Cənubi Amerika qərb yarımkürəsində, əsasən, ekvatordan cənubda yerləşir. Formasına görə oturacağı şimalda yerləşən gərilmiş üçbucağa bənzəyir. Sahəsi 18 mln km-ə yaxındır.
Qərbdən Sakit okean, şərqdən Atlantik okeanı, şimaldan Karib dənizi ilə əhatə olunan materikin sahil xətləri az parçalanmışdır. Şimalda Marakaybo, cənub-şərqdə La-Plata körfəzləri nəzərə çarpır. Yaxınlıqda olan adalar: Odlu Torpaq, Folklend (Malvin), Qalapaqos, Trinidad, Kiçik Antil və s.
Ucqar nöqtələri: şimalda Qalinas (12°25/ şm.e., 7\°35' q.u.); cənubda Frouard (53°54' c.e., 71°18/ q.u.), şərqdə Kabu-Branku (7°09; c.e., 34°46/ q.u.), qərbdə Parunyas(4°45' c.e., 81°20/ q.u.).
X.Kolumbun ilk səyahəti (1442-ci il) zamanı Mərkəzi Amerika adaları kəşf olunsa da, ancaq III səyahət zamanı (1498-ci il) Cənubi Amerikanın Orinoko çayı mənsəbi kəşf edilmişdir. Bu ərazilərin yeni torpaqlar olmasını, apardığı tədqiqatlar və çəkdiyi xəritələr əsasında Ameriqo Vespuççi sübut etmiş, sonradan "Yeni Dünya" onun adı ilə adlandırılmışdır. Bu yeni kəşf olunmuş ərazilərə ispan və portuqaliya müstəmləkəçiləri öz vəhşiliklərini gizlətmək üçün uzun müddət elmi ekspedisiyaları buraxmamağa çalışırdılar. İlk dəfə XVIII əsrin sonunda bura A.Humboldt və E.Bonplan elmi ekspedisiyaya gəlmişlər. Materikin öyrənilməsində digər səyyahların da xidmətləri vardır (H.Rubtsov, Q.Lanqsdorf, N.Vavilov).
Geoloji quruluşu və relyefi: Materik Hondvana qurusunun tərkib hissəsi olmaqla eyni adlı litosfer tavası üzərində yerləşir. Cənubi Amerikanın şərq hissəsi müxtəlif geoloji dövrlərdə tədrici enib-qalxmalara məruz qalmışdır. Belə ki, Qviana və Braziliya yaylaları platformanın qalxan, La-Plata, Amazon və Orinoko ovalıqları isə çökən hissələrinə uyğun gəlirlər. Materikin qərbi isə Sakit okean litosfer tavası ilə toqquşma zonasında yerləşir və bura fəal seysmikliyə malik olmaqla, cavan And dağ sisteminə aiddir. 1960, 1970, 1985-ci və s. illərdə güclü zəlzələlər baş vermişdir. Məşhur vulkanları: Lyulyalyako, San-Pedro, Kotopaxi, Ruis və s..
Materikin okean səviyyəsindən orta hündürlüyü 580 metr, maksimum hündürlüyü 6960 metr (Akonkaqua), minimal səviyyəsi -35 metrdir (Salinas-Çikas gölü səviyyəsi). Geoloji inkişafla bağlı olaraq şərqdə düzənliklər və yaylalar (dünyanın ən böyük düzənliyi Amazon ovalığı), qərbdə dağlar (And dağlarının uzunluğu 9000 km, həm qərb, həm də cənub yarımkürəsində ən hündür dağ sistemdir) və ona paralel olaraq okean novları yerləşir (Peru və Çili novları).
Faydalı qazıntıları: mis (And sözü yerli inklərin dilində "mis" deməkdir), qalay, molibden, gümüş, dəmir və digər metallar dağ və yaylalarda, neft, təbii qaz, daş kömür isə dağətəyi zonalar və düzənliklərdə yayılmışdır. Çilidə təbii gübrə - Çili şorası (selitra) yataqları var.
İqlimi: Cənubi Amerikanın iqliminə onun ekvatorun hər iki tərəfində yerləşməsi, qərb sahilboyu hündür And dağlarının uzanması, Atlantik okeanından gələn rütubətli hava kütlələrinin materikə sərbəst daxil olması, okean cərəyanları və s. təsir göstərir. Günəş radiasiyasının illik miqdarı ekvator boyu 120-160- kkal/sm2, ucqar cənubda isə iki dəfə azdır. Cənubi Amerika ən rütubətli materikdir. Amazon ovalığı və Braziliya yaylasının şərq yamaclarına 2000-3000 mm və daha artıq, soyuq Peru və Folklend cərəyanlarının təsiri altında olan qərb və cənub-şərq sahillərə 100-250 mm yağıntı düşür. Materikin temperatur göstəricilərində kəskin təzadlar yoxdur.
Ekvatorun materikin şimalından keçməsi iqlim qurşaqlarının qeyri-simmetrik yerləşməsinə səbəb olur. Ekvatorial iqlim qurşağı Amazon ovalığının əsas hissəsinin əhatə edir. Subekvatorial qurşaq ekvatorun hər iki tərəfində, digər iqlim qurşaqları isə materikin cənubunda formalaşır. Tropik iqlim qurşağı şərqdə rütubətli, mərkəz və qərbdə isə quru (kontinental) tiplərə ayrılır. Materikin cənubunda yerləşən subtropik qurşaq qərbdə Aralıq dənizi, mərkəzdə kontinental, şərqdə dəniz iqlimi; mülayim iqlim qurşağı qərbdə dəniz, şərqdə kontinental iqlim tipinə bölünür. And dağlarında yüksəklik qurşaqlığı və yüksək dağlara xas olan dağ iqlimi hakimdir.
Daxili suları: İqlimin rütubətli olması bolsulu və sıx çay şəbəkəsinin yaranmasına, qərb sahil boyu And dağlarının yerləşməsi isə əsas çayların şərqə, Atlantik okeanı hövzəsinə axmasına səbəb olur. Amazon çayı uzunluğuna görə (6400 km) dünyada II, suyunun bolluğuna və hövzəsinin sahəsinə görə (7 mln. km2-dən çox) I yeri tutur. Orta axarında eni 20 km, aşağı axarında 80 km-ə çatır. Qabarma çayın mənsəbindən 1000 km yuxarıya qədər müşahidə edilir. Parana çayı (4700 km) hövzəsinin sahəsinə görə dünyanın ilk 5 çayı sırasına daxildir. Onun İquasu qolu üzərində gözəl mənzərəli İquasu (hündürlüyü 80 metr) şəlaləsi, Orinoko çayının qolu üzərində dünyanın ən hündür şəlaləsi Anhel (1054 metr) yerləşir.
Materikdə iri göllər azdır. Əsas göllər Marakaybo (kanalla okeana birləşdirilmişdir), dağ gölləri Titikaka (3812 metr hündürlükdə yerləşir), Poopo və s.
Təbii zonaları. Rütubətli ekvatorial meşələr ("selvas" - portuqalca "meşə") heç bir materikdə buradakı qədər böyük və zəngin deyil. Ağacların 4000-ə qədər növü olan bu meşələrdə seyba (hündürlüyü 80 metr), palma, qovun ağacı, kakao, heveya, kinə üstünlük təşkil edir. Lianalar, gözəl çiçəkli və ətirli səhləb, heyvanlardan ilməquyruq və ərincək meymunlar, yaquarlar, tapir, su donuzu-kapibara, sürünənlərdən su ilanı, anakonda və s. geniş yayılmışdır. Savannalar həm şimalda (lyanos), həm də cənubda (kampos) qırmızı-ferralit və qırmızı-qonur torpaqlar üzərində yerləşir. Afrika savannalarma nisbətən quru iqlimə malikdir, odur ki, həm bitki, həm də heyvanların növünə və sıxlığına görə kasıbdır. 30°^40° c.e. arasında çöl (pampa) zonası yerləşir. Torpaqları qırmızı-qara, bitkiləri ağot, yabanı darı, heyvanları pampa maralı, pampa pişiyi, lama, quşlardan nandu dəvəquşu və s. Materikin cənubunda yarımsəhra (Pataqoniya), qərbdə Sakit okean sahillərində Atakama səhrası yerləşir.
And dağlarında yüksəklik qurşağı mürəkkəbdir (şəkil 45). Ekvator yaxınlığında yüksəkliyə doğru aşağıdakı qurşaqlıq özünü göstərir: ekvatorial meşələr (800-1000 metr yüksəkliyə qədər); qarışıq meşələr (1000-2000 metr arası); dağ meşələri (2000-3000 metr); alçaqboylu ağaclar (3000-3800 metr); kolluqlar və dağ (alp) çəmənləri (3800-4500 metr); çılpaq qayalar (4500—4800 metr); qar və buzlaqlar (5000 metrdən yüksək). Bəzi yaylalarda quru dağ çölləri (Paramos) və yarımsəhralar formalaşır. And dağlarında eynəkli ayı, şinşilla, lama, ən iri quş - kondora (qanadlarının uzunluğu 3 metrə çatır) yaşayır.
Əhalisi: Əhalisinin formalaşmasında gəlmə xalqların rolu böyükdür. Yerli əhali - hindular monqoloid irqinin Amerika qoluna mənsubdur. Avropalılar (əsasən ispan və portuqaliyalılar) buraya gələndən sonra yerli əhalinin xeyli hissəsini qırmış, bir hissəsini də rezervasiyalara köçürmüşlər. Sonradan Afrikadan zənci qullar gətirilmiş, plantasiyalarda işlədilmişdir. XIX əsrdən başlayaraq irqi ayrı-seçkilik (aparteid siyasəti) tədricən aradan qaldırılmış, irqlər bir-birinə qaynayıb-qarışmışdır. Avropalı və hinduların nikahından doğulanlar metis, avropalı və zəncilərin nikahından doğulanlar mulat, hindu və zəncilərin nikahından doğulanlar sambo adlanır. Əhalinin orta sıxlığı 1 km2-də 18-20 nəfərdir. Atlantik okeanı sahillərində və orta dağlıqda bu göstərici 100, daxili Amazonda 1 nəfərdir.
Cənubi Amerikanın siyasi xəritəsi XIX əsrdə müstəmləkəçiliyə qarşı mübarizədə formalaşıb. Hazırda materikdə 500 mln-dan çox əhali 13 dövlətdə yaşayır. Onların hamısı İOÖ-dir. Braziliya (paytaxtı Brazilia) və Argentina (Buenos-Ayres) həm böyüklüyünə, həm də inkişafına görə fərqlənir. Digər ölkələr: Çili, Uruqvay, Paraqvay, Peru, Boliviya, Kolumbiya, Ekvador, Venesuela, Qayana, Surinam, Qviana.
Qərbdən Sakit okean, şərqdən Atlantik okeanı, şimaldan Karib dənizi ilə əhatə olunan materikin sahil xətləri az parçalanmışdır. Şimalda Marakaybo, cənub-şərqdə La-Plata körfəzləri nəzərə çarpır. Yaxınlıqda olan adalar: Odlu Torpaq, Folklend (Malvin), Qalapaqos, Trinidad, Kiçik Antil və s.
Ucqar nöqtələri: şimalda Qalinas (12°25/ şm.e., 7\°35' q.u.); cənubda Frouard (53°54' c.e., 71°18/ q.u.), şərqdə Kabu-Branku (7°09; c.e., 34°46/ q.u.), qərbdə Parunyas(4°45' c.e., 81°20/ q.u.).
X.Kolumbun ilk səyahəti (1442-ci il) zamanı Mərkəzi Amerika adaları kəşf olunsa da, ancaq III səyahət zamanı (1498-ci il) Cənubi Amerikanın Orinoko çayı mənsəbi kəşf edilmişdir. Bu ərazilərin yeni torpaqlar olmasını, apardığı tədqiqatlar və çəkdiyi xəritələr əsasında Ameriqo Vespuççi sübut etmiş, sonradan "Yeni Dünya" onun adı ilə adlandırılmışdır. Bu yeni kəşf olunmuş ərazilərə ispan və portuqaliya müstəmləkəçiləri öz vəhşiliklərini gizlətmək üçün uzun müddət elmi ekspedisiyaları buraxmamağa çalışırdılar. İlk dəfə XVIII əsrin sonunda bura A.Humboldt və E.Bonplan elmi ekspedisiyaya gəlmişlər. Materikin öyrənilməsində digər səyyahların da xidmətləri vardır (H.Rubtsov, Q.Lanqsdorf, N.Vavilov).
Geoloji quruluşu və relyefi: Materik Hondvana qurusunun tərkib hissəsi olmaqla eyni adlı litosfer tavası üzərində yerləşir. Cənubi Amerikanın şərq hissəsi müxtəlif geoloji dövrlərdə tədrici enib-qalxmalara məruz qalmışdır. Belə ki, Qviana və Braziliya yaylaları platformanın qalxan, La-Plata, Amazon və Orinoko ovalıqları isə çökən hissələrinə uyğun gəlirlər. Materikin qərbi isə Sakit okean litosfer tavası ilə toqquşma zonasında yerləşir və bura fəal seysmikliyə malik olmaqla, cavan And dağ sisteminə aiddir. 1960, 1970, 1985-ci və s. illərdə güclü zəlzələlər baş vermişdir. Məşhur vulkanları: Lyulyalyako, San-Pedro, Kotopaxi, Ruis və s..
Materikin okean səviyyəsindən orta hündürlüyü 580 metr, maksimum hündürlüyü 6960 metr (Akonkaqua), minimal səviyyəsi -35 metrdir (Salinas-Çikas gölü səviyyəsi). Geoloji inkişafla bağlı olaraq şərqdə düzənliklər və yaylalar (dünyanın ən böyük düzənliyi Amazon ovalığı), qərbdə dağlar (And dağlarının uzunluğu 9000 km, həm qərb, həm də cənub yarımkürəsində ən hündür dağ sistemdir) və ona paralel olaraq okean novları yerləşir (Peru və Çili novları).
Faydalı qazıntıları: mis (And sözü yerli inklərin dilində "mis" deməkdir), qalay, molibden, gümüş, dəmir və digər metallar dağ və yaylalarda, neft, təbii qaz, daş kömür isə dağətəyi zonalar və düzənliklərdə yayılmışdır. Çilidə təbii gübrə - Çili şorası (selitra) yataqları var.
İqlimi: Cənubi Amerikanın iqliminə onun ekvatorun hər iki tərəfində yerləşməsi, qərb sahilboyu hündür And dağlarının uzanması, Atlantik okeanından gələn rütubətli hava kütlələrinin materikə sərbəst daxil olması, okean cərəyanları və s. təsir göstərir. Günəş radiasiyasının illik miqdarı ekvator boyu 120-160- kkal/sm2, ucqar cənubda isə iki dəfə azdır. Cənubi Amerika ən rütubətli materikdir. Amazon ovalığı və Braziliya yaylasının şərq yamaclarına 2000-3000 mm və daha artıq, soyuq Peru və Folklend cərəyanlarının təsiri altında olan qərb və cənub-şərq sahillərə 100-250 mm yağıntı düşür. Materikin temperatur göstəricilərində kəskin təzadlar yoxdur.
Ekvatorun materikin şimalından keçməsi iqlim qurşaqlarının qeyri-simmetrik yerləşməsinə səbəb olur. Ekvatorial iqlim qurşağı Amazon ovalığının əsas hissəsinin əhatə edir. Subekvatorial qurşaq ekvatorun hər iki tərəfində, digər iqlim qurşaqları isə materikin cənubunda formalaşır. Tropik iqlim qurşağı şərqdə rütubətli, mərkəz və qərbdə isə quru (kontinental) tiplərə ayrılır. Materikin cənubunda yerləşən subtropik qurşaq qərbdə Aralıq dənizi, mərkəzdə kontinental, şərqdə dəniz iqlimi; mülayim iqlim qurşağı qərbdə dəniz, şərqdə kontinental iqlim tipinə bölünür. And dağlarında yüksəklik qurşaqlığı və yüksək dağlara xas olan dağ iqlimi hakimdir.
şəkil 1 |
Daxili suları: İqlimin rütubətli olması bolsulu və sıx çay şəbəkəsinin yaranmasına, qərb sahil boyu And dağlarının yerləşməsi isə əsas çayların şərqə, Atlantik okeanı hövzəsinə axmasına səbəb olur. Amazon çayı uzunluğuna görə (6400 km) dünyada II, suyunun bolluğuna və hövzəsinin sahəsinə görə (7 mln. km2-dən çox) I yeri tutur. Orta axarında eni 20 km, aşağı axarında 80 km-ə çatır. Qabarma çayın mənsəbindən 1000 km yuxarıya qədər müşahidə edilir. Parana çayı (4700 km) hövzəsinin sahəsinə görə dünyanın ilk 5 çayı sırasına daxildir. Onun İquasu qolu üzərində gözəl mənzərəli İquasu (hündürlüyü 80 metr) şəlaləsi, Orinoko çayının qolu üzərində dünyanın ən hündür şəlaləsi Anhel (1054 metr) yerləşir.
Materikdə iri göllər azdır. Əsas göllər Marakaybo (kanalla okeana birləşdirilmişdir), dağ gölləri Titikaka (3812 metr hündürlükdə yerləşir), Poopo və s.
şəkil 2 |

Yorum Gönder