Azərbaycanın ən böyük Coğrafiya jurnalı

BƏHREYN DÖVLƏTİ

Sahəsi və əhalisinin sayına görə Yaxın vəOrta Şərq ölkələri arasında ən kiçik, lakin iqtisadi inkişaf baxımından məşhur olan Bəhreyn dövləti İran körfəzinin təxminən mərkəzində, eyni adlı arxipelaqda yerləşir. Bəhreynin coğrafi və hərbi – strateji mövqeyi əlverişlidir.

Coğrafi mövqeyi. Sahəsi və əhalisinin sayına görə Yaxın vəOrta Şərq ölkələri arasında ən kiçik, lakin iqtisadi inkişaf baxımından məşhur olan Bəhreyn dövləti İran körfəzinin təxminən mərkəzində, eyni adlı arxipelaqda yerləşir. Bəhreynin coğrafi və hərbi – strateji mövqeyi əlverişlidir. Dünyanın mikrodövlətlərindən biri hesab edilən Bəhreynin sahəsi 690 kv. km-dir. Bu arxipelaq 33 ada və adacıqdan ibarətdir. Bu adalardan ancaq beşi məskunlaşıb. Ən iri ada olan Bəhreynin uzunluğu 50, eni isə 16 km-dir. Nisbətən digər iri adalarıMühərrək, Sitra, Umm-Nəsən, Umm-əs-Sübhan və Ciddədir. Bəhreyn adası Mühərrək və Sitra adaları ilə torpaq bəndlər vasitəsilə birləşdirilmişdir. 1986-cı ilin noyabrında Bəhreyn adasını Səudiyyə Ərəbistanı ilə birləşdirən körpü salınmışdır. Asiyada ən uzun (25 km) 7 torpaq bənddən və onları birləşdirən 5 körpüdən ibarət olan həmin yolun su üzərində ümumi uzunluğu 12,5 km-dir. Ən böyük torpaq bəndin uzunluğu 2,3 km-dir. İki ərəb dövləti arasında dayaz körfəzin üstündən körpü salmaq fikri çox əvvəllərdən meydana çıxmışdır. İlk dəfə bu məsələ dövlət rəhbərliyi səviyyəsində 1970-ci ilin ortalarında müzakirə edilmiş vəfikrin həyata keçirilməsində Səudiyyə Ərəbistanı məliklərinin xidməti böyük olmuşdur. 1968-ci ildə Məlik Feysəlin dövründə layihələrin öyrənilməsi barədə ilk işçi qrupu yaranmışdır. Layihə Səudiyyə Ərəbistanı – Danimarka müştərək şirkəti tərəfindən hazırlanmış və tikintisi Hollandiya şirkəti tərəfindən həyata keçirilən bu nəhəng və nadir mühəndis qurğusunun başa çatması isə Səudiyyə Ərəbistanı məliki Fəhdin adı ilə bağlıdır. Ona görə də SəudiyyəƏrəbistanını Bəhreyn ilə birləşdirən bu magistralı bəzən «Məlik Fəhd yolu»da adlandırırlar. Yolun tən ortasında süni ada salınmışdır. Burada hər iki dövlətin gömrükxanaları və sərhəd xidmətçilərinin məntəqələri, digər inzibati binalar, məscidlər, restoranlar yerləşir. Sürətli liftlər arzusunda olan hər kəsi, 65 metr hündürlüyü olan süni yaradılmış təpəyə qaldırır. Oradan həm Səudiyyə Ərəbistanının, həm də Bəhreynin yaraşıqlı sahillərini seyr etmək olar. 
Körpü hər iki dövlət tərəfindən istifadə edilir. Hündürlüyü dəniz səviyyəsindən 5 metrdən 15 metrə qədər olan körpüdən hər ay orta hesabla 10 minlərlə avtomobil keçir. Avtomobillərin hər iki istiqamətə hərəkəti üçün iki yol ayrılmışdır. Yüngül avtomobillər  üçün keçid haqqı 6, avtobuslar üçün 15 ABŞ dollardır. Yük avtomobillərinin sahibləri isə daşınan 1 ton yükə 1 dollar gömrük haqqı verməlidir. Yeri gəlmişkən deyək ki, daşınan yüklərin həcmi 45 tondan artıq olmamalıdır. Beləliklə, ərəb dövlətləri arasında yeganə ada dövləti olan Bəhreyn süni yolla materikə birləşdirilmiş və yarımadaya çevrilmişdir. Bəhreyn ilə Qətər əmirliyi arasında (bu iki dövləti eni 33,5 km olan körfəz ayırır) uzun müddətdir ki, ərazi və sərhəd münaqişələri davam edir. Havar və onun yaxınlığındakı bir qrup adalar, həm dəməhəlli suların bölünməsi məsələsi bu dövlətlərin münaqişəsinə səbəb olmuşdur. Məsələ ondadır ki, Böyük Britaniya hökuməti bu regiona nəzarət etdiyi vaxtlarda Bəhreynə nisbətən Qətərə daha yaxın yerləşmiş Havar adasını rəsmi London ilə daha yaxşı münasibətləri olan Bəhreynə vermək barədə qərar çıxarır. 1994-cü ilin noyabrında Havar adasını qaytarmaq məqsədilə Qətər hökuməti Beynəlxalq Məhkəməyə müraciət edir. Lakin bu məsələ indiyə qədər həll olunmadığından dövlətlər arasında gərginlik yaradır. 
Səth quruluşu və faydalı qazıntıları. Bəhreyn arxipelaqda 34 yeganə adadır ki, geoloji quruluşu qonşu Ərəbistan yarımadasının sahil hissəsinə oxşardır. Arxipelaqın digər adaları isə mərcan mənşəlidir. Bu adalar dayaz laqunlar və sualtı qayalarla əhatəolunmuşdur. Adalar arasında hərəkət edən sürətli qayıqların sükançısı böyük ustalığa malik olmalıdır ki, vaxtında və xətasız bu maneələri dəf edə bilsin. 
Bəhreyn adasının sahil xətti girintili-çıxıntılı olduğundan bir növ dişləri sınmış mişara bənzəyir. Maili qum çimərlikləri tez-tez qayalar və qarma-qarışıq şəkildə üst-üstə yığılmış daşlarla əvəz olunur. Onun mərkəzi hissəsi hündürlüyü 35 metrə çatan əhəng daşlı təpəlikdir. Adanın ən hündür yeri isə onun şimalındadır (135 m.). Digər adaların dəniz səviyyəsindən orta hündürlüyü 15-30 metrdir. Bəhreyn adasının əlverişli sahillərində bir neçə dəniz limanı salınmışdır. Onlardan biri ölkənin paytaxtı Manama yaxınlığında, digərləri isə Mühərrək adası ilə ensiz torpaq örtüyü ilə birləşən ərRümman (Sülmən) və Sitra adalarında yerləşir. Bu limanlara ən müasir okean gəmiləri daxil ola bilər. İtaliyalı tacir və səyyah Marko Polo, məşhur ərəb tədqiqatçısı vəcoğrafiyaşünası İbn Bəttutə Bəhreyn arxipelaqında olmuşlar. Bəhreynin təbii sərvətləri içərisində nisbətən gözə gəlimlisi təbii qaz və neftdir. Ehtiyatı 210 mlrd. kub m. olan təbii qaz yataqları həm quruda, həm də körfəzin dibində aşkar edilmişdir. Təbii qaz ilə müqayisədə neft ehtiyatı tükənmək üzrədir (ehtiyatı cəmi 14 mln. tondur). Digər faydalı qazıntıların (gips, əhəngdaşı, gil və s.) ehtiyatı az olduğundan sənaye əhəmiyyətinə malik deyillər. Mirvari ehtiyatı arxipelaqın şimalında və şərqində 10–12 metr dərinlikdə yerləşir. 
İqlimi və hidroqrafiyası. Ərəbistan yarımadasının digər ölkələri kimi Bəhreyn də şimal yarımkürəsinin subtropik səhra bölgəsində yerləşir. Buna görə də Bəhreyn təbiəti quraq və isti iqlimə malik olub flora və fauna aləminin yoxsulluğu, daimi axar çaylarının olmaması ilə səciyyələnir. 
Bəhreyndə iki iqlim mövsümü: may ayından oktyabra kimi isti və quraq keçən yay (iyul – avqust aylarının orta temperaturu 370S), nisbətən yağmurlu keçən payız (yanvar – may) mövsümlərin dəyişməsi o qədər də hiss olunmur. İran körfəzində yerləşən başqa 35 əmirliklərdən fərqli olaraq Bəhreyndə yay aylarında gecə və gündüz temperaturu arasında fərq 40-dən artıq olmur. Yayda havanın rütubətliliyi yüksək olduğundan adamı taqətdən salan üzücü istilər olur. Yağışlar əsasən dekabr – may aylarında, İran körfəzi üzərindən nisbətən soyuq hava kütlələrinin keçdiyi vaxtlara təsadüf edir. 
Yağıntı qısa müddətdə leysan şəklində düşür. Orta hesabla adalara ildə 100 -110 mm yağıntı düşür. İl ərzində əsən şimal-qərb küləkləri (ərəblər bunu «şemal» küləyi adlandırırlar) hərdən o qədər güclü olur ki, İran körfəzində
kiçik gəmilərin hərəkətinə çətinlik törədir. Bu küləklər Ərəbistan səhraları üzərindən qumları göyə sovuraraq İran körfəzi tərəfə qovur. Qonşu ərazilərin, o cümlədən adaların üzərini narın toz dumanı bürüyür. Toz dumanının arxasında, hətta Günəş də tutqun görünür. Tozlu isti hava adama şiddətli hərarət gətirir. Bəhreyn arxipelaqında yerüstü su mənbəyi olmasa da adalar, xüsusilə Bəhreyn, Mühərrək, Sitra, Umm–Nəsən qrunt suları ilə zəngindir. Keçmişdə burada yaşayan əhali quyu qazımaq və «kuanats» adlandırılan yeraltı kanallar vasitəsilə qrunt sularını istədikləri yerə gətirib çıxara bilirdilər. Bəhreyn adasında tarixi abidə kimi qorunan kuanatslar (yeraltı kanal) eramızın IV yüzilliyinə aid edilir. Son vaxtlar neft-qaz, metallurgiya və digər sənaye sahələrinin inkişafı ilə əlaqədar ölkədə «su qıtlığı» baş verir. Qrunt sularının ehtiyatı isə azalır. 
Torpaq və bitki örtüyü. Bəhreyndə tropik səhra landşaftımövcuddur. Adalarda zəif humuslu torpaqlar yayılmışdır. Rütubətin çatışmaması və olduqca isti iqlim burada zəngin bitki örtüyünün inkişafına imkan vermir. Bəhreynin başlıca bitki örtüyü quraq iqlimə və şoranlaşmış torpağa dözümlü alçaq boylu kollar və cod otlarla təmsil olunur. Nisbətən geniş yayılmış bitkilər dəvətikanı və yovşandır. Adalarda quşlar, gəmiricilər və sürünənlər üstünlük təşkil edir. Sahil sularında müxtəlif balıq növləri, dəniz tısbağası, xərçəng 
molyuskası çoxdur. Bəhreyndə əl – Əreyn adlanan milli təbiət qoruğu yaradılmışdır.
Bəhreyn konstitusiyalı monarxiyadır. 2001-ci ildə keçirilmiş referendumda dövlətin yeni konstitusiyası qəbul olunmuşdur. Bu konstitusiyaya görə 1975-ci ildə buraxılmışparlamentin (Milli Məclis) fəaliyyəti yenidən bərpa olunmuşdur. 
1782-ci ildən Bəhreyn əl-Xəlifə sülaləsi tərəfindən idarə olunur. Qanunverici hakimiyyət əmirə və bir palatalı Milli Məclisə məxsusdur. İcraedici hakimiyyət əmirin qardaşının rəhbərlik etdiyi Nazirlər Şürasına məxsusdur.
Bəhreyində əhalinin siyahıya alınması ilk dəfə 1941-ci ildəkeçirilmişdir. Həmin vaxtla müqayisədə, ölkə əhalisinin sayı bir neçə dəfə artaraq 680 min nəfərə çatmışdır (2005). Əsrimizin ortalarına qədər ölkədə təbii artım aşağı idi. Sonrakı illərdə neft və digər sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq başqa ölkələrdən gələn mühacirlərin hesabına əhalinin miqdarı xeyli artmışdır. Lakin digər Ərəb ölkələri ilə müqayisədə bu göstərici Bəhreyində hələ aşağıdır. 
Əhalinin təqribən 30 faizini yaşı 15-ə qədər olanlar, 68 faizini yaşı 15 – 65 arasında olanlar, 3,2 faizini yaşı 65-i keçənlər təşkil edir. Milli tərkibinə görə əhalinin 75 faizini ərəblər (yerlilər və mühacirlər), qalanını Pakistan, İran (10 faiz) və İngiltərədən (8 faiz) gələnlər təşkil edir. 
İslam dini dövlət dinidir. Əhalinin 90 faizi müsəlmandır. Sünni və şiələrin sayı bərabərdir. Əhalinin qalan hissəsi digər dinlərə sitayiş edir. Şiə müsəlmanları arasında «Xomeyniçilər» də vardır. Onlar İran İslam İnqilabını müdafiə edir. Bəhreyində də «İslam hökumətinin»  yaradılmasını tələb edənlər var. Bəziləri isə Bəhreynin İrana 
birləşdirilməsi şüarı ilə çıxış edirlər. Bütün bunlar Bəhreynin daxili  siyasi həyatına əhəmiyyətli dərəcədə təsir edir. 
Dövlət dili ərəb dilidir. 1971-ci ilədək rəsmi dövlət dili sayılan ingilis dili də geniş yayılmışdır. Bəhreyndə əhalinin orta sıxlığı hər kv. km-də 996 nəfərdir. Bu göstəriciyə görə Ərəb ölkələri arasında birinci yeri tutur. Əhalinin 3/4 hissəsindən çoxu Bəhreyn adasının şimalında və Mühərrək adasının cənubunda cəmləşmişdir. Bəhreyn 
orta ömür müddəti kişilər üçün 71, qadınlar üçün isə 75 ildir. Hər min nəfərə doğulanların sayı 20,6, ölənlərin sayı isə 3,9 nəfərdir. Əhalinin 87 faizi savadlıdır. Ölkədə iki universitet fəaliyyət göstərir. 
Sənayenin aparıcı sahələri. İran körfəzinin başqa ölkələri kimi Bəhreyn də sosial-iqtisadi inkişafı və hətta əmirliyin siyasi həyatı neft və təbii qaz hasilatı ilə bağlıdır. Dövlət büdcəsinə gələn gəlirin təqribən yarısı neft və qaz sənayesi hesabınadır. Ölkədə sənaye əhəmiyyətli neft çıxarılmasına 1932-ci ildən başlanılmışdır. Artıq 1934-cü ilin dekabrında Bəhreyn nefti ilə yüklənmiş ilk tanker İran körfəzindən çıxmışdır. İlk mərhələlərdə neftdən ölkəyə gələn gəlir çox cüzi idi (hasil edilən 1 ton neftə cəmi 1,05 dollar verilirdi). 
1979-cu ilə qədər neft yataqlarını Amerika şirkəti «Bəhreyn petroleum kompani» (BARKO) istismar edirdi. Səudiyyə Ərəbistanının «Arabiyen Amerikan oyl Kompanii» (ARAMKO) şirkəti də Bəhreyn adasındakı məhəlli sulardan neft çıxarırdı. 1979-cu ildən başlayaraq neft və qaz sənayesinə Bəhreyn Milli neft şirkəti (BANOKO) tam nəzarət edir. Bəhreyndə neftin ehtiyatı az olduğundan onun hasilatı ildən-ilə aşağı düşür. 2005-ci ildə cəmi 2 mln. ton neft çıxarılmışdır. Lakin neft emal edən müəssisələrin istehsal gücü ildə 14-15 mln. tondur. Bu zavodlarda Səudiyyə Ərəbistanından sualtı kəmərlə gətirilən neft emal edilir. Bəhreynin neft emalı müəssisəsi Yaxın Şərqin bu qəbildən olan ən iri müəssisələrindən biridir. 
Hasilat sənayesində təbii qaz istehsalının əhəmiyyəti getdikcə artır. Ölkədə ildə 4,0 mlrd. kub m3 qaz çıxarılır. Təbii qazdan butan və propan kimi qiymətli məhsullar istehsal edən müəssisə (illik istehsal gücü 280 min ton) tikilmişdir. 
Alüminium istehsalı Bəhreynin sənaye sahələri arasında əhəmiyyətinə görə ikinci yeri tutur. Bu sahənin inkişafı üçün yerli yanacaqla (təbii qaz) işləyən istilik elektrik stansiyalarında alınan ucuz elektrik enerjisi geniş imkanlar açır. Manama da yerləşən 43 alüminium zavodu Avstraliyadan idxal olunan boksit əsasında işləyir. 
Ötən əsrin 90-cı illərinin birinci yarısından ilkin alüminium istehsalı üzrə ALVA şirkətinə məxsus yeganə zavodun genişləndirilməsi həyata keçirilir. Zavodun istehsal gücü 210 min tondan (1992) 460 min tona qədər (2003) artırılmışdır. Layihənin həyata keçirilməsi 1,4 mlrd. dollara başa gəlmişdir. ALVA dövlət şirkəti zavodun istehsal gücünün artırılması üçün lazım olan vəsaitin bir hissəsini Almaniyadan (12 il müddətinə 290 mln. dollar borc) və Bəhreynin bütün iqtisadi inkişaf planlarının plana keçirilməsində ona əhəmiyyətli maliyyə köməkliyi göstərən Səudiyyə Ərəbistanından almışdır. İran körfəzi regionunda baş vermiş müharibələr ilə əlaqədar bəzi layihələrin vaxtında yerinə yetirilməsi mümkün olmamışdır. 
Bəhreyndə sənayenin nisbətən inkişaf etmiş digər sahəsi gəmiqayırma və gəmi təmiridir. OPEK üzvü olan Ərəb dövlətlərinin iştirakı ilə Bəhreyndə gəmiqayırma tərsanəsi və gəmi təmiri müəssisəsi tikilmişdir. Ölkədə fəaliyyət göstərən neft-kimya kompleksi Səudiyyə Ərəbistanı və Küveyt kapitalının köməyi iləyaradılmışdır. Bəhreyndə qazma avadanlığı, boru, maye oksigen istehsal edən müəssisələr, dəniz suyunu təmizləyən qurğular və bir neçə istilik elektrik stansiyaları vardır.
Kənd təsərrüfatının apırıcı sahələri. Bu sahə zəif inkişaf etdiyindən əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmir. O, ümummilli məhsulun cəmi 1 faizini verir. Əkinçilik yalnız süni suvarma şəraitində mövcuddur.
Ölkə ərazisinin cəmi 4 faizi kənd təsərrüfatı üçün yararlıdır. Bu sahənin isə 2/3 hissəsi xurma plantasiyalarına ayrılmışdır. Kənd təsərrüfatına yararlı olan digər torpaq sahələrində sitrus meyvələri, bostan-tərəvəz, az miqdar isə dənli bitkilər (buğda, arpa, qarğıdalı) becərilir. Bağlarda ərik, armud, gavalı, manqo, üzüm yetişdirilir. Ölkənin paytaxtının yerləşdiyi sahə
yaşıllığına görə, xüsusilə seçilir. Yollar və küçələr boyunca, parklarda və həyətyanı sahələrdə xurma, qoz, püstə ağacları
əkilmişdir. Ölkədə hər il 40-45 min ton xurma yığılır.


Müəlliflər:Soltanova H.B., Məmmədov C.A. «Yaxın və Orta Şərq 
ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı
Universiteti» nəşriyyatı, 2008
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget