Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünya neft sənayesi tarixində ilk dəfə Azərbaycanda

1803-cü il dünyada ilk dəfə bakılı Hacı Qasımbəy Mənsurbəyov dənizdə, Bibi – Heybət buxtasında sahildən 18 və 30 m aralıda yerləşən iki quyudan neft çıxarmağa başlamışdır.

Hasilat və daşıma sahəsində 
1803-cü il dünyada ilk dəfə bakılı Hacı Qasımbəy Mənsurbəyov dənizdə, Bibi – Heybət buxtasında sahildən 18 və 30 m aralıda yerləşən iki quyudan neft çıxarmağa başlamışdır. İlk dəniz mədəni 1825-ci ildə, Xəzər dənizində güclü tufan nəticəsində dağıdılmışdır. 
1846-cı il Bakıda, Bibi-Heybətdə Zakafqaziya diyarı idarəsinin şura üzvü Vasili Semyonovun təklifi ilə neft kəşfiyyfatı məqsədi ilə dərinliyi 21 m olan dünyada ilk neft quyusu qazılmışdır, yəni dünyada ilk dəfə qazma işi müsbət nəticələnmişdir. İş Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında aparılmışdır. 
1847-cü il 8–14 iyul tarixlərində Qafqaz canişini knyaz Mixail Vorontsov öz sənədlərində Xəzər dənizinin sahilində (Bibi Heybət) dünyada ilk neft quyusunun qazılması faktını və müsbət nəticə verməsini rəsmi şəkildə təsdiq etmişdir. 
1877-ci il Lüdviq Nobelin sifarişi ilə dünyada ilk dəfə olaraq polad korpus Motala (İsveç) şəhərində hazırlanmış “Zərdüşt” neftdaşıyan paroxodu inşa edilmişdir, paroxodun qızdırılmasında neft qalıqlarından istifadə edilirdi. 
1881-cü il Dünyada ilk dəfə olaraq “Nobel qardaşları” firması neft və neft məhsullarının dəmiryol sisternlərində daşınmasını həyata keçirmişdir (hər sisternin üzərində “Nobel
qardaşları Şirkəti” sözləri yazılmışdı). 
1886-cı il İyun ayında “İşıq” neftdaşıyan paroxodu dünyada ilk dəfə olaraq Bakının ağ neftini Batumdan Londona dlaşıdı (bu gəmi də Nobel qardaşlarına məxsus “Zərdüşt”ün hazırlandığı Motala şəhərinin zavodunda inşa edilmişdi). 
1897-ci il Dünyada ilk dəfə olaraq Xəzər dənizində “Assan Dadaşov” adlı iki pərli tanker peyda oldu. 
1897-1907-ci illər Dünyada ən böyük ağ neft xətti olan 829 verst uzunluqda Bakı-Batum xəttinin inşası, bu xətt Zaqafqaziya dəmir yollarına məxsus idi və ümumi dəyəri təxminən 50 milyon rubl təşkil edirdi. 
1899-1901-ci illər Hasil edilən neft əksər həcminə görə Öakı neft sənayesi ildə 11,5 milyon ton neft verməklə dünyada birinci yeri tutur, bu zaman Amerika Birləşmiş Ştatlarında (ABŞ) ildə 9,1 milyon ton neft hasil edilirdi. 
1901-ci il Alfred Nobelin təsis etdiyi ilk Nobel mükafatlarının verilməsi. İsveç tarixçisi, Nobel ailələrinin arxivi ilə işləmiş Erik Berqenqrenin (1962) şəhadətinə görə, Alfredin ona məxsus kapitalın Bakı yataqlarından çəkilməsi (Nobel mükafatının 12%-ni təşkil edirdi) haqqında qərarı tezliklə beynəlxalq mükafatın təsis edilməsi ilə nəticələndi. 
1903-1904-cü illər Dünyada ilk böyük dizel tankerlərinin – “Vandal” və “Sarmat” teploxodlarının Emmanuel Nobelin rəhbərliyi altında inşası. Dünyada ilk dəfə “Vandal” teploxodunun (1903) dərinliyi 74,5 m.-yə çatırdı; onun yüke götürmə qabiliyyəti – 750 ton, sürəti 7,4 dəniz milindən artıq deyildi (1 mil = saatda 1,852 km) idi; burada daimi cərəyan generatoru ilə işə düşən qeyri-reversiv üç silindirli dizellər quraşdırılmışdı. 
1909-cu il İlk dəfə dünya praktikasında Xəzərin təkindəki neft laylarının işlənməsi üçün Bibi-Heybət buxtasında tökmə işlərinə başlandı. İşlər 1932-ci ildə mühəndis pavel Potoskinin rəhbərliyi altında başa çatdırıldı. 
1910-cu il İRTC BŞ-nin üzvü İvan Qluşkov dünya neft praktikasında ilk dəfə olaraq Bakıda “Neft yataqlarının qazılmasına aid Təlimatları” hazırladı, bu təlimatlar əsasında Bakı məktəblərinin tələbələrinə qazmanın ümumi əsasları tədris edilirdi. 3 ildən sonra o, “Neft quyularının istismarı” adlı monoqrafiyasını nəşr edəcəkdi. “Maye mədənlərin- neftin və duzlu suların hasilatı”. 
1923-cu il Bakı mühəndisi Matvey Kapelyuşnikov dünyada ilk dəfə birpilləli reduktorlu trubobur (qazma maşını) kəşf etdi. 
1924-cü il 1.Dünyada ilk dəfə olaraq İliç buxtasında ada tipli dirəklərlə təchiz edilmişdir
Matvey Kapelyuşnikov turboburla (qazma maşını) Suraxanıda dünyada ilk neft quyusunu qazdı, onun dərinliyi təxminən 600 m idi. 
1933-1934-cü illər Dünyada ilk dəfə olaraq, Bakıda Xubentsov qardaşları batarılmış ağac ponton formasında üzən özülün konstruksiyasını təklif etdilər; bu özüldən ilk dəfə olaraq dərinliyi 365 m olan neft kəşfiyyat quyusu qazıldı. İlk üzən qazma qurğusu isə Xəzər dənizində 1934-cü ilin sentyabr ayından etibarən fəaliyyətə başladı. 
1936-cı il 1. Dünyada ilk dəfə sovet mühəndisləri qrupu (Pyotr Şumilov, Eyub Tağıyev və başqaları). 
Dünya geoloji praktikasında ilk dəfə olaraq dəniz neft yataqlarının işlənməsi üçün mühəndis A.M. Pobedin struktur qazmanı həyata keçirmək üçün dənizdə Mərdəkan qəsəbəsi və Abşeron boğazında Xəzər dənizinin təkinin struktur xəritəsi hazırlandı. 
1940-cı il Qala yatağında dünyada ilk dəfə olaraq Ostrovski, Aleksandrov və sair konstruksiyaların elektrik qazma üsulu ilə qazılması həyata keçirilmişdir. 
1941-ci il Baildə dünyada ilk dəfə olaraq turbin üsulu ilə dərinliyi 2000 m olan maili quyu qazıldı. 
1948-ci il Avropada və SSRİ-də ilk dəfə olaraq usta Əliyulla tərəfindən oktyabr ayının 2-də Suraxanıda 3800 dərinlikdə olduqca dərin quyu qazıldı (№ 1308) və fontan vurdu. 
1949-cu il Dünya neft sənayesinin tarixində ilk dəfə olaraq avqust ayının 24-də Abşeron şelfində unikal dəniz yataqlarının-Neft Daşlarının kəşfiyyatına başlandı və orada polad dəniz özülləri quruldu. Bir aydan sonra bu yataqda ilk quyu qazıldı, 1000 metr dərinliyə çatanda neft fontan vurdu. 
1958-ci il Brüsseldə kesirilən ümumdünya sərgisində bütün avadanlıqları ilə birlikdə iki pərli qazma qurğusu nümayiş etdirildi. Professor Eyyub Tağıyevin rəhbərliyi altında bu qurğunun müəllif kollektivinə Qızıl medal verildi. 
1971-ci il Mart ayının 28-də Azərbaycanda neftin hasilatına başlandığı tarixdən 1 milyard ton neft hasil edildi. 
1976-cı il Dekabr ayında SSRİ neft yataqlarında (“Başneft”, “Udmurtneft” və “Permneft”) möhkəmliyi və etibarlılığına görə milli və dünya standartlarını öğüb keçən yeni polad markalarından yüksək dərəcədə davamlı, dərin sorucu qazma ştanqı uğurla sınaqdan keçirildi. 
1994-cü il 20 sentyabr tarixində Azərbaycan Prezidenti Heydər Əliyev respublika parlamentinin 2 dekabr tarixitndə ratifikasiya etdiyi “Azəri-Çıraq-Günəşli” yataqlarını istismarı üzrə beynəlxalq kontraktı – “Əsrin kontraktını” imzaladı, bu kontrakt 12 dekabr tarixində qüvvəyə mindi. Kontraktın məbləği 13 milyard ABŞ dolları məbləğində dəyərləndirildi. 
2005-ci il May ayında Bakıda, Səngəçal neft terminalında Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxstan prezidentləri dünya əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin doldurulmasına start verdilər. 

Emal sahəsində 
1837-ci il Balaxınıda Abşeronda və dünyada ilk Nikolay Voskoboynikovun neft ayırma zavodu fəaliyyətə başladı. 
1875-ci il Dünya neft sənayesinin tarixində ilk dəfə olaraq məşhur neft sənayeçisi Viktor Raqozin sürtgü yağlarının emalına başladı, 1878-ci ildə isə onun xaricə apardığı Bakı sürtgü yağı dünya bazarını əlbəəl fəth etdi. 
1883-cü il Dünyada ilk dəfə olaraq Bakıda Nobel qardaşlarının zavodunda neftin fasiləsiz distillə edilməsi məqsədi ilə V.Q.Şuxov və İ.İ. Yelin tərəfindən layihələndirilmiş kub batareyası quraşdırıldı. 
1885-ci il Mühəndis Q.V.Alekseyev neft tarixində ilk dəfə olaraq Bakıda yağ qudronunun krekinqi vasitəsi ilə (hissələrə ayırma) benzin və ağ neft almaq üçün kub sənaye qurğusunu layihələndirdi və quraşdırdı (S.M.Şibayevin zavodunda). 
1891-ci il Dünyada ilk dəfə olaraq V.Şuxov və S.Qavrilov fasiləsiz hərəkət edən termik boru krekinq qurğusunu ixtira etdilər (patent № 12926). 
1900-cü il Beynəlxalq Neft qurultayı Vladimir Markovnikovu Qafqaz və Abşeron neftini kompleks şəkildə tədqiq etdiyinə görə Qızıl medalla təltif etdi, bu da yeni karbohidrogenlərin – naftenlərin kəşfinə gətirib çıxardı. 
1901-ci il Almaniyada, “Friedrich Viweg u Sohn” nəşriyyatında alman dilində Bakı neft-kimyaçısı R.A.Vişinin “Neftenlər (neftin siklik polimetilləri) və digər karbohidrogenlər sırasında onların mövqeyi” adlı kitabı nəşr edildi, bu kitab dünyada neftenlərin ilk tam və sistemli tədqiqi hesab edilir. 
1905-ci il Dünya neft praktikasında ilk dəfə olaraq Balaxanıda kompressor istismar üsulu tətbiq edildi. 
1912-ci il Bakıda mədən mühəndisi Semyon Kvitko neft qalıqlarının termik ayrılması üsulunu işlədi. Ona “təzyiq altında və təhyiqsiz mazutun yüksək temperaturlu ayrılmasından benzinin alınması” tədqiqatına görə 21963 saylı patent verildi. 
1914-cü il Dünya neft elmində ilk dəfə olaraq Bakıda professor M.M.Tixvinskiy neftin quyulardan sıxılmış qaz –qazliftin köməyi ilə çıxarılması üsulunu kəşf etdi. 
1915-ci il Dünyada ilk dəfə olaraq, Bakıda professor Nikolay Zelinskiy neftin krekinqi zamanı oksid mektallardan əlavə (titan, aluminium və sink) katalizator qismində floridindən və Baxçasaray gilindən də istifadə etməyin mümkünlüyünü təsbit etdi. 
1920-ci il 14 noyabr tarixində M.Əzizbəyov adına Bakı Politexnik İnstitutunun əsası qoyuldu. Bu ali məktəb (sonradan – Azərbaycan neft və kimya institutu, hazırda-m Azərbaycan dövlət neft Akademiyası) Avropa və Asiyada neft sənayesinin bütün sahələri üçün mühəndis kadrlarını hazırlayan ilk ali məktəbdir. 
1929-1934-cü illər Vladimir Şuxov, Matvey Kalelyuşnikov və Fətullabəy Rüstəmbəyov Bakıda boru krekinq qurğusun kəşf etdilər və quraşdırdılar. Bu qurğuda həyata keçirilən proses dünya neft tarixinə “sovet krekrinqi” adı ilə daxil oldu neftin dərin ayrılması təcrübəsinin inkişafında nəzərəçarpacaq rol oynadı. 
1934-cü il “Azərbaycan neft təsərrüfatı” jurnalında Fətullabəy Rüstəmbəyovun milli və xarici təcrübəni təhlil edən məqalələri çap edildi, o, dünyada ilk dəfə olaraq sualtı neft yataqlarının kəşfiyyatının və Xəzər dənizində neft quyularının inşa edilməsinin nəzəri və praktiki əsaslarını şərh etdi. 
1936-cı il Yanvar ayında, Bakıda neft qazlarından etil spirtinin alınması üzrə sənaye qurğusu istismara verildi. Bakı neft-kimyaçılarının yaratdığı bu qurğu (Mark Dalin və başqaları) dünyada bu tipli ilk sənaye qurğusu idi. 
1939-cu il Dünya neft elmində ilk dəfə olaraq, Murtuza Nağıyevin termik krekinqin timsalında resurkulyasiyanın köməyi ilə kimyəvi proseslərin sürətləndirilməsinin nəzəri əsaslarının şərh edildiyi tədqiqatları nəşr edildi. 
1942-ci il Yusif Məmmədəliyev aviasiya benzinləri üçün misilsiz yüksək oktantlı komponentlərin alanması üzrə tam yeni metod kəşf etdi. Onun rəhbərliyi altında neft xammallarından toluolun sintezinin yeni sənaye metodu işlənib-hazırlandı və tətbiq edildi, bunun nəticəsində partladıcı maddələrin alanmasında istifadə edilən toluolun kefyiyyətini son dərəcə artırdı. 
1949-cu il Dünyada ilk dəfə olaraq Bakıda açıq dənizdə hidro-texniki qurğuların inşasına başlayan “Qiprodənizneftqaz” elmi-tədqiqat və layihə institutu təsis edildi. 
1977-ci il Dünyada ilk dəfə olaraq professor Bahadur Zeynalov neft neften karbohidrogenlərinin birbaşa oksidləşdirilməsi yolu ilə sintetik naften turşusununi alınması prosesini işləyib-hazırladı. 
2002-ci il Dünya neft təcrübəsində ilk dəfə olaraq professor Əliməmməd Şabanov neft laylarının su tərkibini müəyyənləşdirmək üçün kimyəvi sensorları və spin-nişanlanmış üzvi birləşmələri tətbiq etdi. 
2005-ci il Akademik Y.Q.Məmmədəliyevin yüz illik yubileyi şərəfinə YUENSKO-nun qərarı ilə 2005-ci il Yusif Məmmədəliyev ili elan edildi; körkəmli neft kimyaçısı – Qələbə yanacağının ixtiraçısı II Dünya Müharibəsində faşizm üzərində qələbənin çalınmasında misilsiz rol oynamışdır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget