Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Naxçıvan MR relyefi və faydalı qazıntıları

Naxçıvan MR Kiçik Qafqazın cənub-qərbində yerləşir. Azərbaycan Respublikası ərazisinin geomorfoloji rayonlaşdırılması bölgüsündə Naxçıvan MR-in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir.

Naxçıvan MR Kiçik Qafqazın cənub-qərbində yerləşir. Azərbaycan Respublikası ərazisinin geomorfoloji rayonlaşdırılması bölgüsündə Naxçıvan MR-in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir. Arazyanı dağlar yarımvilayəti muxtar respublika ərazisində Dərələyəz və Zəngəzur silsilələrini, Naxçıvan çökəkliyi geomorfoloji yarımvilayəti isə, əsasən, Arazboyu düzənlikləriəhatə edir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 m-dir. Ərazinin üçdə iki hissəsi hündürlüyü 1000 m-dən yuxarı olan dağlıq sahələrdir. Ərazinin üçdə bir hissəsini isə bir-birindən dağ qolları və tirələrilə ayrılan maili Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı, Kəngərli, Dəstə, Ordubad və s.) tutur. Bu düzənliklərin ümumi sahəsi 10 minha-aqədərdir. Arazboyu düzənliklərin ən geniş yeri Şərqi Arpaçayın mənsəb hissəsində olub, bu ərazidə bir tərəfdən tektonik çökmənin, digər tərəfdən isə akkumulyasiya prosesinin getməsi nəticəsində yaranmışdır.

Relyefi.
Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların Araz çayının dərəsinə doğru uzanan və müasir relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsilələrindəndir; ən hündür zirvəsi Qapıcıq dağı (3906 m) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir və daimi qar xəttindən 41 myuxarıda yerləşir. Alt Pliosen yaşlı kiçik intruzivlər (kütlələr) və ekstruzivlər silsilənin cənub-qərb yamacında konusvarı, günbəzvarı çıxıntılar yaradaraq təkrarolunmaz relyef əmələ gətirirlər. Hündür zirvələri: Yağlıdərə dağı - 3827 m, Qazangöldağ - 3814 m, Sarıdərə dağı - 3754 m, Dəvəboynu dağı - 3560 mvə s. Dağ aşırımlarının mütləq hündürlüyü 2346 m-lə (Biçənək aşırımı), 3362 m(Ayçonqal aşırımı) arasındadır. 
Dərələyəz silsiləsi muxtar respublika ərazisinin şimal-qərb hissəsində yerləşir və Zəngəzur silsiləsinə nisbətən alçaqdır (ən uca zirvəsi Küküdağ). Silsilənin Cəhri çayından qərbdəki hissəsi qövs şəklində cənuba doğru uzanaraq alçalır. Burada ən hündür zirvə Keçəltəpə dağıdır (2740 m). Silsilənin muxtar respublika ərazisinə daxil olan hissəsi mürəkkəb yer səthi quruluşuna malikdir. Bu mürəkkəblik relyefdə, xüsusilə Keçəltəpə dağından cənubda daha aydın nəzərə çarpır. Bu silsilədən Qaranquş, Gəhri, Qaraultəpə, Rəmlər və Buzqov qolları ayrılır. Dərələyəz silsiləsinin Cəhri çayından şərqdəki əsas hissəsi şərqə və cənub-qərbə doğru uzanır. Burada mütləq yüksəklik 2900-3110 m-dir (Sipər dağı - 3117 m, Keçəldağ - 3118 m, Küküdağ - 3120 m). Silsilənin suayırıcısı bəzən ensiz, bəzən də geniş və hamardır. Dərələyəz silsiləsinin şimal-şərq qurtaracağı hündürlüyü 3087 molan adsız zirvənin yaxınlığında Zəngəzur silsiləsi ilə birləşir. Silsilənin cənub-qərb hissəsi isə Cəhri və Naxçıvan çaylarının arası ilə uzanır. 
Muxtar respublika ərazisinin şimal-qərb qurtaracağı mürəkkəb yer səthi quruluşuna malikdir. Buradakı dağ zirvələrinin hündürlüyü 2000-2100 m-dən artıq deyil (Kömürlü - 2064 m, Ardıc - 2034 m, Mehridağ - 1869 m, Qabaqyal - 1824 m); əsasən alçaq və orta dağlıqdan ibarətdir. Respublikanın orta və alçaq dağlıq zonalarında müasir relyefdə tam əksini tapmış Miosen-Alt Pliosen yaşlı qalxmalar (Ağqaya, Darıdağ, Qaraquzey) və çökəkliklər (Paradağ, Nurs, Tirkeş) inkişaf etmişdir.

Geoloji quruluşu.
Naxçıvan Muxtar Respublikası ərazisində yerin müxtəlif yaşlı geoloji qatlarının aydın çıxışları, təkrarolunmaz və yer qatının daxilində kristallaşmış süxurların mövcudluğu geoloqların və səyyahların diqqətini hələ XVIII əsrin ortalarından cəlb etmişdir. Bu, istər Qərbi Avropa, istərsə də Rusiyanın geoloji ədəbiyyatında Alp qurşağının yer qatlarının nisbi yaşı məsələlərinin həllində öz əksini tapmışdır. Alp qurşağında bənzəri olduqca az tapılan "Naxçıvan lakkolitləri" (Əlincə, İlandağ və s.) və Culfa dərəsində Paleozoyun ardıcıl qatları dünya şöhrəti qazanmış və bu günədək klassik qiymətini itirməmişdir. Faydalı qazıntı sahələrində (Duzdağ, Darıdağ, Şəkərdərə, Gömür, Quyuludağ, Qızılqaya və s.) mağaraların, quyuların aşkar olunması, ibtidai əmək alətlərinin tapılması hələ qədim vaxtlardan Naxçıvan ərazisində duz, mərgümüş, mis, qızıl, kükürd və s. çıxarıldığını göstərir; orta əsrlərdə Azərbaycanda elmi-təsviri mineralogiya traktatları "Cavahirnamə" yaranmışdır. Ərazidə ilk geoloji tədqiqatlar və mineral sərvətlərin öyrənilməsi XVIII əsrin 2-ci yarısından başlanmış, planauyğun surətdə müntəzəm öyrənilməsi isə Naxçıvan MR yarandıqdan sonrakı dövrə aiddir.
Muxtar respublikanın ərazisi geoloji cəhətdən Kiçik Qafqazın Naxçıvan qırışıqlıq tektonik zonasında yerləşir. Digər tektonik zonalardan fərqli olaraq, geoloji quruluşu ümumi qalınlığı 14 km-ə qədər Kaynozoy (Yerin geoloji tarixinin son 65 mln. ili), Mezozoy (65-248 mln. ili), Paleozoy (248-540 mln. ili) dövrlərinin çökmə, vulkanogen-çökmə, yerüstü vulkanların püskürmə qatlarından və yer qatının daxilində kristallaşmış süxurlardan təşkil olunmuşdur. Bunların yer üzərində çıxışları ərazinin 400 mln. illik geoloji tarixini bərpa etməyə imkan verir. Naxçıvan qırışıqlıq zonasının tektonik quruluşunda Paleozoy qırışıqlığını təmsil edən Şərur-Culfa qalxıntısı, Alp qırışıqlığında yaranmış Ordubad sinklinoriumu və Naxçıvan çuxuru iştirak edir. Tektonik quruluşun özülü isə Baykal tektonik siklində (600 mln. il bundan əvvəl) yüksək dərəcədə dəyişikliyə uğramış müxtəlif mənşəli və tərkibli (çöküntü, maqmatik və s.) süxur qatları təbəqələrindən, Yer qabığının "qranit" qatından ibarətdir. Onların Yer səthinə yaxın yatımları Devon-Trias (390-220 mln. il bundan əvvəl) çöküntülərinin çıxışları sahəsinə təsadüf olunur və Dəhnə dayaq quyusunda 331 mdərinlikdə 1414 m-ə qədər kəsiliblər. Dəhnə qalxıntısının Arazın sağ sahilində metamorfik süxurlar Yer səthinə çıxır. Ərazinin dərinlik quruluşunda Yer qabığının qalınlığı 48-54kmolaraq, "qranit" qatı 15-20 km-ə, "bazalt" qatı 20-25 km-ə çatır.

Mənbə: nakhchivan.preslib.az

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget