Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Biosferin yaranması və inkişafı

Biosfer anlayışını elmə 1875-ci ildə Avstriya alimi E.Züss gətirmişdir. Biosfer geoloji vaxt ərzində mürəkkəb inkişaf yolu keçmişdir. Arxey və proterozoyda ilk bakteriyalar, su yosunları, alt paleozoyda onurğasız dəniz canlıları, balıqlar, quruda ilk bitkilər, üst paleozoyda qıjıkimilər və ayıdöşəkləri, suda-quruda yaşayanlar və sürünənlər yaranmışlar.

Biosfer (yunanca "bio" - həyat) Yer səthində üzvi aləmin mövcud olduğu ən cavan təbəqədir. O, ayrılıqda xüsusi təbəqə təşkil etməyib, digər geosferlərin (atmosfer, hidrosfer, litosfer) daxilində formalaşır. Biosfer atmosferin alt qatı-troposferi, bütün hidrosferi və yer qabığının (litosferin) üst qatını (3-4 km) əhatə edir.
Biosfer anlayışını elmə 1875-ci ildə Avstriya alimi E.Züss gətirmişdir. Biosfer geoloji vaxt ərzində mürəkkəb inkişaf yolu keçmişdir. Arxey və proterozoyda ilk bakteriyalar, su yosunları, alt paleozoyda onurğasız dəniz canlıları, balıqlar, quruda ilk bitkilər, üst paleozoyda qıjıkimilər və ayıdöşəkləri, suda-quruda yaşayanlar və sürünənlər yaranmışlar. Mezo- zoyda sürünənlər hökmranlıq etmiş, ilk quşlar yaranmışdır. Kaynozoyda örtülütoxumlu bitkilər və məməli heyvanlar üstünlük təşkil etmiş və təxminən 3-3,5 mln il əvvəl insan yaranmışdır. Beləliklə, biosfer uzun geoloji və tarixi təkamül prosesində inkişaf etmiş canlı və cansız maddələrin vəhdətindən ibarət sistemdir. Müəyyən ərazidə formalaşan və bir-biri ilə sıx əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin davamlı qrupuna "biosenoz" deyilir.
Biosfer Yerin digər təbəqələrinə təsir göstərir. Atmosferin qaz tərkibinin formalaşmasında, okean suyunun duzluluğunun sabit qalmasında, süxurların parçalanmasında (üzvi aşınma) bu təsir xüsusiyyəti aydın hiss olunur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget