Yerin müxtəlif sahələrində olan süxurlar cəzbetmə xassəsinə malikdirlər. Buna eyni zamanda süxurlarm maqnitlik xassəsi də deyilir. Ona görə də bütün Yer kürəsinin do maqnitlik xassəsi vardır. Yerin maqnit sahəsi maqnit qüvvə xətləri vasitəsilə özünü göstərir. Onlar qapalı bir sistemdir. Maqnit qüvvə xətləri Yerin mərkəzində yerləşdirilmiş maqnitin yaratdığı xətlərə oxşayır.
Yer səthinin hər hansı bir nöqtəsində qurulmuş maqnit əqrəbi maqnit qüvvə xətləri boyu dönür. Bu cihaz kompas adlanır. Kompas şaquli ox ətrafında sərbəst fırlamın maqnit əqrəbidir. İlk kompas Qədim Çində b.e.ə. III əsrdə yaradılmışdır. Avropada isə o XII-XIII əsrlərdən istifadə edilir. Kompasın əqrəbinin şimal ucu Yerin Şimal yarımkürəsində yerləşən Şimal maqnit qütbünə tərəf, cənub ucu Cənub yarımkürəsində olan Cənib maqnit qütbünə tərəf dönür.
Qütblərdə, gəmilərdə, iri dəmir filizi yataqlarında kompasdan istifadə edilmir. İstifadə edilməsi məqsədlərindən asılı olaraq ayrı-ayrı ərazilərdə üfüqün cəhətləri radiokoınpas, astro- kompas və dağ kompası ilə tə’yin edilir. Nəqliyyat vasitələrində üfüqün cəhətləri girokompaslarla tə’yin olunur. Ərazidə yerləşən əşyalara qədər azimut xəttini tə’yin etmək üçün bussoldan istifadə olunur. Onun üzərində dərəcə bölgüləri vardır. 1600-cü ildə Cilbert kompasın əqrəbinin fırlanmasına Yerin maqnit sahəsinin təsir etdiyini göstərmişdir. Əvvəllər belə təsəvvür edirdilər ki, ona qütb ulduzu təsir göstərir. Yerin maqnit sahəsində baş verən hadisələr kompasdan başqa maqnit teodoliti, elektrik maqnitimetri, aeromaqnitimetr, maqnit tərəzisi, qravimetr, inklinator adlanan cihazlarla öyrənilir.
Şimal və Cənub maqnit qütblərini birləşdirən və kompasın maqnit əqrəbinin oxundan
keçən xətt maqnit meridianı adlanır. Bunu XI əsrdə Çin alimi Şen Qua müəyyən etmişdir. Maqnit meridianları coğrafi meridianlar ilə üst-üstə düşmür. Şimal ınaqnit qütbü Kanada Arktikası arxipelaqında şm.e.,102°48/ q.u.), Cənub maqnit qütbü Antarktidanın Hind okeanı sahillərində (65°06/ c.e., 139°00/ ş.u) yerləşir. Coğrafi meridianla maqnit meridianı arasındakı bucağa maqnit meyl bucağı deyilir. Hər bir ərazi üçün maqnit meyl bucağının qiyməti topoqrafik xəritələrdə olan xətti miqyasın altında verilir. Maqnit əqrəbinin şimal hissəsinin meyl etməsi coğrafi meridiandan qərbə olarsa o qərb meyletməsi (və ya mənfi meyletmə), şərqə olarsa şərq meyletməsi (və ya müsbət meyletmə) adlanır. Eyni maqnit meyl bucağına malik olan nöqtələri birləşdirən xətlərə izoqonlar deyilir. Kompasın maqnit əqrəbinin göstərdiyi istiqamət və maqnit meyl bucağının köməyi ilə həqiqi şimal istiqaməti tə’yin edilir .
1829-1833-cti illərdə ingilis dənizçisi Con Rossun başçılığı altında olan ekspedisiyanın əsas məqsədi Şimali Amerikanın şimalından keçməklə Sakit okeana Şimal-Qərb dəniz yolunu tapmaq idi. 1830-31 -ci illərdə Britiya yarmadasının öyrənilməsi zamanı onun qərb sahillərində C.Rossun qardaşı oğlu Ceyms Ross (1800-1862) Şimal maqnit qütbünün yerini müəyyən etmişdir.
1839-1843-cü illərdə Antarktidaya olan ekspedisiyaya başçılıq edən Ceyms Ross Cənub maqnit qütbünün Antarktidanın sahillərində yerləşdiyini müəyyən etdi. Bu nöqtənin koordinatlarını alman riyaziyyatçısı K.F.Qauss (1777-1855) nəzəri cəhətdən hesablamışdır.
Maqnit qütblərinin yeri daim dəyişir. Onlar ildə 5-6 km şərqə və ya qərbə hərəkət edir. Buna səbəb Yer qabığı və nüvənin müxtəlif sür’ətlə hərəkət etməsidir. Nəticədə onlar arasında elektrik burulğanı yaranır və Yerin maqnit sahəsi yerini dəyişir. Maqnit qütblərinin yerini dəyişməsi Yerin daxilində, müxtəlif sahələrdə müxtəlif temperatur olması nəticəsində yaranan elektrik cərəyanının tə ’siri ilə də ola bilər.
Sərbəst hərəkət edən maqnit əqrəbi yalnız maqnit ekvator xətti üzərində üfüqi vəziyyətdə dayanır. Maqnit ekvator xətti Qərb yarımkürəsində coğrafi ekvatorun cənubundan, Şimal yarımkürəsində onun şimalından keçir. Maqnit ekvator xəttindən şimala hərəkət etdikcə kompasın əqrəbinin şimal ucu aşağı enir. Şimal maqnit qütbündə əqrəbin şimal ucu aşağı olmaqla o şaquli vəziyyətdə dayanır. Maqnit ekvator xəttindən cənuba hərəkət etdikcə əksinə kompasın əqrəbinin cənub ucu aşağı dönür. Cənub maqniq qütbündə əqrəbin cənub ucu aşağı olmaqla o şaquli vəziyyətilə olur. Maqnit əqrəbi ilə Yerin müstəvi səthi arasındakı bucaq maqnit əyilmə bucağı adlanır. O, şimal və cənub ola bilər. Maqnit ekvator xətti üzərində maqnit əyilmə bucağı 0 dərəcə, maqnit qütblərində 90°-yə bərabər olur. Eyni maqnit əyilmə bucağına malik olan nöqtələri birləşdirən xətlərə izoklinlər deyilir. Maqnit meyl bucağı və maqnit əyilmə bucağı Yerin hər hansı nöqtəsində maqnit qüvvə xətlərinin istiqamətini göstərir.
Atmosferin yuxarı qatlarında çoxlu yüklü hissəciklər vardır. Yüklü hissəciklərin toplandığı, Yerin maqnit sahəsinin əhatə etdiyi bütün Yerətrafi sahələr maqnitosfer adlanır. Maqnitosfer Yer səthinə gələn elektromaqmit və korpuskulyar radiasiyanın çox hissəsini udur, Yer üzərində olan çanlı orqanizmləri onların məhvedici tə’sirindən qoruyur.
Yer səthinə yaxın atmosferin yuxarı qatlarında Günəş fəallığının artması nəticəsində elektrik cərəyanları əmələ gəlir. Onlar dəyişən maqnit sahələrinin yaranmasına səbəb olur. Bu hadisəyə maqnit fırtınaları deyilir. Bir neçə saatdan bir neçə günə qədər davam edən bu hadisə canlılara tə’sir edir, radiodalğaların normal yayılmasına mane olur. Qütb parıltıları da maqnit fırtınaları nəticəsində yaranır.
Maqnit sahəsinin köməyi ilə üfüqün cəhətləri tə’yin edilir. Bu isə dəniz və hava nəqliyyatı vasitələrinin idarə edilməsində mühüm əhəmiyyət kəsb edir. Yerin maqnit xassələrinin öyrənilməsi ilə dəmir, nikel, titan, kobalt və s. ferromaqnit xassəli faydalı qazıntıların tapılması asanlaşır. Ferromaqnit metallar maqnit xassəsinə malik olan elementlərdir. Bu metallar maqnit xassələrinə görə bir-birindən kəskin fərqlənir. Faydalı qazıntıların maqnit xassələrinə görə axtarılması maqnit kəşfiyyat üsulu adlanır. Süxurların maqnit xassələri onların geoloji quruluşu ilə əlaqədardır. Dəmir filizlərində və maqmatik süxurlarda maqnitlilc xassəsi daha yüksək, çöküntü mənşəli süxurlarda çox zəifdir. Maqnitometr adlanan cihaz ferromaqnit sahəsində maqnit xassələrinin çox olduğunu göstərir. Onlar maqnit anomaliya rayonları adlanır. Bu rayonlar qranit və bazalt süxurlarının Yer səthinə yaxın olması ilə bağlıdır. Burada kompasın əqrəbinin meyletmə və əyilmə bucaqları həmin yer üçün olan orta göstəricidən kənara çıxır. Yerin təkində olan dəmir filizinin miqdarından və anomali-yanın əhatə etdiyi ərazidən asılı olaraq dünya (Braziliya, Şərqi Sibir), regional və məhəlli anomaliya vardır.

Yorum Gönder