Azərbaycanın ən böyük Coğrafiya jurnalı

SURİYA ƏRƏB RESPUBLİKASI

Yaxın Şərq ölkələrindən biri olan Suriya Asiya qitəsinin qərbində yerləşir. Beş ölkə – Türkiyə, İraq, Ürdün, Livan və İsraillə həmsərhəddir.

Coğrafi mövqeyi. Yaxın Şərq ölkələrindən biri olan Suriya Asiya qitəsinin qərbində yerləşir. Beş ölkə – Türkiyə, İraq, Ürdün, Livan və İsraillə həmsərhəddir. Şimal-şərqdə 183 km məsafədə Aralıq dənizinə çıxışı var. Sahəsi 185,2 min kv. km-dir. 1967-ci ildə baş vermiş İsrail-Ərəb müharibəsi nəticəsində Suriya torpaqlarının  Colan təpəlikləri adlanan kiçik bir hissəsi (təqribən 1,0 min kv. km) İsrail tərəfindən zəbt olunub. Sahəsinə görə dünya ölkələri içərisində 86-cı yeri tutur. 
Ölkənin coğrafi və hərbi-strateji mövqeyi çox əlverişlidir. Qərbi Asiyanı Afrika və Aralıq dənizi ölkələri ilə birləşdirən mühüm hava, avtomobil yollarının bəziləri Suriya ərazisindən keçir. Digər tərəfdən Aralıq dənizinə birbaşa çıxışı olmayan İraq və Ürdün Suriya torpaqlarından keçməklə Avropa və Şimali Afrika ölkələri ilə əlaqə saxlayır. 
Səth quruluşu və faydalı qazıntıları. Suriyanın ərazisi iki: dağlıq qərb və düzənlik şərq hissəyə ayrılır. 
Ərazinin çox hissəsi şimal-qərbdən cənub-şərqə Mesopotamiya ovalığı ilə İran körfəzinə tərəf meylli olan, hündürlüyü 700-200 metr arasında tərəddüd edən yüksəklikdir. Qərb hissə sahilboyu düzənliklərdən, dağ sistemlərindən və tektonik mənşəli dərələrdən ibarətdir. Ölkənin qərbində yerləşmiş düzənlik təqribən 200 km 
məsafədə ensiz (10- 30 km) zolaq şəklində Aralıq dənizi sahili  boyunca uzanır. Şərqə getdikcə düzənlik tədricən dağlıq bölgəyə birləşir. sələrdən danışılır. 
Suriyalıların Bəhr adlandırdıqları Aralıq dənizi sahilboyu düzənliyi, eləcə də bütün ölkənin təbii incisidir. Aralıq dənizinin bu hissəsində su təmiz, şəffaf və istidir. Yanvar-mart ayları istisna olmaqla burada ilboyu çimmək olar. Çimərliklər bəzi yerlərdə çınqıl  adlanan xırda daşlarla, bəzi yerlərdə açıq sarı qumlarla örtülüdür. Laziqiyyə (Latagiya) limanı istisna olmaqla Suriyada əlverişli təbii liman yoxdur.

Uzunluğu 200, eni 15-30 km olan Aralıq dənizi sahilindəki  düzənlikdən şərqə qırışıq dağlar uzanır. 
Əl-Ğab adlanan tektonik  mənşəli dərə bu dağları bir-birindən ayırır. Eni 15-20 km olan  Əl-Ğab dərəsi ilə Əl-Asi (Avropa ədəbiyyatında Oront) çayı axır. Əl-Ğabdan cənubda yerləşən da ğlar Ənsariyyə adlanır. Bu dağların ətəklərindən Hələb-Laziqiyyə və Həmat-Baniyas istiqamətində müasir tələbatlara cavab verən şosseyolu çəkilmişdir.

Suriya təbiəti üçün səciyyəvi olan hallardan biri də vahələrin, yəni suvarılan əkinçilik sahələrinin olmasıdır. Ürəksıxıcı təbiəti olan  səhralar içərisində adda-budda görünən yaşıl vahələr sözün tam mənasında cənnəti xatırladır. Belə vahələr içərisində Dəməşq Qutası çox məşhurdur. Ümumiyyətlə, Suriya da ğlarının ətəklərində yerləşmiş bütün vahələr Quta adlanır. Dəməşq Qutasının sahəsi 300 kv. km-ə bərabərdir. Qədim zamanlardan bizim günlərə qədər Dəməşqin hər hansı bir tərifi ilk növbədə Qutanın təsviri ilə başlayır. Ərəb müəllifləri onu «Şərqin incisi», «Allah vergisi» və s. gözəl adlarla adlandırırlar.
İqlimi və hidroqrafiyası. Suriyada Aralıq dənizi tipli  subtropik iqlim hakimdir. Ölkənin qərb bölgəsində yumşaq dəniz 
iqlimi mövcud olduğu halda daxili bölgələrdə və şərqdə kontinentallıq artır. Suriyanın Aralıq dənizi bölgəsinin ürəkaçan təbiəti, xüsusilə səfalı iqlimi ölkənin digər yerlərinin təbiəti və iqlimi  ilə təzad təşkil edir. Aralıq dənizi sahilində ən isti ay olan iyunun orta temperaturu müsbət 25-26 °C, Suriya səhrasında isə 45-50 °C  dərəcədir. Dəniz sahili bölgəyə 800-900, ölkənin qərbində yerləşmiş Ənsariyyə dağlarının yamaclarına 1500, səhra və yarımsəhralara isə 50-80 mm yağıntı düşür.
Ölkənin ən böyük çayı Fəratdır. Suriya ərazisində bu çay Bəlx, Xabur, Deyr əz-Zor qollarını qəbul edir. Ümumi uzunluğu 2300 km olan Fərat 675 km məsafədə Suriya ərazisindən axaraq İraqa daxil olur.
Fərat Dəclə ilə birləşir. İki çayarası və ya Mesopotamiya* adlanan hövzədə hələ 5 min əvvəl şumerlərin mədəniyyəti yüksək inkişaf səviyyəsinə çata bilmişdir.Suriya ərazisində Fərat çayının dərinliyi 4-7 metr arasında tərəddüd edir. Fərat çoxlilli çaydır. Hesablanmışdır ki, o, ildə təqribən 15 mln. ton lil axıdır.

Torpaq və bitki örtüyü. Suriyanın fauna və flora aləmi o qədər də zəngin deyil. Aralıq dənizi sahili bölgəsində vahələrin və çay dərələrinin məhsuldar torpaqlarında istiliksevən Aralıq dənizi  bitkiləri bitir. Humusdan məhrum olmuş səhra torpaqlarında isə ancaq istiyə və quraqlığa davamlı alçaqboylu ağaclara və kolluqlara rast gəlmək olar. Dağların ətəyində tala şəklində meşələr dəqalmışdır.
  2005-ci ilə olan məlumatlara əsasən Suriyada 20 mln nəfərə yaxın adam yaşayır. Təqribən 2 mln. suriyalı xaricdə işləyir. Müasir Suriya təbii artımı böyük olan ölkələrdən biridir. 1990-2005-ci illərdə orta illik artım 3 faizə yaxın olmuşdur. Orta ömür müddəti 69 ildir (kişilər üçün 68, qadınlar üçün 70 yaş). Etnik tərkibinə görə əhalinin 90 faizi suriyalı ərəblərdir. Azlıqda qalan xalqlar içərisində kürdlər üstünlük təşkil edir. Ölkədə ermənilər də məskən salmışlar. Kürdlər ölkənin şimalının dağlıq rayonlarında Hələb və Həsəkə vilayətlərində yaşayır.

Kənd təsərrüfatı. Əmək qabiliyyəti olan adamların təqribən yarısını özündə birləşdirən kənd təsərrüfatı ölkə milli gəlirinin ancaq 20 faizini yarada bilir, kənd təsərrüfatında üç bölmə: dövlət, kooperativ və kiçik kəndli təsərrüfatları fəaliyyət göstərir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget