Boyuk coğrafi kəşflərin muhum iqtisadi və siyasi nəticələri də olmuşdur. Avropada yayılan yeni burjuaziya ucun həm var-dovlət və həm də geniş bazar tələb olunurdu. Bununla bağlı olaraq Boyuk coğrafi kəşflər mustəmləkəciliyin, okean arxasına əhali kocurulməsinin və beynəlxalq əlaqələrin butun dunyaya yayılmasının əsasını qoydu. Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar uzərindəki hokmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin daha cox sənaye məhsulları istehsalını və satışını oz əllərində toplayan İngiltərə, Fransa və Hollandiya surətlə varlanırdılar. Onlar getdikcə İspaniya və Portuqaliyanı bazarlardan, dəniz yollarından və okean arxasındakı torpaqlardan sıxışdırmağa başladılar. Butun sonrakı əsərlərdə məhz İngiltərə, Hollandiya və sonralar onlara qoşulan Fransa yeni torpaqların kəşfində, onların oyrənilməsində və oz mustəmləkələrinə cevirmələrində fəal rol oynamağa başlayıblar. Magellanın Sakit okeandan kecdiyi yol tədricən intensiv gediş-gəliş yoluna cevrilir. Bu yol boyu Yeni Qvineya, Karolina, Marşal, Solomon, Markiz və b. adalar kəşf olunur və həm də məlum olur ki, bu adaların əksəriyyəti avropalılara qədər yerli xalqlarla məskunlaşıbdır. Ozu də avropalıların qorxa-qorxa uzdukləri okean sularında yerli dənizcilərin gəmiləri sərbəst surətdə şutuyurdulər. XVI əsrdəki Avropa xəritələrində «Naməlum Cənub Torpağı» (Terra Australis İnkoqnita – latın.) yenidən gundəmə gətirilir. Bu torpağın movcudluğu haqqında fərziyyələr hələ lap qədimdən movcud idi. Belə ideya irəli surulmuşdur ki, Şimal yarımkurəsinin geniş quru sahəsini muvazinətdə saxlayan cənub torpaqları da movcud olmalıdır.
Ptolemeyə gorə bu torpaqlar cənubdan Hind okeanı ilə əhatələnir və Afrikanın davamıdır. Flamand kartoqrafı Abraham Ortelinin duzəltdiyi xəritədə (1570-ci il) «Naməlum Cənub Torpaqı» butun Yer kurəsini əhatə etməklə, aşağı enliklərə doğru cəkilir. Butun omrunu
cənub torpağının axtarışına həsr etmiş Pedro de Kiros Avstraliyanın Kolumbu adlandırılsa da, bu torpağı tapa bilməmişdir. Lakin qəribə təsaduf nəticəsində onun yol yoldaşı Luis de Torres Avstraliyaya xeyli yaxınlaşmış, indi onun adını daşıyan Torres boğazını kecmiş və subut etmişdir ki, Yeni Qvineya materikin cıxıntısı olmayıb, mustəqil adadır. Kiros və Torresin səyahətlərinin boyuk əhəmiyyəti var idi. Belə ki, bir tərəfdən cənub torpağının axtarışı daimi diqqət mərkəzində saxlanılırdı və digər tərəfdən isə yeni-yeni əhəmiyyətli kəşflər edilirdi: Qrenlandiyadan sonra dunyanın ikinci boyuk adası olan Yeni Qvineya avropalılara məlum olur. Daha sonra isə axtarılan Cənub materikinin sərhədlərinin cənuba doğru uzanması aşkar olunur. Lakin bu kəşflərin coxu o zamanlar gizli saxlanıldığına gorə sonralar həmin yerlərin təkrar kəşfləri baş vermişdir. Kiros və Torresin kəşfləri İspaniyanın Boyuk coğrafi kəşflər erasında sonuncu akkordu oldu. Bundan sonra Pireney olkələri oz quvvələrini tamamilə əldə elədikləri torpaqların qorunmasına yonəltdilər. Hollandiya boyuk cəsarətlə Yeni kəşflər təşəbbusunu oz əlinə kecirdi. 1602-ci ildə təşkil olunmuş «Ost-İndiya Hollandiya şirkəti» bir necə ildən sonra Zond adalarındakı ən muhum əraziləri portuqaliyalıların əlindən aldı. Yeni sərvət mənbələrinin axtarışı onları tezliklə Avstraliya sahillərinə gətirib cıxartdı. Hollandiya dənizcisi Villem Yanszon Torresdən bir necə ay əvvəl Avstraliya sahillərində olmuş ilk avropalı hesab olunur. O, 1606-cı ildə Keyp-York yarımadasının qərb sahillərini oz xəritəsinə kocurmuşdur. Artıq XVII əsrin ilk illərində hollandiyalı dənizcilər Avstraliyanın «Yeni Hollandiya» sahillərini