Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Rusiya Federasiyası tərkibində olan türk qurumları - Sibir regionu

Altay Respublikası Altay dağlıq regionunda, Monqolustan,Çin və Qazaxıstanla sərhəddə yerləşir.Tuva Respublikası dağlıq ölkədir, dağarası Tuva və Toca çökəklikləri seçilir.

İCM-yi əlverişli deyil, əsas nəqliyyat yollarından və inkişaf etmiş regionlardan uzaqdır. Təbü şəraiti əlverişsizdir (iqlimi sərt, relyefi dağlıqdır).
Altay Respublikası Altay dağlıq regionunda, Monqolustan,Çin və Qazaxıstanla sərhəddə yerləşir. Ərazinin 95%-i 500-4500 m yüksəkliklərdə yerləşir. Katun, Cənubi
Çuya, Saylyükem, Terekti silsilələri arasında çökəkliklər yerləşir. Faydalı qazıntılardan əlvan metallar (qızıl, gümüş, sink, qurğuşun, volfram, civə), kimya sənayesi xammalı (soda, xörək duzu), həmçinin tikinti materialları var. 
İqlimi kəskin kontinentaldır. Çayları yağış, qar və buzlaqlarla qidalanır (Katun, Biya). Əhalinin orta sıxlığı 1 km2-də 2 nəfərdir. Yerli əhali altaylardır. Burada həmçinin qazaxlar, ruslar və s. yaşayırlar. Təbii artım yüksəkdir. Əmək resursları ilə yaxşı təmin olunub. Əhalinin 1/3—i şəhərdə yaşayır. İri şəhəri paytaxt Qomo-Altayskdır. Altay sənaye-aqrar ölkəsidir. Əsas sənaye sahələri hasilat, meşə və ağac emalı, meşə-kimya, yeyinti və yüngül sənayedir. Kənd təsərrüfatında ətlik-südlük, ətlik-yunluq heyvandarlıq, xallı maral, arıçılıq, bitkiçilikdə isə dənli və yem bitkiləri, kartof, meyvə-tərəvəz becərilir. Turizm imkanları genişdir, lakin zəif inkişaf edib. Əsas nəqliyyatı avtomobil nəqliyyatıdır.
Tuva Respublikası dağlıq ölkədir, dağarası Tuva və Toca çökəklikləri seçilir. Qərbi Sayan, Şərqi Sayan, Altay (Şişual) silsilələri bu çökəklikləri əhatə edir. Faydalı sərvətləri asbest, qızıl, daş kömürdür. İqlimi kəskin kontinentaldır. Böyük çayları Yenisey (Uluq-Hem) və onun qollarıdır. Çaylar hidroenerji əhəmiyyətinə malikdir. Əhalinin 60%-dən çoxu tuvalıdır, digər xalqlardan ruslar, xakaslar, altaylar və s.-dir. Əhalinin 47%-i şəhərdə yaşayır. Böyük şəhərləri Qızıl, Şaqonar, Çadandır. Sənayenin əsas sahələri dağ-mədən, meşə və ağac emalı, yeyinti sənayesidir. Kənd təsərrüfatında bitkiçilikdə dənli bitkilər, heyvandarlıqda ətlik-südlük maldarlıq, zərifyunlu qoyunçuluq, xəz-dəri ovçuluğu fərqlənir. Əsas nəqliyyat vasitəsi avtomobildir.
Xakasiya Respublikası nisbətən əlverişli İCM-yə malikdir (Transsibir magistralına yaxındır). Relyefdə dağlar üstündür (Kuznets Alatausu, Qərbi Sayan), Minusa çökəkliyinin bir hissəsi buradadır. Faydalı qazıntılardan daş kömür, dəmir və s. var. İqlimi kəskin kontinentaldır. Əsas çayları Yenisey və Abakandır. Krasnoyarsk və Sayan-Şuşensk SES-lər regionu elektrik enerjisi ilə təmin edir. Əhalinin milli tərkibində xakaslarla yanaşı, rus, ukraynalı, latış və s. xalqlar var. İşçi qüvvəsi çatışmır. İri şəhərləri Abakan və Çemoqorskdur. İqtisadiyyatın əsasım energetika və dağ-mədən sənayesi təşkil edir, həmçinin maşınqayırma, meşə və ağac emalı, yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Kənd təsərrüfatında dənli bitkilər, kartof və tərəvəz, heyvandarlıqda ətlik-yunluq qoyunçuluq, ətlik—südlük maldarlıq fərqlənir. Dəmiryol, avtomobil və çay nəqliyyatı inkişaf etmişdir.
Saxa (Yakutiya) Respublikası sahəsinə görə ən iri Türk qurumudur. Şimal Buzlu
okeana çıxışı (Laptevlər və Şərqi Sibir dənizləri) var. Ərazinin 40%-i Şimal qütb dairəsi daxilində, qalanı mülayim qurşaqda yerləşir. Relyefi mürəkkəbdir: Kolıma, Yana-İndiqirka, Şimali Sibir, Mərkəzi Yakutiya düzənlikləri; Verxoyansk, Çersk silsilələri, Orta Sibir, Aldan yaylaları və s. Faydalı sərvətlərlə zəngindir: qalay, volfram, sürmə, qızıl, dəmir, kömür, neft, qaz, almaz, həmçinin meşə və s. Subarktik və mülayim qurşaqlara aid kəskin kontinental iqlimə malikdir. Yağıntılar az olsa da çay şəbəkəsi sıxdır (əsas səbəbləri mümkün buxarlanmanın az olması, daimi donuşluq şəraitində səth sularının torpağa hopa bilməməsi, meylliyin böyük olması). Ən iri çayları Lena (Aldan, Amqa, Vilyuy), Kolıma, İndiqirka, Yana, Olyokmadır. Əhalinin milli tərkibi mürəkkəbdir: yakutlar, ruslar, evenklər, çukçalar və s. Orta sıxlıq 1 km2-də 0,4 nəfərdir. Əhalinin 67%-i şəhərlərdə yaşayır. İri şəhərləri Yakutsk, Mimı, Neryunqridir. İqtisadiyyatda hasilat sənayesi üstündür (almaz, qızıl, volfram). Sənayenin digər sahələri yanacaq-energetika, meşə və ağac emalı, maşınqayırma (hasilat avadanlığı), tikinti, yeyinti və yüngül sənayedir. Kənd təsərrüfatında maralçılıq, balıqçılıq, xəz-dəri ovçuluğu, cənubda qaramal saxlanması, həmçinin arpa, çovdar və tərəvəz əkinçiliyi fərqlənir. Nəqliyyat çox zəif inkişaf etmişdir. Əsas nəqliyyatı çay, avtomobil və aviasiyadır. Respublika 4 hissəyə ayrılır: Mərkəz, Cənub-Qərb, Cənub, Şimal.
Taymır (Dolqan-Nen) Muxtar Mahalı əsas nəqliyyat yollarından kənarda, Şimal Buzlu okeanı sahillərində yerləşir. Faydalı sərvətləri: mis, nikel, kobalt, platin, balıq və s. Əhalinin milli tərkibi: dolqan, nen, rus və s. Əhalinin sıxlığı çox azdır-1 km2-də 0,06 nəfər. İri yaşayış məntəqələri Norilsk, Dudinka (mərkəz), Ust-Port, Xatanqadır. İqtisadiyyatda metallurgiya, yanacaq-energetika, kənd təsərrüfatında maralçılıq, xəz-dəri ovçuluğu, balıqçılıq əsas rol oynayır. Nəqliyyat şəbəkəsi çox zəifdir, qismən avtomobil, çay nəqliyyatı var.
1 disqus-blogger
Açar sözlər

Yorum Gönder

Adsız

Dating for everyone is here: ❤❤❤ Link 1 ❤❤❤


Direct sexchat: ❤❤❤ Link 2 ❤❤❤

7W .

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget