Yupiter Günəş sistemində ən çox kütləyə malik olan planetdir. Onun kütləsi bütün planetlərin birlikdə götürülən kütləsindən iki dəfə çoxdur. Onun fırlanma oxu orbit müstəvisinə perpendikulyardır. Ona görə də planetdə fəsillər dəyişmir. Fırlanma oxu ekvator müstəvisinə 37 meyllidir. Yupiteri Günəşlə qarşıdurma zamanı səmada adi gözlə sarı rəngli ulduz kimi görmək olur. Ona görə ki, Yupiter Günəş şüalarını əks etdirərək ona sarı rəng verir. Planet müşahidə edilərkən qaz təbəqəsi kimi görünür. Onun diskini ilk dəfə Q.Qaliley, halqaların olmasını S.K.Vsexsvyatski (1960) müşahidə etmişdir. O, güclü radiasiya qurşağı ilə əhatə olunmuşdur və onun mürəkkəb maqnit sahəsi vardır. Bu maqnit sahəsindən elektronlar formasında elektromaqnit dalğaları şüalanır. Onun səthində olan atmosfer hidrogen, ammonyak, metan, helium qazlarından ibarətdir və onların sıxlığı çox yüksəkdir. Burada təzyiq 100000 atmosferə qədərdir. Buludların yuxarı qatlarında təzyiq 1 atmosferdir.
Yupiterin gecə və gündüz yarımkürələrində temperatur fərqi olmur. O, Yerə nisbətən 27 dəfə az istilik qəbul edir. Ona görə də səthində temperatur -170°-210°S arasında olur. Yupiterin üzərində ekvatora paralel tünd və açıq rəngli zolaqlar, dəyişən buludlar görünür. Tünd və açıq rəngli zolaqlar tədricən bir-birini əvəz edir. Onlar atmosferdə kütlələrin hərəkəti, güclü burulğanlarla əlaqədardır. Planetin üzərində Böyük Qırmızı Ləkələr müəyyən edilmişdir (1878). Diametri 11 min km-dən 48 min km-ə qədər olan bu ovalşəkilli ləkələr qazlardan təşkil olunur. Onlar 20° cənub enliyindədir. Ləkələr bir neçə il qırmızı olur, digər vaxtlarda ağ rəng alır və həmişə mövcud olur. Yupiter kosmik fəzaya Günəşdən aldığı istilikdən 2,9 dəfə çox istilik verir. Bu enerji onun daxilindən olan şüalanma ilə əlaqədardır. Daxili enerji planetin qravitasiya enerjisi ilə bağlıdır. Bu əlamətə görə Yupiter ulduzlara oxşardır. Yupiterin 1/10-ni təşkil edən nüvəsi bərkdir. Nüvə qaz halında olan xarici təbəqə ilə əhatə olunur.
Yupiter qədim yunan əfsanələrində və dinində baş allahın adıdır. Ona həmçinin göy gurultusu və ildırım allahı kimi də sitayiş edirdilər. Yupiterin 16 peyki vardır. İlk dəfə 1610-cu ildə Q.Qaliley Yupiterin ən parlaq təbii peykləri olan Io, Avropa, Hanimed və Kallistonu kəşf etmişdir. Digər peykləri Amalteya, Himaliya, Elara, Pasife, Sinope, Lisiteya, Karme, Ananke, Leda, Fiva, Adrasteya və Metida adlanır. Onun 8, 9, 11, 12-ci peykləri planetin hərəkətinin tərsinə fırlanır. Qalan planetlər Yupiterin ətrafında onun Günəş ətrafında dolanma istiqamətində fırlanır.

Yorum Gönder