gorurdulər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və cənub sahillərinin xəttləri muəyyənləşdirilmişdir. Hollandiyalı Abel Tasman 1642-1643-cu illərdə Avstraliyanı cənubdan kecərək Tasmaniya və Yeni Zelandiya adalarını kəşf etdi. Lakin Tasmanın uğursuzluğu onda İndiki o, kəşf etdiyi bu adaların lap yaxınlığında yerləşən Avstraliya kimi boyuk bir materiki gorə bilməmişdir. Materikin kəşfi sonrakı əsrlərə qalmışdır. XVI əsrin ikinci yarısında qızıl və ədviyyatla dolu portuqal və ispan gəmilərini qarət etmək ucun ingilis, holland və fransız dəniz quldarlarının fəaliyyəti guclənir, bir cox hallarda buna dovlətlərin ozləri də rəvac verirdilər.
Boyuk dəniz qulduru hesab olunan ingilis Frensis Dreyk 1577-1580-ci illərdə Magellandan sonra ikinci dunya səyahətini həyata kecirir. Bu səyahəti zamanı o cənubi Amerikanı Antarktidadan ayıran ən enli Dreyk boğazını kəşf edir, ispanların gozləmədikləri yollarla Cənubi Amerikanın Sakit okean sahillərilə uzərək onların coxlu qızıl və başqa sərvətlər yuklənmiş gəmilərini qarət edir və ələ kecməsin deyə ozunun surətli gəmisi ilə dunyanı bir daha dolanır. İngiltərəyə qayıdan Dreyk dovlət xəzinəsinə bu olkənin illik gəlirindən iki dəfə cox dəyərində olan qızıl verir, ozunə və adamlarına da pay goturur. Bizim oyrəndiyimiz dovrun muhum bir mərhələsini də Asiya və Şimali Amerikanı şimaldan dolanmaqla Hindistana və Cinə yolların axtarışı təşkil edirdi. Dunyanın əsas dəniz yollarında İspaniya və Portuqaliya dovlətləri hokmranlıq etdiklərinə gorə yeni Şimal yolunun axtarışının təşəbbuskarları hollandlar və ingilislər olmuşlar. İlk ingilis (1553-cu il) və holland (1557-ci il) ticarət gəmiləri Şimali Dvinanın ağzında gorunurlər.
Ən muhum elmi əhəmiyyət daşıyan ekspedisiya Villem Barensin (1596-1597-ci illər) başcılığı ilə hollandların təşkil etdikləri ekspedisiya olmuşdur. Bu ekspedisiya Yeni Torpaq adasını şimaldan kecərək Buzlu adlanan limanda qışlamışdır. Xarici olkələrin belə cəhətlərini gorən rus pomorları Asiya materikinin şimalında yeni kəşflər aparmağa girişirlər. Əlbəttə, belə işlərlə onlar hələ lap əvvəllər də məşğul olurdular. Qərbi Avropa ilə ticarətin genişləndirilməsi coxlu xəz-dəri tələb edirdi. Kazan xanlığının suqutu (1552-ci il) xəz-dəri ilə zəngin olan Sibirə qısa və rahat yolların acılmasına səbəb oldu. Yermak tərəfindən Kucum xanlığının məğlub edilməsi (1581-ci il) kazakların və onların arxasınca xəz-dəri tədarukculərinin Sibirə axınını xeyli surətləndirdi. Yeni torpaqlara doğru hərəkət həm cay yolları və həm də şimal dənizlərinin sahilləri boyu həyata kecirilirdi. Cəmi əlli ildən sonra rus səyyahları Cukotkaya və Kamcatkaya gedib cıxdılar. Xəritələrdən gorunur ki, onlar enlik uzrə 1200 – Yerin cevrəsinin 1/3 bərabər olan məsafə kecmişlər. Bu səyyahlar Yenisey, Xatanqa, Lena, Kolıma, İndiqirka, Yana, Anadır və b. cayların ağızlarını kəşf etmişlər. Pomorların qayıqları və buzlu suya davamlı olan gəmiləri (kocları) cəsarətlə Şimal Buzlu okeanına cıxmışdır. 1639-cu ildə İvan Moskvitin Aldan cayının su ayrıcısını aşaraq Oxot dənizinə tokulən caylarla Sakit okeana gəlib cıxır. 1643-1646-cı illərdə Vasiliy Poyarkovun dəstəsi Lenadan Amura kecir və Oxot dənizində uzur. 1648-ci ildə Semyon Dejnyov Kolıma cayından Cukot dənizinə cıxır və onu boyuk cətinliklə uzub kecərək Asiya ilə Amerikanı ayıran Berinq boğazına daxil olur, Asiyanın şimal-şərq ucqarının təsvirini verir və sonralar həmin burun Dejnyov burnu adlandırırlar. Boyuk coğrafi kəşflərin ikinci mərhələsində coğrafiyaya aid yazılan ədəbiyyatların sayı coxalır, elmi əsasları dərinləşdirilir.
Nikolay Kopernik (1473-1543-cu illər)
Heliosentrik nəzəriyyəni yaratdı. Jan Bodenin (1530-1595) «Coğrafi muhitin insan cəmiyyətinə təsiri» kitabı nəşr (1566) edildi ki, bu da coğrafiyanın nəzəri cəhətdən dircəlməsində xususi rol oynadı. Bu əsərdə muəllif antik və ərəb alimlərinin muhit haqqındakı mulahizələrinə əsaslanan yeni fikirlər irəli sururdu. Jan Boden antik coğrafi materializm inkişaf etdirməklə, insanı təbiətdən ayrı goturən və o zaman hakim olan xristian dininin doqmatizminə kəskin zərbə endirdi. Bu dovrdə bir sıra alimlər tarixi coğrafiya ilə məşğul olurdular. Hollandiya alimi Avraam Orteli (1524-1598) coğrafiyanı tarixin gozu adlandırmışdır. O, qədimdə xalqların məskunlaşmasından, o dovrdəki dovlətlərin sərhədlərindən danışan elmə tarixi coğrafiya deyirdi və onu tarix elminin yardımcı fənni hesab edirdi. Orteli 1570-ci ildə tarixi coğrafi xəritə və atlasları nəşr etdirdi. Onun ardınca 1567-ci ildə İtaliya (Florensiya) taciri Lyudoviko Qviccardinin iqtisadi coğrafiya sahəsində ilk əsər sayılan «Niderlanın təsviri» kitabı capdan cıxdı. Əsərin birinci hissəsində Niderlandın butovlukdə təbiətindən, əhalisindən və təsərrufatından danışılır. Muəllif coğrafi movqeyin, cayların və dənizlərin olkələrin həyatındakı rolundan ətraflı bəhs etmiş, həmcinin olkədə movcud olan sənətkarlıq və ticarətin vəziyyəti, olkənin idarə olunması haqqında geniş məlumat vermişdir. İkinci hissədə Niderlandın 17 əyalətinin hər biri haqqında ayrı-ayrılıqda sohbət acılır. Qviccardini bu hissədə şəhərlərin coğrafiyasına daha cox diqqət yetirmiş, iqtisadi-coğrafi hadisələri və muxtəlif proseslərin səbəblərini daha geniş gostərmişdir. Bu əsər coğrafiya tarixində əhəmiyyətli hadisə olub, 35 dilə tərcumə edilmişdir. XVII-XVIII əsrlərdə təbiiyyat elmində metafizika (mexaniki) materializm hokm sururdu ki, bunun da əsasını Bekonun və Dekartın fəlsəfi sistemi təşkil edirdi. Empirik təbiətşunaslıq təbiət və sosial hadisələrin oyrənilməsi proseslərini bir-birindən ayırırdı.
Bu dunyagoruşun mərkəzində təbiətin dəyişməzliyi haqqında muddəa dururdu: madam ki, təbiət movcuddur necə əmələ gəlməsindən asılı olmayaraq, o həmişə dəyişməz qalmışdır. Yer yaradılan gundən bəri necə var, elə də qalmışdır. Təbiət və sosial hadisələrin oyrənilməsi proseslərini bir-birindən ayıran empirik təbiətşunaslıq coğrafiya elminə də neqativ təsir gostərdi. Təbiətşunaslıqda empirik tədqiqatlar və formal sistemləşdirilmələr aparan tədqiqatcılardan biri olan Hollandiya coğrafi Varenius Bernxardın (Bernxard Varen) (1622-1650) 1650-ci
ildə «Umumi coğrafiya» adlı elmi əsəri nəşr olundu. Bu kitabla tarixdə ilk dəfə olaraq Yer haqqında bilikləri sistemləşdirən coğrafiya elmi meydana gəldi. Bu əsərdə iqtisadi coğrafiya ilə bağlı coxlu fikirlər var. Varenius ilk dəfə olaraq coğrafiyanı butunluklə (umumi coğrafiya), iri zonalar (xoroqrafiya) və kicik sahələr uzrə (topoqrafiya) oyrənən təbiiyyat elmi kimi muəyyən etdi. Onun əsərində coğrafiya vahid bir elm kimi qalır, cunki tədqiqat olunan obyektlərin miqyasına gorə bolunməsi onların oyrənilməsi prinsiplərini dəyişdirmir. Beləliklə, muəllif ilk dəfə olaraq Yer barəsindəki biliklər sistemindən umumi coğrafiyanı və xususi (regional) coğrafiyanı ayırırdı. Vareniusa gorə, coğrafiya riyazi elm olub, Yer kurəsinin xususiyyətləri, forması, olculəri, onda baş verən hərəkətlər, hadisələrin dinamikası, quru və dənizlər haqqında riyazi-coğrafi məlumatlar verir, enlik və uzunluq dairəsini təyin edir. «Umumi coğrafiya» xəritədə məsafəni olcmək, xəritədən və kompasdan istifadə qaydaları, gəmilərin dəniz yollarını təyin etmək və s. kimi əməli biliklər də verir. Xususi coğrafiyanı (muasir mənada, diyarşunaslığı) alim uc yerə bolur:
1. Gunəşin və ulduzların hərəkətinə xas olan əlamətlər;
2. Yerə məxsus əlamətlər (təbii şərait və ehtiyatlar);
3. İnsanlara, yaxud olkənin sakinlərinə xas olan əlamət;
Muəllif ucuncu qrup əlamətləri fərqləndirmədən insan ilə bağlı məsələlər sırasına daxil edir. Onun fikrincə, bu məsələlərin oyrənilməsi coğrafiyaya bilavasitə aid deyil. Vareniusun sosial hadisələrə, insanların yaşayışına bu cur munasibəti onun metafizik materializm movqeyində durması ilə izah olunur. Kitabda hadisələrin səbəbləri dərin, elmi ardıcıllıq və umumi səliqə ilə aydınlaşdırılır, bununla əlaqədar coxlu xəritələr və qrafiklər verilir. Kitab metodoloji baxımdan fərqlənir. Bir cox antik coğrafi yazılara xas olan tarixilik burada, demək olar ki, yox dərəcəsindədir. Muəllif oz dovrunə gorə oxucularına xeyli yeni məlumatlar – yerin quru və su hissələrinin nisbəti, relyef, filizlər və s. haqda məlumatlar vermiş, Yerin 5 qurşağını, iqlim muxtəlifliyini, başqa əlamətlərini ilk dəfə geniş izah etmişdir. Lakin onun kitabında əsrin fəlsəfəsi təsirindən asılı olaraq, insan məsələlərinə hec toxunulmamış, yaxud da cox az toxunulmuşdur. Beləliklə, Vareniusun coğrafiyaya gətirdiyi nəzəri və praktiki yeniliklər, sistemləşdirmə, təhlil etmə onu coğrafiya elminin banisi etmişdir. Vareniusdan sonra yeni elmi coğrafiya yaranır və inkişaf etməyə başlayır. Butun olkələrdə, o cumlədən Rusiyada onun təsiri ilə coğrafiya məktəbləri meydana gəlir
Ptolemeyə gorə bu torpaqlar cənubdan Hind okeanı ilə əhatələnir və Afrikanın davamıdır. Flamand kartoqrafı Abraham Ortelinin duzəltdiyi xəritədə (1570-ci il) «Naməlum Cənub Torpaqı» butun Yer kurəsini əhatə etməklə, aşağı enliklərə doğru cəkilir. Butun omrunu
Pedro de Kiros |
Boyuk dəniz qulduru hesab olunan ingilis Frensis Dreyk 1577-1580-ci illərdə Magellandan sonra ikinci dunya səyahətini həyata kecirir. Bu səyahəti zamanı o cənubi Amerikanı Antarktidadan ayıran ən enli Dreyk boğazını kəşf edir, ispanların gozləmədikləri yollarla Cənubi Amerikanın Sakit okean sahillərilə uzərək onların coxlu qızıl və başqa sərvətlər yuklənmiş gəmilərini qarət edir və ələ kecməsin deyə ozunun surətli gəmisi ilə dunyanı bir daha dolanır. İngiltərəyə qayıdan Dreyk dovlət xəzinəsinə bu olkənin illik gəlirindən iki dəfə cox dəyərində olan qızıl verir, ozunə və adamlarına da pay goturur. Bizim oyrəndiyimiz dovrun muhum bir mərhələsini də Asiya və Şimali Amerikanı şimaldan dolanmaqla Hindistana və Cinə yolların axtarışı təşkil edirdi. Dunyanın əsas dəniz yollarında İspaniya və Portuqaliya dovlətləri hokmranlıq etdiklərinə gorə yeni Şimal yolunun axtarışının təşəbbuskarları hollandlar və ingilislər olmuşlar. İlk ingilis (1553-cu il) və holland (1557-ci il) ticarət gəmiləri Şimali Dvinanın ağzında gorunurlər.
Villem Barens |
Nikolay Kopernik (1473-1543-cu illər)
Nikolay Kopernik |
Bu dunyagoruşun mərkəzində təbiətin dəyişməzliyi haqqında muddəa dururdu: madam ki, təbiət movcuddur necə əmələ gəlməsindən asılı olmayaraq, o həmişə dəyişməz qalmışdır. Yer yaradılan gundən bəri necə var, elə də qalmışdır. Təbiət və sosial hadisələrin oyrənilməsi proseslərini bir-birindən ayıran empirik təbiətşunaslıq coğrafiya elminə də neqativ təsir gostərdi. Təbiətşunaslıqda empirik tədqiqatlar və formal sistemləşdirilmələr aparan tədqiqatcılardan biri olan Hollandiya coğrafi Varenius Bernxardın (Bernxard Varen) (1622-1650) 1650-ci
Varenius Bernxar |
1. Gunəşin və ulduzların hərəkətinə xas olan əlamətlər;
2. Yerə məxsus əlamətlər (təbii şərait və ehtiyatlar);
3. İnsanlara, yaxud olkənin sakinlərinə xas olan əlamət;
Muəllif ucuncu qrup əlamətləri fərqləndirmədən insan ilə bağlı məsələlər sırasına daxil edir. Onun fikrincə, bu məsələlərin oyrənilməsi coğrafiyaya bilavasitə aid deyil. Vareniusun sosial hadisələrə, insanların yaşayışına bu cur munasibəti onun metafizik materializm movqeyində durması ilə izah olunur. Kitabda hadisələrin səbəbləri dərin, elmi ardıcıllıq və umumi səliqə ilə aydınlaşdırılır, bununla əlaqədar coxlu xəritələr və qrafiklər verilir. Kitab metodoloji baxımdan fərqlənir. Bir cox antik coğrafi yazılara xas olan tarixilik burada, demək olar ki, yox dərəcəsindədir. Muəllif oz dovrunə gorə oxucularına xeyli yeni məlumatlar – yerin quru və su hissələrinin nisbəti, relyef, filizlər və s. haqda məlumatlar vermiş, Yerin 5 qurşağını, iqlim muxtəlifliyini, başqa əlamətlərini ilk dəfə geniş izah etmişdir. Lakin onun kitabında əsrin fəlsəfəsi təsirindən asılı olaraq, insan məsələlərinə hec toxunulmamış, yaxud da cox az toxunulmuşdur. Beləliklə, Vareniusun coğrafiyaya gətirdiyi nəzəri və praktiki yeniliklər, sistemləşdirmə, təhlil etmə onu coğrafiya elminin banisi etmişdir. Vareniusdan sonra yeni elmi coğrafiya yaranır və inkişaf etməyə başlayır. Butun olkələrdə, o cumlədən Rusiyada onun təsiri ilə coğrafiya məktəbləri meydana gəlir
Mənbə :Coğrafiya tarixi - Taptıq Həsənov,Əbdurrəhim Hacızadə
Yorum Gönder