Günəşdən Yer səthinə gəlib çatan günəş işığı və istiliyinin məcmusuna Günəş radiasiyası deyilir. 1 sm2 səthə vahid vaxt ərzində (adətən 1 dəq) düşən radiasiyanın istilik təsiri Günəş radiasiyasının intensivliyi adlanır və kalori/sm2/dəq. ilə ifadə olunur. Günəşdən Yer səthinə birbaşa gəlib çatan şüalar düz radiasiya adlanır. Atmosferdə səpələnən və yer səthinə göy qübbəsinin bütün istiqamətlərindən daxil olan radiasiya səpələnən radiasiya adlanır. Düz və səpələnən radiasiyanın cəminə ümumi radiasiya deyilir. Ümumi radiasiyanın illik kəmiyyəti ekvatorda 140-150, tropiklərdə 200-220, mülayim enliklərdə 100-140, qütblərdə 30-50, Azərbaycanda 120-160 kkal/sm2/il-ə bərabərdir. Günəşin düşmə bucağından və yer səthinin xarakterindən asılı olaraq radiasiyanın bir hissəsi əks olunur. Əks olunan radiasiyanın ümumi radiasiyaya nisbəti albedo adlanır. Məsələn, təzə yağmış qar radiasiyanın 95%-ni, su səthi isə 15%-ni əks etdirir. Ümumi radiasiya ilə əks olunan radiasiyanın fərqi radiasiya balansı adlanır. Radiasiya balansı buzlu qütb zonalarından başqa, hər yerdə müsbətdir.
Meteoroloji stansiyalarda havanın elementləri temperaturu, təzyiqi və rütubəti üzərində müşahidələr aparılır, onlarla bağlı yaranan atmosfer hadisələri öyrənilir.
Meteoroloji stansiyalarda havanın elementləri temperaturu, təzyiqi və rütubəti üzərində müşahidələr aparılır, onlarla bağlı yaranan atmosfer hadisələri öyrənilir.
Yorum Gönder