Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi

Muxtar respublikanın ərazisi təbii şəraitinə görə Azərbaycanın digər bölgələrindən kəskin surətdə fərqlənir və bu, bölgənin heyvanlar aləminin son dərəcə zənginliyində əksini tapır. Buradakı heyvanların növ tərkibi və miqdarı Azərbaycan faunasının 60-80%-ni təşkil edir. Muxtar respublikanı endemik və yeni növlər məskəni adlandırmaq olar; yalnız bu əraziyə xas olan çoxsaylı endemik və relikt, hətta elm üçün yeni olan heyvan növləri mövcuddur.

Muxtar respublikanın ərazisi təbii şəraitinə görə Azərbaycanın digər bölgələrindən kəskin surətdə fərqlənir və bu, bölgənin heyvanlar aləminin son dərəcə zənginliyində əksini tapır. Buradakı heyvanların növ tərkibi və miqdarı Azərbaycan faunasının 60-80%-ni təşkil edir. Muxtar respublikanı endemik və yeni növlər məskəni adlandırmaq olar; yalnız bu əraziyə xas olan çoxsaylı endemik və relikt, hətta elm üçün yeni olan heyvan növləri mövcuddur. Belə çoxsaylılıq ərazidə rast gəlinən bütün heyvan qruplarında nəzərə çarpır. Buna görə də Naxçıvan MR ərazisi hələ qədimdən yerli və bir sıra xarici alimlərin marağına səbəb olmuşdur. Muxtar respublikanın heyvanlar aləmi XIX əsrin 2-ci yarısından başlayaraq tədqiq olunur. Bir sıra xarici və rus alimlərinin Cənubi Qafqazda cücülərin öyrənilməsi ilə əlaqədar apardıqları tədqiqatlar nəticəsində toplanmış materiallarda Naxçıvan bölgəsinə, xüsusilə Ordubad rayonuna daha çox diqqət yetirilirdi. Sonralar, 1911-ci ildə alman alimi Y.Miller Ordubad rayonundan xeyli kəpənək növü toplamışdı. Bu alimlər bölgədə 117, Azərbaycan alimləri isə əlavə olaraq 813 kəpənək növü aşkar etmişlər; bunların 150 növü yalnız Naxçıvan MR ərazisi üçün səciyyəvidir. S.Ə. Əliyev Azərbaycanda yayılan 716 növ sovkadan 134 növünün Naxçıvan ərazisində yayıldığını qeyd etməklə, onların geniş elmi təhlilini vermişdir (1975). Ərazidə 4 növ qulağagirən, 3 növ yüyürük (1 növü elm üçün yeni), 4 növ dəvədəlləyi, 67 növ düzqanadlı (4 növü elm üçün yeni) və 75 növ cırcırama, 480 növ yarımsərtqanadlı (7 növü endemik) qeydə alınmışdır. Burada yayılmış 2250 böcək növünün 25 növü Cənubi Qafqaz üçün, 51 növü isə Naxçıvan bölgəsi üçün endemikdir. Böcəklər içərisində faydalı sayılan 46 parabüzən növündən 39-una Naxçıvan ərazisində rast gəlinir. Ərazidə kənd təsərrüfatı heyvanları və insanlar arasında bir sıra qorxulu yoluxucu xəstəliklər yayan 42 növ nəm milçəyi qeydə alınmışdır; bunun 5 növü elm üçün yeni, 10 növü endemikdir. 
Muxtar respublikanın çay və göllərində 23 növ balıq aşkara çıxarılmışdır: Kür altıağızı, Kür qumlaqçısı, Araz xramulyası, Kür şirbiti, Cənubi Qafqaz gümüşçəsi, qaraqaş, Şərq qıjovçusu, Cənubi Qafqaz yastıqarını, anqor çılpaqcası, zərtəpər, qızılxallı balıq, xəşəm (h ə ş ə m), mursa, çəki, naxa və s.
Naxçıvan MR-də suda-quruda yaşayanların (amfibiyaların) 5 növü (yaşıl quru qurbağası, Şelkovnikov qurbağası, göl qurbağası, qısaayaq qurbağa və Kiçik Asiya qurbağası), sürünənlərin 19 növü (Xəzər tısbağası, quru tısbağası, Qafqaz kələzi, yovşanlıq girdəbaşı, zolaqlı kərtənkələ, ilangöz kərtənkələ, ştraux, Cənubi Qafqaz kərtənkələsi, koramal, cılız koramal, kor ilan, kiçik yatağan, adi suilanı, İran suilanı, suilanı, xaltalı kontiya, kələz ilan, gürzə, Naxçıvan gürzəsi) qeydə alınmışdır.
Azərbaycan Respublikasında qeydə alınmış 343 növ quşun yarıdan çoxuna (190 növ) muxtar respublika ərazisində rast gəlinir. Ərazinin belə zəngin aviafaunaya malik olması, hər şeydən əvvəl onun landşaft quruluşunun rəngarəngliyi, yəni burada yarım-səhra, dağ səhra, meşə, qayalıq və dərələrin, quru çöl və Arazboyu kolluqların, bağların və vahələrin, subalp və Alp çəmənlərinin mövcudluğu ilə əlaqədardır. Burada səciyyəvi quşlardan qırmızıbaş alaçöhrə, solğun zəvzək, oxuyan silva, doydağ, çillər, Suriya ağacdələni, muymul, kəklik, Xəzər uları, quzuqapan və s. göstərmək olar. Ərazidə məməlilərin 53 növü məlumdur. Bunlar 4 qrupa bölünür: cücülərlə  qidalanan məmə1i1ər - adi kirpi, kiçik qonurdiş, ağqarın ağdiş, uzunquyruq ağdiş, kiçik ağdiş, su kutoru; yarasalar - böyük nalburun, nalburun, blazaus, uzunqanad yarasa, palazqulaq yarasa, cırtdan yarasa, payız palazqulağı; yırtıcı  məməlilər - çaqqal, canavar, tülkü, qonur ayı, qaban, gəlincik, ağdiş dələ, bəbir, porsuq, qamış pişiyi, manul, vaşaq; cütdırnaqlı - məməlilər cüyür, bezoar keçisi, muflon, dağ qoyunu; gəmirici məməlilər - boz dovşan, meşə süleysini, kiçik ərəb dovşanı, qara siçovul, boz siçovul, səhra siçovulu, Qafqaz siçanı, meşə siçanı, Asiya dağ siçanı, Vinoqradov qum siçanı, adi korca, dağ korcası, sugöl siçanı, tirəndaz.
Mənbə:nakhchivan.preslib.az
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget