinə yaxınlaşır. Bu çöçəkliyin ən dərin yerində okean səviyyəsindən 392 m. aşağı olan Ölü dəniz yerləşir. Bu dənizlə Qırmızı dəniz arasında qalan ərazidə Aqava dərəsi yerləşir. İsrailin ərazisi faydalı qazıntılarla zəngin deyil. Əsasən mezazoy dövrünün çöküntüləri ilə örtülüdür. Nisbətən hündür yerlərdə karst hadisələrinə və mağaralarına rast gəlmək olar. Ölkədəqeyri-metal sərvətlər metal və yanacaq sərvətlərindən çoxdur. Qeyrimetal faydalı qazıntılar içində Ölü dənizdəki kalium duzları, natrium və brom çoxdur. Neqev yaylasında fosforit, gips, tikinti materialları və kvars qumları aşkar edilmişdir. Müxtəlif yerlərdə ehtiyatı az olan dəmir və mis filizi, neft və təbii qaz yataqları aşkar edilmişdir. Ölü dənizdən əldə edilən təbii sərvət – potaş, xlorlu maqnezium, xörək və kalsium duzları, xüsusilə, əhəmiyyətlidir. Bu bölgədə beynəlxalq əhəmiyyətli kurortlar yerləşir. 
İqlimi və hidroqrafiyası. İsraildə Aralıq dənizi iqlim tipi hakimdir. Ərazidə yay ayları quraq və isti,qış isə mülayim və rütubətli keçir. Yazda və yayda İsrail üzərində tropik, payızda və qışda isə mülayim enliklərin hava kütlələri hakimdir.Səth quruluşunun müxtəlifliyi ölkədə iqlim fərqlərinin yaranmasına səbəb olur. 
Ölkənin qərbindən şərqinə getdikcə yağıntıların miqdarı kəskin şəkildə azalır. Məsələn, qərbdə yerləşmiş Qaliley yaylasına il ərzində 1000 mm-ə qədər yağıntı düşdüyü halda, şərqdə yerləşmiş Eylat bölgəsinə 50 mm yağıntı düşür. Ölkənin mərkəzi bölgələrinə 500 mm-ə qədər, Ölü dənizin sahillərinə isə 70-80 mm yağıntı düşür. Yanvar, fevral ayları ən çox yağış yağan aylardır. Aralıq dənizi sahil bölgəsində orta illik temperatur müsbət 20 dərəcə olduğu halda, dağlıq bölgələrdə bu göstərici bir neçə dərəcəaşağıdır. Orta temperatur yüksək olduğundan Aralıq dənizinin çimərliklərindən ilin 7-8 ayı istifadə etmək olar. Ölkənin ən isti yeri onun cənubundadır. Burada orta illik temperatur 23 dərəcədən aşağıdüşmür. Cənubda ilin yay aylarının orta temperaturu 32-33 dərəcəyəçatır. Qış aylarında mənfi temperaturlar da müşahidə olunur. Hündür ərazilərdə qış aylarının orta temperaturu mənfi 5 dərəcəyə uyğun 
gəlir. Ölkənin mərkəzi bölgələrində ilin 300 günü orta temperatur müsbət 15 dərəcəyə bərabərdir. Ərazi üçün şimal və qərb küləklərinin əsməsi səciyyəvidir. 
Yazda və yayın əvvəllərində Ərəbistan yarımadasından quru və isti xəmsin küləkləri əsir. Tozlu və dəhşətli isti havaya Neqev səhrasında rast gəlinir. 
İsrail səth suları ilə zəif təmin olunmuş ölkədir. Ərazinin qərb hissəsindən axan kiçik çaylar Aralıq dənizi hövzəsinə aiddir. Bu çayların əksəriyyəti ilin isti aylarda quruyur. Ölkənin şərq hissəsi axarsızdar. Ərazinin şimal-şərqindəki tektonik dərə ilə daima sulu İordan (Ürdün) çayı axır. Xermon massivindən başlanğıcını götürən bu çay Ölü dənizə tökülür.Tiveriad gölünə qədər bu çay ensiz dərə ilə, qalan hissələrdə isə allüvial düzənliklə axır. Okean səviyyəsindən 200 metr alçaqda yerləşmiş Tiveriad (yaxud Qaliley) gölünün uzunluğu 21 km, 
maksimal dərinliyi 48 metrdir. Gölün suyu duzlu olmadığından ondan içməli su mənbəyi kimi istifadə olunur. 
1000 kv. km ərazisi olan Ölü dənizin (uzunluğu 76, eni 16 km) 250 kv. km-i İsrailə məxsusdur. Bu kiçik ərazidən İsrail hökuməti maksimum faydalanır. Ərazidə qiymətli mineral duzlar çıxarılmaqla yanaşı kurort təsərrüfatı inkişaf etdirilir. 
 Sənaye, kənd təsərrüfatı və əhalinin suya olan tələbatınıödəmək məqsədilə su təchizatı və irriqasiyanın mərkəzləşdirilmişsistemi yaradılmışdır. Bu sistemdə başlıca su kəmərlərinin uzunluğu 150 km-ə çatır, Tiveriad gölünün şimal-qərb sahillərindən Roş-xaAyin məntəqəsinədək davam edir, burada 106 km uzunluğunda olan Yarkon- Şimali Neqev xəttilə birləşir. 
Mütəxəssislər ölkənin içməli su ehtiyatlarının 1,8 mlrd. kub metr oldu-ğunu hesablamışlar. Bu suyun 1,1 mlrd. kub metri kiçik çayların və bulaqların 320 mln. kub metri Ürdün çayının İsrailə aid olan hissəsinin, 200 mln. kub metri Yarkon çayının suları təşkil edir. Ümumiyyətlə, İsrail hökuməti içməli su təminatında böyük müvəffəqiyyətlər əldə etmişdir. Onun bu təcrübəsindən başqa quraq ölkələr də istifadə edir. 
Torpaq və bitki örtüyü. Ölkənin nisbətən çox yağıntı alan 
qərb hissəsində quru subtropik meşə və kolluqların qəhvəyi torpaqları, mərkəzi və şərq bölgələrində boz qəhvəyi torpaqlar, cənubunda isə subtropik səhra torpaqları yayılmışdır. Dağlıq ərazilərin bəzi yerləri torpaq örtüyündən məhrumdur. Sahil bölgələrin torpaqları nisbətən məhsuldardır. Belə torpaqlarda humusun miqdarı 24 faizə çatır. Ölkənin Aralıq dənizi sahili mövqeyi florasının zənginliyinəsəbəb olmuşdur. Endemik bitki növləri üstünlük təşkil edir. Baharda yağıntılardan sonra ölkənin landşaftı füsünkar olur. Qaliley ölkənin tarixi-təbii baxımdan gözəl yeri sayılır. Çünki bu rayonun iqlimi yumşaq, rütubətli, torpaqları məhsuldardır. Əvvəllər meşələrlə örtülü olan Qalileydə hazırda təbii landşaftdan nadir izlər qalmışdır. Kənd təsərrüfatına yararlı sahələrdə və yamaclarda meşələr salınmışdır. 
Meşələr ərazinin cəmi 5 faizində yayılmışdır. Neqev səhrasının həyatsız görünüşü vardır. Onu dik qayalar və dərin dərələr «bəzəyir». İsrail təbiətinin mühafizəsinə,ekoloji mühitinin sağlamlığına diqqətlə yanaşan ölkələrdən biridir. Hökumət Ölü dəniz bölgəsini Milli qoruq elan etmişdir. Amma ərazidə uzun illər aparılan müharibələr və terrorçuların fəaliyyəti ölkənin həm təbii, həm də antropogen landşaftına böyük ziyan vurmuşdur.
Əhalisi-İsrail əsasən gəlmələr və ərəb mənşəli əhalinin yüksək təbii artımı hesabına əhalisi sürətlə artan ölkələrdən biridir. İsrail hökumətinin ölkənin ərəb əhalisinə qarşı ayrı-seçkiliyi siyasi, iqtisadi və sosial problemlərin meydana gəlməsinə səbəb olmuşdur. İsrail dövlətinin sərhədləri daxilində yaşamaqla ərəblər bu problemlərin  -xüsusilə sosial problemlərin həlli qarşısında acizdir. 
Neqev səhrasında tayfa bölgüsünü saxlamış köçəri və yarımköçəri həyat tərzi sürən ərəblər (təqribən 65 min) iqtisadi və sosial inkişafdan çox geri qalmışlar. Karaimlər kiçik etnik qrup olub, iudaizmi qəbul etmişlər. Əsasən Raml şəhəri və onun ətrafında yaşayırlar. 
Çərkəzlər Fələstində türklər tərəfindən XIX yüzilliyin axırlarındaməskunlaşmışlar. Onlar Qalileyin iki kəndində icma halında  yaşayırlar. Müsəlmandırlar (sünni) və etnik ənənələrini qoruyub saxlayırlar. 
İsrailin yəhudi əhalisi əsasən immiqrasiya nəticəsində folrmalaşmışdır. Fələstinə yəhudilərin immiqrasiyası XIX yüzilliyin 2-ci yarısında qüvvətli olmamışdır. 
Ölkədə orta ömür müddəti 79 yaşdır. Kişilər üçün bu rəqəm 
77, qadınlarda isə 80 yaşa uyğun gəlir. Hər 1000 nəfərə anadan olanların sayı 19,3, ölənlərin sayı 6,3 nəfərdir. 
Əhalinin orta sıxlığı barədə dəqiq məlumat vermək mümkün deyil. Əgər İsrail ərazisinin 20,8 min kv. km olmasının qəbul etsək, bu halda hər kv. km-ə orta hesabla 300 nəfərdən artıq adam düşəcəkdir. Əhali ərazi üzrə çox qeyri-bərabər şəkildə yerləşmişdir. 
İsraildə rəsmi dil ivritdir. Fələstin ərəblərinin yığcam yaşadığıərazilərdə ərəb dili işlədilir. Bu iki dildən başqa idiş, rus, ingilis vədigər Avropa dillərindən də geniş istifadə olunur. İmminqrantlar əsasən gəldikləri dövlətin dilində danışırlar. İsraildə sayı 1,2 mln nəfər olan güclü rus dilli diaspora yaranmışdır. 
İvrit dilinin geniş yayılması və hamı tərəfindən işlədilməsi üçün dövlətin xüsusi siyasəti mövcuddur. Ərəb dili ölkənin rəsmi dili olsa da, dövlət ərəb məktəblərinin ibtidai və natamam orta məktəblərində ivritin tədrisini məcburi sayır. 
Əhalinin təqribən 80 faizi iudaizm dininə etiqad bəsləyir. Dindarların 19 faizi sünni məshəbinə mənsub olan ərəblər, təqribən 1 faizi xristianlardır. İsrailin yaşlı əhalisinin 96 faizi savadlıdır.
Sonradan ölkənin paytaxtı elan olunmuş Yerusəlim bütün göstəricilərə görə ölkənin ən böyük mübahisəli şəhəridir. Üç dinin mərkəzi hesab olunan Yerusəlimə ziyarətçilərin axını çox güclüdür. 2005-ci ildə şəhər əhalisinin sayı 700 minə yaxınlaşmışdı. Yerusəlim dünyanın ən qədim şəhərlərindən biridir. Ölü dənizdən qərbdə, yarımsəhra iqlimli yaylada yerləşmiş Yerusəlim ölkənin böyük 
sənaye, ticarət və nəqliyyat mərkəzidir. Şəhərdə metal istehsalı, almaz cilalanması, toxuculuq, əczaçılıq, poliqrafiya, yeyinti sənaye müəssisələri, məişət texnikası istehsal edən iri müəssisə fəaliyyət göstərir. 
İqtisadiyyatı-İqtisadi cəhətdən İsrail regionun ən inkişaf etmiş dövlətidir. 
İsıtehsal qüvvələrinin sosial-iqtisadi strukturuna və istehsalın xarakterinə görə İsrail inkişaf emiş ölkələr qrupuna aid edilir.Ölkənin qısa müddət ərzində sürətli inkişaf etməsinin əsas səbəbləri iri imperialist dövlətlərin və beynəlxalq sionizm dairələrinin ölkəyə güclü maliyyə, iqtisadi, texniki və siyasi yardımı, immiqrantlar arasında çox savadlı mütəxəssislərin olması idi. 2005-ci il üçün İsrailin ümummilli məhsulun dəyərcə həcmi 110 mlrd. ABŞ dollarını ötmüşdü. Adambaşına düşən gəlir isə 20 min dollara yaxınlaşmışdır. 1995-2000-ci illərdə ölkədə iqtisadi inkişaf sürəti 5-6, 2000-2005 ci illərdə isə 2-3 faizə bərabər olmuşdur. 
İsrail elmə və elmi tədqiqatlara xüsusi fikir verən ölkələrdən biridir. Ümumdaxili məhsulun illik dəyərinin təqribən 3 faizi elmi tədqiqatlara və eksperimental işlərə yönəldilir. Neqev səhrasında ABŞ-ın Silikon vadisinin analoqu yaradılmışdır. Bu sahənin inkişafına hər il 1,2 mlrd. dollar xarici investisiya yönəldilir. İsrail dünyada günəş enerjisindən istifadədə, kənd təsərrüfatında tətbiq edilən genealoji mühəndislikdə, pilotsuz kəşfiyyatçı təyyarələrin istehsalında liderliyini qoruyur. İsrail 1988-ci ildə ilk peykini kosmosa çıxarmışdır. Ölkənin milli istehsalı olan nüvə silahı və atom energetikasıtexnologiyası vardır. 
İnkişaf etmiş ölkələrin əksəriyyətində olduğu kimi İsraildə də işsizlik mövcuddur. İşsizlik səviyyəsi 2004-cü ildə 9-10 faiz həddində olmuşdur. 
Hasilat sənayesinin əsasını Ölü dənizdəki natrium və brom duzları və Neqev səhrasındakı fosfor istehsalı təşkil edir. Çıxarılan fosfatın üçdə iki hissəsi Nxal-Sin yataqlarının payına düşür. 
İsrail nəinki fosfata olan daxili tələbatını tam ödəyir, hətta onu dünya bazarına da çıxarır. Bunun üçün Aşdod şəhərində xüsusi liman tikilmişdir. Ölü dənizdən çıxarılan müxtəlif duzların bir qismi ölkənin daxili tələbatını ödəmək üçün, bir qismi isə ixrac üçün istifadə olunur.İsrail yanacaq sərvətləri ilə təmin olunmadığından onun energetika sənayesi istilik elektirik stansiyalarının istehsal etdiyi enerjiyəəsaslanır. Ölkədə irili-xırdalı 60-a qədər istilik elektrik stansiyası
mövcuddur. Bu stansiyalar il ərzində 30 mlrd. kvt saata qədər elektrik enerjisi istehsal edə bilirlər. Bu hasilatın 95%-ni idxal olunmuş mazutla işləyən stansiyalar verir. 
Ölkədə arid iqlim mövcud olduğundan israillilər günəş enerjisindən də maksimum istifadə edirlər. Günəş batareyaları məişət cihazlarının enerjiyə olan tələbatlarının 40%-ni ödəyir.
Emaledici sənaye İsrailin inkişaf etmiş sənaye sahələrindən biridir.Metal emalında müştərək kapitala malik yığma müəssisələri üstünlük təşkil edir. Belə müəssisələrdə elektron texniki cihazlar, tibbdə işlədilən cihaz və avadanlıqlar, avtomobillər, kənd təsərrüfat avadanlıqları və maşınları, müxtəlif təyinatlı dəzgahlar və s. istehsal olunur. Akkoda şəhərində yerləşən metallurgiya müəssisəsində gətirilmə filizlərdən istifadə etməklə ildə 130-140 min tona qədər 
polad əridilir və ölkənin polada olan tələbatını tam ödəyir. Əlvan metallurgiya Təl-Əvivdəki alüminium prokatı istehsal edən zavodla,həmçinin Timna və Təl-Əvivdəki iri mis əritmə zavodları ilə təmsil olunur. 
Kimya sənayesi İsrailin dünya standartları səviyyəsində inkişaf etmiş sənaye sahəsidir. Ölkənin kimya müəssisələrində yüzlərcə müxtəlif kimyəvi məmulatlar istehsal edən onlarca müəssisə var. 
Dünyada cilalanan almazların 40 %-i İsrailin payına düşür. İsrail müstəqilliyinin ilk illərində hərbi sənaye sahələrinin inkişafına xüsusi fikir verir. Ölkədə olan hərbi zavodlarda tank, təyyarə, kater tipli hərbi gəmilər, raketdən müdafiə sistemləri və orta məsafəli raketlər istehsal olunur. Hazırlanmış silahların təqribən yarısı dünya bazarına çıxarılır. Ölkənin bütün yaşayış məntəqələrində yüngül(əsasən toxuculuq, ayaqqabı və gön dəri istehsalı) və yeyinti sənaye müəssisələri fəaliyyət göstərir. Yeyinti sənayesi əsasən meyvə-tərəvəz və ət 
konservləri müəssisələri ilə təmsil olunmuşdur. 
Kənd təsərrüfatının aparıcı sahələri. İsrailin kənd təsərrüfatını qonşu ərəb ölkələrinə nisbətən yüksək dərəcədəmexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. Torpaqlar gübrə ilə yaxşı təmin olunmuşlar. Çatışmayan cəhət ancaq su problemidir. Bunu da işlənilmiş suları yenidən təmizləmək və ondan qənaətlə istifadə etmək hesabına ödəyirlər. 
Ölkənin əsas kənd təsərrüfatı məhsullarına (un, bitki yağları, ət və şəkərdən başqa) olan tələbatını ödəməklə yanaşı hər il orta hesabla  600-700 mln. dollar dəyərində kənd təsərrüfat məhsulları da ixrac edir. İsraildə torpaq dövlət mülkiyyətindədir. Kənd təsərrüfatında aparıcı sahə yüksək məhsuldarlı heyvandarlıqdır. Təbii otlaqları olan uzaq ərazilərdə, həmçinin ərəb mənşəli əhalinin təsərrüfatlarında qoyunçuluq geniş yayılmışdır. İribuynuzlu qaramal əsasən tövləşəraitində saxlanılır. İsrail bu sahədə Qərbi Avropa ölkələrinin təcrübəsindən maksimum istifadə edir. 
Ölkədə əkin sahələrinin ümumi sahəsi 700 min hektardır.Bunun 250 min hektarı suvarılır, qalanlarında isə dəmyə əkinçiliyi inkişaf etmişdir. Taxılın məhsuldarlığı yüksəkdir. 
Müəliflər;Soltanova H.B., Məmmədov C.A. «Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget