Taymır (Dolqan-Nen) Muxtar Mahalı əsas nəqliyyat yollarından kənarda, Şimal Buzlu okeanı sahillərində yerləşir. Faydalı sərvətləri: mis, nikel, kobalt, platin, balıq və s. Əhalinin milli tərkibi: dolqan, nen, rus və s.
Taymır (Dolqan-Nen) Muxtar Mahalı əsas nəqliyyat yollarından kənarda, Şimal Buzlu okeanı sahillərində yerləşir. Faydalı sərvətləri: mis, nikel, kobalt, platin, balıq və s. Əhalinin milli tərkibi: dolqan, nen, rus və s. Əhalinin sıxlığı çox azdır-1 km2-də 0,06 nəfər. İri yaşayış məntəqələri Norilsk, Dudinka (mərkəz), Ust-Port, Xatanqadır. İqtisadiyyatda metallurgiya, yanacaq-energetika, kənd təsərrüfatında maralçılıq, xəz-dəri ovçuluğu, balıqçılıq əsas rol oynayır. Nəqliyyat şəbəkəsi çox zəifdir, qismən avtomobil, çay nəqliyyatı var.
Yorum Gönder