Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Afrika

Sahəsinə görə (30,3 mln. km2) II materikdir. Bütün dörd yarımkürəyə aid olsa da, daha çox şərq və şimal yarımkürələrində yerləşir. Qərbdə Atlantik, şərqdə Hind okeanları ilə əhatə olunur.

Sahəsinə görə (30,3 mln. km2) II materikdir. Bütün dörd yarımkürəyə aid olsa da, daha çox şərq və şimal yarımkürələrində yerləşir. Qərbdə Atlantik, şərqdə Hind okeanları ilə əhatə olunur. Şimalda Cəbəllütariq boğazı, Aralıq dənizi, şimal-şərqdə Süveyş bərzəxi, Qırmızı dəniz, Bab-Əl-Məndəb boğazı Afrikanı Avrasiyadan ayırır. "Afrika" sözünün mənası, bəzi mülahizələrə görə "afria"- soyuq olmayan yer, bəzi mülahizələrə görə "afriqi" bərbər tayfasının adından götürülmüşdür.
Ucqar nöqtələri: şimalda Ben-Sekka (Ras-Engela) (37°20/ şm.e., 9°51/ ş.u.), cənubda İynə (34°52/ c.e., 19°59/ ş.u.), qərbdə Almadi (14°45/ şm.e., 17032' q.u.), şərqdə Ras-Xafun (lO^ö' şm.e., 51°23' ş.u.) burunlarıdır.
Afrikanın sahilləri az girintili-çıxıntılıdır. Qərbdə Qvineya körfəzi materikin içərisinə daxil olmuş, şərqdə isə Somali yarımadası buynuz kimi irəli çıxmışdır. Eni 400 km, dərinliyi 3320 m, uzunluğu 1670 km-ə çatan (dünyada ən uzun) Mozambik boğazı Madaqaskar adasını materikdən ayırır. Afrika ətrafında olan əsas adalar: Madaqaskar (587 min km2), Kanar, Yaşıl burun, Sokotra, Azor, Komor, Mavrika, Zənzibar, Seyşel, Müqəddəs Yelena və s.
Tədqiqi: Afrikanın şimal, qismən şərq sahilləri hələ qədimdən Cənubi Avropa və Ön Asiya xalqlarına məlum idi. Materikin daha geniş tədqiqinə XV əsrdən başlanır. 1498-ci ildə Portuqaliya dəniz səyyahı Vasko-da-Qama Afrika ətrafına dolanmaqla Hindistana dəniz yolunu kəşf etmişdir. Tarixin rüsvayçı səhifəsi - qul alveri də bu dövrdən başlanır. Materikin daxili hissəsi isə uzun müddət avropalılar üçün naməlum qalmışdır. Yalnız XIX əsrdə daxili ərazilər tədqiq olunmağa başlanmışdır. İngilis tədqiqatçısı D.Livinqston Cənubi Afrikanı qərbdən-şərqə səyahət etmiş, Zambezi çayı, Viktoriya şəlaləsi, Konqo çayı, Nyasa gölünü və s. tədqiq etmişdir. Nilin mənbəyinə çatmaq ona nəsib olmadı. İngilis tədqiqatçısı Stenli, rus tədqiqatçılarından V. V. Yunker (XIX əsr), N.İ.Vavilov (XX əsrin əvvəli) Afrikada tədqiqatlar aparmışlar. Azərbaycan səyyahı H. Z. Şirvan i şimal və şimal-şərqi Afrikada (Misir, Tunis, Mərakeş) olmuş və qiymətli məlumat toplamışdır.
Relyefi və geoloji quruluşu: Materikin geoloji inkişafının əsas xüsusiyyəti onun qədim Hondvana qurusunun mərkəzində yerləşməsi və öz yerini nisbətən az dəyişməsidir. Materikin əsasını qədim platforma təşkil etdiyindən relyefi əsasən, düzənlikdir. Tektonik hərəkətlər nəticəsində bəzi ərazilər (Çad, Konqo, Kalaxari) çökmüş, yer qabığında çatlar, qrabenlər yaranmış, vulkan və zəlzələ prosesləri güclənmişdir. Quruda ən böyük yer qabığı çatı - Şərqi Afrika qırılması buradadır. Uzunluğu 2400 km, eni 40 km olan bu tektonik çat Qırmızı dəniz sahillərindən başlayaraq, Efiopiya yaylasından keçir, Zambezi çayının mənsəbinə qədər uzanır.
Afrikanın okean səviyyəsindən orta hündürlüyü 750 m, ən hündür nöqtəsi Kilimancaro vulkanı (5895 m), ən alçaq nöqtəsi Assal gölünün səviyyəsidir (-156 m). Yüksəklik xüsusiyyətinə görə Afrikanı iki hissəyə bölürlər: 1000 m-dən yüksək olan Şərq və Cənub hissə, 1000 m-dən alçaq olan qərb və şimal hissə. Materikin şimal-qərbində cavan Atlas dağları (TubkaW165 m) Afrika və Avrasiya litosferi tavanlarının sərhədində yerləşir. Böyük Səhra üzərində Əhəqqar, Tibesti, Darfur ("şahid dağlar") yaylaları ucalır. Şərqi Afrikada Efiopiya dağlıq yaylası (Ras-Daşen - 4623 m) və fəaliyyətdə olan vulkanlar (Kilimancaro - 5895 m, Karisimbi - 4507 m) və hündür zirvələrlə (Keniya - 5199 m, Marqerita - 5109 m) seçilən Şərqi Afrika yaylası yerləşir. Qvineya körfəzi sahillərində Kamerun vulkanı (4070 m), cənubda Kap və Əjdaha dağları ucalır. Ovalıqlar ensiz sahilboyunu əhatə edir.
Afrika faydalı qazıntılarla zəngindir. Şimal və Qərb hissədə çökmə süxurlarla bağlı neft və təbii qaz, fosforit, Atlas dağlarının ətəklərində, həm də dəmir və digər metallar yayılmışdır. Cənubi və Şərqi Afrikada qızıl, almaz, mərkəzdə mis (mis qurşağı) və s. iri yataqlar yaradır.
İqlimi: Afrika planetin ən isti materikidir. Onun 3/4 hissəsində Günəş ildə iki dəfə zenitdə olur və orta illik temperaturu +20°C-dən yüksəkdir. Ucqar şimal və cənubda belə, qış aylarında bu göstərici +10, +12°C-dən aşağı düşmür. Mütləq maksimum temperatur Liviyada (+58°C, dünyada ən isti), mütləq minimum isə Atlas dağlarında (-20°C) qeydə alınmışdır.
Ümumiyyətlə, Afrikanın iqliminə, onun ekvatora nəzərən simmetrik yerləşməsi, şimalda tropik enlikdə geniş olması daha çox təsir edir. Yağıntılar qeyri-bərabər paylanmışdır. Konqo çayı hövzəsi və Qvineya körfəzi sahillərində yağıntılar çox (2000-3000 mm, Kamerunda 10000 mm), tropik enliklərdə isə azdır (100-250 mm, Misirdə Dəhlə-Asuanda 1 mm). Şimal və cənub ucqarında yağıntının miqdarı 500-1000 mm-ə çatır.
Afrikada ekvator xətti, demək olar ki, materikin ortasından keçdiyi üçün iqlim qurşaqları simmetrik yerləşir. 5° - 8° şm. və c.e. arasında bütün il boyu isti (+24°,+28°C) və rütubətli ekvatorial, 15°-20° enliklərə qədər çatan, rütubətli (yay) və quru (qış) fəsillərə bölünən subekvatorial iqlim qurşaqları materikin sahəsinin yarıdan çoxunu tutur. Cənubda nisbətən kiçik, şimalda geniş sahəni tutan tropik qurşaqda, temperaturun sutkalıq amplitudu (30°C-dən çox) illik amplitudundan böyükdür. Şimalda bütövlükdə kontinental, cənubda qərb hissə kontinental, şərq hissə dəniz iqlim tipindədir. Ucqar şimal və cənub-qərbdə subtropik Aralıq dənizi iqlimi (yay isti və quru, qış mülayim və rütubətli), cənub-şərqdə isə yağıntıları bərabər paylanan dəniz iqlimi formalaşır.
Daxili suları: Başqa materiklərdə olduğu kimi Afrikanın daxili suları da, iqlim və relyefdən asılı olaraq, qeyri-bərabər paylanmışdır. Rütubətin bolluğu ilə bağlı olaraq materikin mərkəzində çay şəbəkəsi sıxdır. Relyefdən asılı olaraq, əsas əayıaı Atlantik okeanı hövzəsinə aiddir. Bütövlükdə Afrikanın çayları Atlantik və Hind okeanları hövzəsinə, ərazinin 1/3 hissəsində formalaşan çaylar isə daxili (axarsız) hövzəyə aiddir. Atlantik okeanı hövzəsinin ən uzun (dünyada I) çayı Nil (6671 km) ekvatorial və subekvatorial iqlim qurşaqlarından başlayır, yayda daşır, Aralıq dənizinə tökülür. İri delta yaradır. Konqo (4320 km, dünyanın ikinci bolsulu çayıdır), Niger (4160 km), Volta (1600 km), Seneqal (1430 km), Oranj Atlantik okeanı hövzəsinə aiddir. Hind okeanı hövzəsinin əsas çayları Zambezi (2660 km, üzərində Viktoriya şəlaləsi - hündürlüyü 120 m), Limpopo və s-dir. Daxili (axarsız) hövzənin əsas çayları Okovanqa (Kubanqo), Şari və s.
Afrikanın iri dərin gölləri Şərqi Afrika sınma zonasında, həmçinin əyilmə zonalarında yerləşir. Viktoriya, Tanqanika, Nyasa, Çad, Rudolf, Tana və s. əsas göllərdir.
Təbii zonaların yerləşməsi iqlim qurşaqlarına müvafiq olaraq, ekvatora nəzərən simmetrikdir. Lakin materikin şimal hissəsi enli olduğu üçün təbii zonalar daha geniş əraziləri əhatə edir. Relyefdə düzənliklər üstünlük təşkil etdiyinə görə üfqi zonallıq aydın hiss olunur. Materikin mərkəzində Konqo çökəkliyi və Qvineya körfəzi sahilində ekvatorial meşələr, onun ətrafında ensiz zolaq şəklində dəyişən rütubətli meşə zonaları yerləşir. Materik ərazisinin 40%-ni savanna və seyrək meşələr tutur. İlin quraq və rütubətli fəsillərə bölünməsi, quraqlığa davamlı ağacların (baobab, səyyah ağacı, akasiya) və ot bitkilərinin bitməsinə şərait yaradır. Savannalar heyvanlar aləmi ilə ən zəngin zonadır (fil, kərgədan, begemot, zürafə, canuş, antilop, zebr, şir, pələng, kaftar, quşlar və s.). Tropik səhralar cənubda nisbətən kiçik (Kalaxari, Namib), şimalda dünyada ən böyük səhra zonasına malikdir. Böyük Səhrada (sahəsi 7 mln km2) yağıntı az (50 mm), yay temperaturu yüksəkdir (+40°C-dən çox). Yeraltı (artezian) sular böyük hövzə yaradır. Bəzi çökək yerlərdə yeraltı sular səthə yaxın olur və yaşayış üçün əlverişli şərait yaradır. Bunlar vahə adlanır. Va- hənin əsas ağacı xurma palmasıdır. Materikin şimal və cənub sahilboyunu codyarpaq meşələr və kolluqlar tutur.
  Əhalisi mürəkkəb tarixi prosesdə formalaşmışdır. Aralıq dənizi sahili və Şimal-Şərqi Afrika ən qədim insan məskənlərindəndir. Müstəmləkə dövründə qul alveri materik əhalisinin sayının azalmasına səbəb olmuşdur. Materikin mərkəz və cənubunda ekvatorial (neqroid), şimalda avropoid (ərəblər və bərbərlər), Madaqaskar adasında monqoloid və ekvatorial irqin qarışmasından yaranan malqasilər yaşayır. Sonradan bura gələn avropalılar daha əlverişli təbii şəraitə malik olan ucqar şimal və cənubda yerləşmişlər. Ekvatorial irq müxtəlif qollara ayrılır. Cənubda buşmen və qottentotlar, mərkəzdə piqmeylər (boyu 150 sm-ə qədər) fərqlənir.
Etnik tərkibinə görə şimalda Sami-Hami dil ailəsinə mənsub ərəblər və bərbərlər (misirli, liviyalı, tuareqlər), Mərkəzi və Cənubi Afrikada Sudan və Bantu xalqları (fulbe, azande, baluba, beçuanlar) fərqlənir.
Əhalinin orta sıxlığı 1 krrr-də 26-27 nəfərdir. Nil çayı vadisində, Atlas dağlarının ətəklərində, Qvineya körfəzi sahillərində sıxlıq yüksək (1 km2-də 100-1000 nəfər), Kalaxari və Böyük Səhrada azdır (1-10 nəfər).
XX əsrin əvvəllərində Afrikanın siyasi xəritəsində iki müstəqil dövlət (Liberiya, Efiopiya) olduğu halda, hazırda onun siyasi xəritəsində 50-dən çox müstəqil dövlət var. Cənubi Afrika Respublikası (CAR) inkişaf etmiş, qalanları inkişaf etməkdə olan dövlətlərə aiddir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget