Əvvəllər Günəş sistemində olan cismlərin peykləri haqqında yerüstü teleskopların köməyilə aparılmış müşahidələrin nəticələri əsas götürülürdü.İndi kosmik gəmilər Plutondan başqa qalan planetlərin çox yaxınlığından keçərək həmin sistemlərdə olan təbii peyklər haqqında dəqiq mə'lumat vermişdir. Qeyd etmək lazımdır ki, Günəşə yaxın iki planetin Merkuri və Veneranın peyki yoxdur. Yerin yeganə peyki isə Aydır və onun dövretmə müddəti 27,32 sutkadır. Yerdən Aya qədər məsafə dəyişir, orta hesabla bu qiymət 384000 kmdir. Ayın radiusu 1738 km, kütləsi Yerinkindən 81 dəfə azdır.
1877-ci ildə ABŞ alimi A.Xoll tərəfindən Marsın iki peyki kəşf olundu. Qədim Yunan əfsanəiərində Mars müharibə Allahının adı olduğundan onun insanlara bəxş etdiyi də qorxu və dəhşətdir. Bu səbəbdən də Qırmızı planetin peyklərini Fobos və Deymos adlandırdılar. Marsın peyklərinin ölçüləri çox kiçikdir: onları ellipsoidal formada (yumurta kimi) hesab etsək Fobos 14x11x10 km, Deymos isə 8x6x6 km ölçülərə malikdir.
1610-cu ildə Qalileo Qaliley ilk teleskopunu düzəldib Yupiterə baxdı. O, palanetin dörd peykinin olduğunu kəşf etdi. 1614-cü ildə astronom Simon Mariusun təklifi ilə bu peyklər Qaliley peykləri adlandırıldı. \ XX əsrin əvvəllərinə qədər Yupiterin bir neçə peyki mə'lum idi. Hazırda Yupiterin 16 peyki mə'lumdur. Onlardan ən böyüyü Qanimed (radiusu 2631 km), ən kiçiyi isə 1974cü ildə Koval tərəfindən kəşf olunmuş Leda adlanır (radiusu 8 km).
Yupiterin bir neçə peyki Metida (Metis), Adrasteya, Teba (Fiva) «Voyacer» planetlərarası kosmik stansiyasının uçuşu zamanı aşkar edilmişdir. Bu peyklər planetə çox yaxın olduqlarından onları yerüstü müşahidələr zamanı seçmək mümkün olmur. Günəşdən məsafəsinə görə Yerə nisbətən 9 dəfə uzaqda olan Saturn planetinin 18 peyki var.
1655-ci ildə Huygens (Hollandiya) cismləri 92 dəfə boyüdə bilən teleskopu ilə Saturnun halqalarının olduğunu və planetin ətrafında onun böyük peyki olan Titanı (radiusu 2575 km) kəşf etdi.
1672-ci ildə Kassini (Fransa) Reyi, 1684cü ildə o, Tefiya (Tetis, Fetida) və Dionanı kəşf etdi.
1789-cu ildə Saturnun müşahidələri zamanı Herşel (Böyük Britaniya) onun Mimans və Enselad adlandırılan peyklərini kəşf etdi. 1966-cı ildə Dolfyus (Fransa) Yanus peykini aşkar etdi. Planetin Atlas (Atlant), Prometey, Pandora, Erimetey, Telesto, Kalipso peykləri Voyacerin köməyi ilə 1980-ci ildə kəşf olunmuşdur. Saturnun sonuncu peyki 1990-cı ildə Şolder tərəfindən kəşf olunmuşdur və Pan adlanır. Onun ölçüləri və dövretmə periodu hələlik tə'yin edilməmişdir. Saturnun ən kiçik peykinin ölçüsü 12 kmdir.
Yerə nəzərən Günəşdən 19 dəfə uzaq olan Uranın 17 peyki var. Bu xüsusiyyətinə görə o, Yupiteri ötmüşdür.
Uranı kəşf etmiş Herşel onun Titaniya peykini də 1787-ci ildə aşkar etmişdir.
«Voyacerin uçuşuna qədər Uranın beş peyki mə'lum idi. Kosmik stansiyanın köməyi ilə 1986-cı ildə planetin Kordeliya, Ofeliya, Bianka, Kressida, Dezdemona, Cülyetta, Porsiya, Rozalinda, Belinda və Pak olmaqla 10 ədəd yeni peyklərinin olması aşkar edildi. Uranın sonuncu iki peyki 1997-ci ildə Qledmen, Nikolson və b. tərəfindən kəşf olunmuş, Kaliban və Sikoraks adlanır.
Uranın ən böyük peykləri Titaniya (radiusu 790 km), ona yaxın olan Oberondur (radiusu 758 km). Planetin kiçik ölçülü peykləri çoxdur. Bunlar „Voyacer“ tərəfindən müşahidə olunmuş və adları sadalanan peyklərdir (radiusları 20кЗО km).
Uranın peykləri sistemində Şekspir qəhrəmanlarının adları əbədiləşdirilmişdir. Məsələn, Oberon elflərin (elf Almaniya və Skandinaviya əsatirində pəri) çarı, Titaniya onun həyat yoldaşı idi. Ən'ənəyə sadiq qalaraq yeni kəşf olunmuş Uran peyklərinə də Şekspirin „Tufan“ dramından Sikoraks və Kaliban personajının adları verildi.
1846-cı ildə Adams və Leverye tərəfindən kəşf olunmuş Neptun planetinin 8 peyki mə'lumdur. Bu peyklərdən altısının kəşfi „Voyacer“ stansiyasının adı ilə bağlıdır.
1989-cu ilədək Neptunun iki peyki mə'lum idi: Triton (radiusu 1350 km) və Nereida (radiusu 170 km) „Voyacer“ stansiyasının köməyilə kəşf olunmuş Nayada, Talassa, Despina, Qalateya, Larissa və Proteysun ölçüləri 27 kmdən 200 kmədək çatır.
Pluton 1930-cu ildə Tombo tərəfindən kəşf olunmuşdur. Bu planetin olması haqqında dəqiq fikri Persival Lovell söyləmişdir. Ona görə də transneptun planeti kəşf olunduqdan sonra onu alimin şərəfinə PL kimi işarə etdilər.
1978-ci ildə ABŞ alimi Kristi Plutonun fotolarındakı asimmetriyaya əsasən onun peykinin olduğunu sübut etdi. Plutonun peykinə qəribə ad verdilər: ölənlərin ruhunu yerin altındakı şahlıqlardan keçirən Xaron. Bə'zən ona kölgədaşıyan da deyirlər. Plutonun yaxınlığından bu günədək heç bir kosmik stansiya keçməmişdir. 1993-1994cü illərdə PlutonXaron sistemi orbital Habbl teleskopu vasitəsilə tədqiq olunmuşdur; Xaronun bir neçə fiziki xarakteristikaları tə'yin edilmişdir.
Bu gün Günəş sistemi cədvəlində 60-dan çox peykin olması göstərilir. Ola bilsin ki, gələcəkdə buraya daha başqa adlar daxil edilsin. Günəş sisteminin peykləri ilə bağlı maraqlı hadisələr baş verir. Məsələn, Marsın peyklərindən böyüyü və yaxını Fobosdur. O, Qərbdə çıxıb, Şərqdə batır. Fobosun dövretmə müddəti Marsın öz oxu ətrafında fırlanma dövründən kiçikdir. Yə'ni o, Mars səmasında bir sutkada iki dəfə çıxır və iki dəfə batır.
Planetlər sistemindəki peyklər içərisində ən böyük dolanma dövrünə malik Uranın peyki Sikoraksdır (1289 sutka).
Ədalət ƏTAYİ,Fizika-riyaziyyat elmləri namizədi
Mənbə Elm və Həyat jurnalı.

Yorum Gönder