Müasir dövrdə ölkələr və xalqlar arasında mədəni, siyasi, iqtisadi və s. əlaqələrin yaranmasında və problemlərin həllində beynəlxalq təşkilatların rolu böyükdür. Hazırda belə təşkilatların sayı 2500-dən çoxdur.
Kütləvi xarakter daşıyan və ən nüfuzlu təşkilat Birləşmiş Millətlər Təşkilatıdır (BMT). 1945-ci il 24 oktyabr BMT-nin yarandığı gün sayılır. İlk üzvlərinin sayı 51 olan BMT-nin üzvlərinin sayı 191-ə çatmışdır. BMT-nin qərargahı Nyu-York şəhərindədir. Paris, Brüssel və London, həmçinin Strasburq (Fransa), İsveçrənin Cenevrə, Bern, Sürix, Lozanna şəhərləri Avropada beynəlxalq təşkilatların qərargahlarının yerləşdiyi əsas şəhərlərdir. BMT-nin əsas vəzifəsi dövlətlər arasında olan bütün mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməkdir. Bu təşkilatın fəaliyyətində ingilis, fransız, ispan, rus, Çin, ərəb dillərindən istifadə edilir.
BMT-nin Ali Məclisi (BMT-nin bütün üzvləri bura daxildir) Dünya Parlamentidir. Onun növbəti sessiyası hər il
sentyabrın III həftəsinin II günü yığılır. Fövqəladə sessiyalar BMT üzvlərinin çoxunun və ya Təhlükəsizlik Şurasının (TŞ) qərarı ilə çağrıla bilər. Böyük səlahiyyəti olan TŞ-nın 15 üzvü var. Onlardan 5-i - ABŞ, RF, Çin, Fransa, Böyük Britaniya - daimi üzvlər, qalan 10 üzv hər il 5-i dəyişməklə 2 ildən bir dəyişir. TŞ-da müzakirə olunan məsələnin həlli üçün ən azı 9 üzv (daimi üzvlər daxil olmaqla) səs verməlidir. BMT siyasi, iqtisadi, sosial, ekoloji, humanitar problemlərin həllində beynəlxalq faydalı kollektiv '''alətdir".
Digər beynəlxalq təşkilatlar: hərbi-siyasi NATO (Şimali Atlantika Müqaviləsi); iqtisadi-siyasi Aİ (Avropa İttifaqı), AZPAK (Asiya-Sakit okean), ASEAN (Cənub-Şərqi Asiya), MDB (Müstəqil Dövlətlər Birliyi), ADT (Amerika Dövlətləri Təşkilatı); siyasi ABT (Afrika Birliyi Təşkilatı), ƏÖC (Ərəb Ölkələri Cəmiyyəti), İKT (İslam Konfransı Təşkilatı), AŞ (Avropa Şurası), ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı);
iqtisadi OPEK (Neft İxrac Edən Ölkələr Birliyi), EKO (İqtisadi Əməkdaşlıq Təşkilatı), GÜÖAM (Gürcüstan-Moldova) və s.

Yorum Gönder