Azərbaycanın düzənlik bölgələrində, xüsusilə Kür-Araz ovalığında yayda əsən çox isti (qızmar) və quru küləklər ağ yel adlanır. Bu küləklər esən zaman havanın temperaturu 35-40°C-ə çatır və onu ötür, havanın nisbi rütubəti 15-30% qədər azalır. Ağ yellərin sür’əti 10-15 m/san-ə çatır. İ. V. Fiqurovski qızmar və quru havaların Azərbaycana Orta Asiya səhralarından və cənubdan (tropiklərdən) gəldiyini güman edirdi.
Ə. M. Şıxlinski Azərbaycanda ağ yelin, eləcə də hava şəraitinə görə ondan az fərqlənən davamiyyətli bürkülərin əmələ gəlməsinə xüsusi fikir vermiş və kənd təsərrüfat bitkilərinə çox zərər verən bu prosesi mövcud müşahidə materialları əsasında araşdırmışdır. Onun fikrincə ağ yelin mənşəyi və təkrarlanması, əsasən müəyyən sinoptik şəraitdə Azərbaycana Orta Asiya səhralarından qızmar, quru və isti havaların daxil olması ilə bağlıdır. Adətən bu proses Cənub-şərqi Avropa və Qazaxıstan üzərində antisiklon şəraiti yarandığı zaman baş verir və həmin antisiklon şərqə uzaqlaşdıqdan sonra Orta Asiyadan Zaqafqaziyaya hava axını da dayanır. Xəzər dənizi üzərindən keçərkən qızmar səhralardan gələn bu hava axınları öz fiziki xassələrini o qədər de dəyişə bilmir. Dəniz bu hava axınının yalnız alt təbəqəsinin temperaturunu cəmi 3-4°C azaldır, rütubətini isə 10-20% artıra bilir Qızmar tozlu hava kütlələrinin 2-3 km hündürlüyə qədər yayılan qalın qatı isə öz ilkin fiziki xassəsini dəyişmədən Azərbaycana daxil olur.
Bə’zi hallarda bu hava axınları səhraların nann samanı rəngli tozu ilə o dərəcədə doymuş olur ki, sanki dumanlı, tutqun hava şəraiti yaradır və görüş məsafəsini çox qısaldır, bitkilərə böyük ziyan vurur. Belə hal Azərbaycanın sahil zonasında dəfələrlə müşahidə edilmiş və onun axırıncı ən tipik təkrarı 1986-ci il aprel ayının axırlarında olmuşdur.
Orta Asiya mənşəli ağ yel əsərkən havanın temperaturu 35-40° C-i keçir, nisbi rütubətliyi isə 40-20%-ə düşür.
Azərbaycanın isti küləklərini Ə. M. Şıxlinski iki tipə bölür: a) Orta Asiyadan qızmar, quru, bə’zən tozlu havalann daxil olması nəticəsində havanın nisbi rütubətliyinin sıçrayışla 30%-dən aşağı düşməsi, temperaturun isə 30°C-dən yuxan qalxması və 35-40°C-ni ötməsi, küləyin sür’ətinin 10-15 m/san-ə qədər artması, havanın tutqunlaşması: b) bu proseslərin kənardan Azərbaycana hava kütlələri daxil olmadan baş verməsi. Bu ikinci hal yerli kontinental havanın sakit meteoroloji şəraitdə qızmar tropik havaya çevrilməsi (transformasiyası) nəticəsində baş verir. İkinci halda külək zəif (0-6 m/san) olur və havanın temperaturu 35-40°C-ə (hətta 42°C) çatır, 10-15 gün davam edən çox quraq və bürkü hava şəraiti yaranır. Bu proses ən çox Kür-Araz və Naxçıvan düzənlikləri üçün xarakterikdir. Bürkülü hava şəraiti yalnız Azərbaycana kənardan yeni hava kütlələri daxil olduqda dəyişir.
Ə. M. Şıxlinskinin mə’lumatma görə ağ yel və bürkülü havaların davamlığı Kür-Araz ovalığında 30-45 gün, Naxçıvanın düzənlik və alçaqdağlıq zonasında 70-40 gün, respublikanın ortadağlıq zonasında 10 günə qədər, yüksək dağlıqda isə 5 günə qədərdir. Ağ yel və bürkülü havaların təkrarlanmasını və kənd təsərrüfat bitkilərinə vurduğu zərəri azaltmaq üçün geniş miqyasda yaşıllaşdırma işləri aparılması təklif edilmişdir. Bu tədbirlər səth örtüyünün xarakterini ciddi dəyişər və yerli kontinental havanın qızmar tropik havaya çevrilməsinin qarşısını alar, yaxud bu prosesi çox zəiflədər.
M. A. MÜSEYİBOV
AZƏRBAYCANIN FİZİKİ COĞRAFİYASİ

Yorum Gönder