Böyük Şor Abşeron yarımadasında ən böyük gölüdür. Göl erozion abrazion tektonik mənşəlidir. Gölün təbii rejimi atmosfer yağıntılarının və havanın temperaturunun illik gedişindən asılı olmuşdur. Göl ilin isti dövründə quruyan göl olmuş, lakin 1925, 1929, 1934-cü illərdə yay dövründə atmosfer yağıntılarının miqdarı başqa illərə görə çox olduğundan göl yayda qurumamışdır. Böyük Şor gölünün su səthinin sahəsi 1899-cu ildə 8,97 km2 olduğu halda 1988-ci ildə hidrometeorologiya kafedrasının exolotla planalması vasitəsi ilə suyun həcmi və su səthinin aynasını dəqiq məlum etmək mümkün olmuşdur. Suyun həcmi göldə 27,5 mln. m3 su aynasının sahəsi 16,25 km2 olmuşdur. Böyük Şor gölünün səviyyəsi 35 il ərzində 1968, 1971 və 1984-cü illərdə aşağı olmuşdur.Səviyyənin ciddi qalxması isə 1974, 1988, 1984-cü illərdə, ən maksimum səviyyə isə 1994-cü ildə müşahidə edilmişdir. Səviyyənin artması nəticəsində Bakı aeroport yolunu su basmış və bunun qarşısını almaq, ətraf sahələri, o, cümlədən qəbirsanlığı su basmaması üçün 1982-ci ilin may ayından başlayaraq 12 saylı nasos stansiyası ildə göldən 9-13 mln. m3 su Hövsan kanalı vasitəsi ilə Xəzərə axıdılmışdır. Gölün səviyyəsini aşağı salmaq üçün komumunal məişət və digər tullantı suları kollektora toplanaraq 4 saylı nasosla yenə də Hövsan kanalına bu sular axıdıldığından səviyyə 2,35 m aşağı endi. Lakin son illərdə səviyyə yenidən qalxmağa başlayıb və 2001-ci ilin noyabr ayınadək səviyyə 1 m qalxmışdır. Böyük Şor gölünün suyunun temperaturu yanvar ayında 5,40S, iyul ayında 26,20S-dir. Təbii rejim dövründə göldən 44 süni yaradılmış hovuzların köməyi ilə ildə 900 tondan çox xörək duzu istehsal edilmiş və gölün dib çöküntüsündən (palçıqdan) balneoloji məqsəd üçün istifadə edilmişdir. Mədən sularının, məişət sularının və digər tullantı sularının gölə axıdılması nəticəsində səviyyə qalxmaqla yanaşı, gölün suyunun kimyəvi tərkibi ciddi dəyişmiş və istifadə üçün tam yararsız hala çatmışdı.
Böyük Şor gölü
Böyük Şor Abşeron yarımadasında ən böyük gölüdür. Göl erozion abrazion tektonik mənşəlidir. Gölün təbii rejimi atmosfer yağıntılarının və havanın temperaturunun illik gedişindən asılı olmuşdur. Göl ilin isti dövründə quruyan göl olmuş, lakin 1925, 1929, 1934-cü illərdə yay dövründə atmosfer yağıntılarının miqdarı başqa illərə görə çox olduğundan göl yayda qurumamışdır.
Yorum Gönder