Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Avropa ölkələri

Dünyanın əksər İEÖ burada yerləşir. Burada 43 müstəqil dövlət və Böyük Britaniyanın "mülkü" Cəbəlüttariq yerləşir. Ümumi sahəsi 23,1 mln km2

XX əsrdə iki dünya müharibəsinin əsasən Avropada getməsi Öz təsirini göstərmişdir. İqtisadiyyat əsaslı surətdə sarsılmış, dünya təsərrüfatmda mövqeyi zəifləmişdir. Lakin, sənaye çevrilişinin beşiyi və kapitalizmin vətəni olan Avropa bu gün də iqtisadi potensialına görə dünyanın güclü regionlarından sayılır, dünyanın siyasi, mədəni, iqtisadi həyatında mühüm rol oynayır. Ən iri və güclü iqtisadi birlik - Avropa İttifaqı (Aİ və ya Ümumi Bazar) 1957-ci ildə yaranmış (AFR, Fransa, İtaliya, BeNiLüks), 1973-cü ildə Böyük Britaniya, Danimarka, İrlandiya, 1981-d ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya bura daxil olmuşdur. 1955-ci ildə Avropa Şurası siyasi təşkilatı yaradılmışdır.
Dünyanın əksər İEÖ burada yerləşir. Burada 43 müstəqil dövlət və Böyük Britaniyanın "mülkü" Cəbəlüttariq yerləşir. Ümumi sahəsi 23,1 mln km2 (onun 74%-i Rusiyanın, xüsusən Asiya hissəsinin payma düşür), əhalisi təxminən 760 mln nəfərdir. Adətən Avropam iki hissəyə bölürlər: Qərbi və Şərqi Avropa. Qərbi Avropaya İEÖ, Şərqi Avropaya isə orta inkişaf səviyyəli, iqtisadiyyatda dərin islahatlar keçirən, geniş təbii və əmək resurslarına malik keçmiş sosialist ölkələri daxildir.
Qərbi Avropa ölkələri Norveç dənizindən Aralıq dənizinədək 5000 km uzanır. Sahəsi 3,8 mln km2-dir. Tərkibinə 24 müstəqil dövlət və Cəbəlüttariq daxildir. AFR, Fransa, Böyük Britaniya və İtaliya böyük "Yeddilər"ə daxildir. "Cırtdan" - mikrodövlətlər (Andorra, Vatikan, Lixtenşteyn, Monako, San-Marino) xüsusi qrup əmələ gətirir.
Qərbi Avropa ölkələrinin İCM-nin başlıca əlamətləri:
1. Bir-biri ilə qonşuluq;
2. Əksər ölkələrin dənizsahili mövqeyi və gediş-gəlişli dəniz yolları yaxınlığında yerləşməsi;
3. Ümumi Avropa əməkdaşlığı üçün geniş imkanlar.
 Dövlət quruluşuna görə ölkələrin 12-si respublika, 12-si konstitusiyalı monarxiyadır.
Qərbi Avropa ölkələri əhalinin təbii artımına görə I (müasir) tipə aiddir. Belə demoqrafik vəziyyət bu regionu əmək immiqrasiyası mərkəzinə çevirib. Milli tərkibinə görə Qərbi Avropa əhalisinin əksəriyyəti Hind-Avropa dil ailəsinə mənsubdur. Orta və Şimali Avropada german (alman, holland, ingilis, şotland, avstriyalı, İsveç), Cənubi Avropada roman (italyan, ispan, portuqal, fransız) dil qrupuna aid xalqlar i məskunlaşıb.
Əhalinin sıxlığı yüksəkdir - 1 km2-də 100 nəfər. Bəzi ! regionlarda daha yüksəkdir (1000 nəfər və çox). Dünyanın yüksək urbanizasiyalaşmış regionlarmdandır. Əhalinin 2/3-dən 4/5-ə qədəri şəhərlərdə yaşayır. London və Paris ən iri aqlomerasiyalardır.
Təsərrüfatı. Qərbi Avropa iqtisadi gücünə görə ABŞ-dan sonra II regiondur. Xarici ticarət dövriyyəsinə görə I-dir. Qərbi Avropanın təsərrüfat siması inkişaf etmiş sənaye ilə təmsil olunur. Kənd təsərrüfatı istehsal həcminə görə ABŞ-dan geri qalsa da, yüksək məhsuldarlığı və əmtəəliyi ilə fərqlənir. Əksər ölkələrdə buğdanın məhsuldarlığı hər hektardan 60-70 sentnerdir. Əksər ölkələrdə heyvandarlıq əsas yer tutur. Kənd təsərrüfatı müəssisələrinin başlıca tipi fermalardır.
Nəqliyyat şəbəkəsi sıxlığına görə dünyada I yeri tutur. Yük daşıma məsafəsinin uzunluğuna görə ABŞ-dan geri qalır. Bütün nəqliyyat növləri yüksək inkişaf etmişdir. Fransa, Niderland, Böyük Britaniya və İrlandiyada yük daşımalarının 80-90%-i dəniz nəqliyyatının payına düşür. Nəqliyyat əlaqələri üçün keçilməz səddlər, demək olar ki, qalmamışdır.
Qərbi Avropa Beynəlxalq ticarətə daha çox cəlb olunmuşdur.
Təsərrüfatın ərazi strukturu mürəkkəbliyi və müxtəlifliyi ilə fərqlənir. Sənayesinin XIX əsrdə formalaşan coğrafiyası öz mənzərəsini saxlayır, "inkişafın mərkəzi oxu" İngiltərənin cənub-şərqindən başlayaraq Fransanın şimalından, Belçikadan, AFR-dən (Reyn və qollarının vadilərindən) keçməklə, Şimali İtaliyaya qədər 8 ölkənin ərazisi üzrə, təqribən 1500 km uzanır. Region ərazisinin 1/5-ni tutan sənaye zolağında Qərbi Avropa əhalisinin yarısı, sənaye potensialının 75%-i təmərküzləşmişdir. Regionun təsərrüfat özəyini Aİ Ölkələri təşkil edir. Aİ üzvlərinin sayım artırmaq və müxtəlif regionlarla faydalı müqavilələr bağlamaqla mövqeyini daim genişləndirir.
Coğrafi, tarixi və təsərrüfat fərqlərinə görə Qərbi Avropa 3 regiona ayrılır: Orta, Şimali və Cənubi Avropa.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget