Avrasiyanın ən uzun çayıdır. Çinin ərazisindən axır. 6300 km uzunluğa malikdir. Hövzəsinin sahəsi 1808500 km2-dır. Çayın illik axımı 1070km3-a qədərdir. Çay musson iqliminin təsiri altındadır. Suyundan xüsusilə düyü plantasiyalarının suvarılmasında geniş istifadə edilir. Yantsızı ilə Xuanxe çayını birləşdirən "Böyük kanal" vardır. Çayın üzərində iki su bəndi vardır ("Üç kanyon" və "Qecouba"). Daha bir neçəsi isə tikilməkdədir.
700-dən artıq çayın qolu vardır. Bunlardan ən böyükləri Yalunczyan, Minçzyan, Çzyalinçzyan, Tuo və s.-dir.
Çay Musson rejimlidir. Səviyyəsi İyul-Avqust aylarında qalxır. İl ərzində orta hesabla 280-300 mln. ton çöküntü gətirir.Orta illik su sərfi 34 min m³/san-dir.İllik axım 1072 km³-dir.Mənsəbindən 2850 km-ə qədər gəmiçiliyə yararlıdır.Balıq ovlanır.Hövzəsi mühüm kənd təsərrüfatı rayonudur. Əsasən, çəltik, həmçinin pambıq, buğda, batat, çay, çətənə və s. yetişdirilir.
Yantszı çayı üzərində qurulan Yantszı hidroelektrik stansiyası orta hesabla Çinin yarıya qədərini elektrik enerjisi ilə təmin edir. Onun tikintisi 32 milyard dollara başa gəlib.

Yorum Gönder