Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Yer Geoid kimi

Yerin fiquru iliĢmə və rotasiya qüvvələrindən əlavə, onun cismində ağır və nisbətən yüngül suxurların yayılması ilə də müəyyən edilir, çünki cazibə qüvvəsinin qiyməti ilə bu süxurların sıxlığı əlaqədardır. Ağır süxurların toplandığı yerlərdə fiqurun səthi planetin mərkəzinə doğru, sıxlığı az olan süxurların toplandığı yerdə isə mərkəzindən meyl edir.

Yer Geoid kimi
Yerin fiquru ilişmə və rotasiya qüvvələrindən əlavə, onun cismində ağır və nisbətən yüngül suxurların yayılması ilə də müəyyən edilir, çünki cazibə qüvvəsinin qiyməti ilə bu süxurların sıxlığı əlaqədardır. Ağır süxurların toplandığı yerlərdə fiqurun səthi planetin mərkəzinə doğru, sıxlığı az olan süxurların toplandığı yerdə isə mərkəzindən meyl edir.
Yerin cismində süxurların qeyri-bərabər paylanması - əvvəla, onun soyuq planetezimallardan konqlomerasiya yolu ilə əmələgəlməsilə, sonra isə litosferin bütün geoloji həyatı ilə (dağ əmələgəlməsilə, Yer qabığının şaquli və üfiqi hərəkətləri və digər proseslərlə) izah olunur.
Yer soyuq planetezimallardan yarandıqdan sonra ilk əvvəl qeyridüzgün formada olmuş, yalnız ümumi şəkildə kürəyə oxşamışdır.
Rotasiya rejimində sonrakı istiləşmə onu kürə formasına
yaxınlaşdırmışdır. Yerin cismində kütlələrin yerdəyişməsi davam edir, onun müasir fiquru Yerin inkişafında yalnız mərhələdir.
Planetin fiquru, onun materiklərdə dağlardan və ovalıq
düzənliklərdən ibarət fiziki səthinə yox, bir qədər nəzəri səthə -ağırlıq qüvvəsi potensialının səviyyə səthinə, yəni elə səthinə deyilir ki, o hər yerdə ağırlıq qüvvəsinin istiqamətinə, yaxud şaquli perpendikulyardır. O, geoid adını almışdır (hərfi mənası Yerin forması deməkdir). Başqa sözlə deyilsə, Yerin forması heç bir riyazi fiqura uyğun gəlmir və son dərəcə fərdidir. O, ağırlıq qüvvəsinin potensial səviyyə səthi kimi yaxud sakit okeanlardakı və materiklərdə xəyali kanallardakı su səviyyəsi kimi müəyyən olunur.
Yerin geoid olması barədə nəticə ilk dəfə dərəcə ölçmələrinə
əsasən çıxarılmışdır, lakin yalnız Yerin süni peyklərinin köməyilə geoidin riyazi sferoiddən səthin bütün nöqtələrində, o cümlədən, okeanlarda kənara çıxmaları müəyyən edilmiĢ və ölçülmüşdür.
Müəyyən olunmuşdur ki, Yer bir qədər armudaoxşardır: cənub yarımkürəsinin orta enliklərində geoidin səthi sferoiddən bir qədər (20 m-dək) yüksəkdir, geoid və sferoid ekvatorda uyğundur, şimal yarımkürəsinin orta enliklərində geoid sferoiddən alçaqdır; şimal qütbü 15m qalxmış, cənub qütbü 20 m enmiş, bütün Antarktida isə ellipsoiddən 30 m alçaqda yerləşmişdir.
Peyk müşahidələri geoidin uzunluq variasiyalarını da göstərdi və geodiziyaçıların geoidin üçoxlu olması fikrini təsdiq etdi: Yerin ekvatorial kəsiyi dairə deyil, ellipsdir. Ellipsin böyük yarımoxu kiçik yarımoxundan 100 m böyükdür.

Geoidin sferoiddən kənaraçıxma kəmiyyəti Yer kürəsinin ölçüləri ilə müqayisədə böyük deyildir, lakin o, Yerdə daxili gərginlik törədir ki, bu da tektonik proseslərin lokallaĢmasında və relyefdə özünü göstərir.
Relyefin planetin fiqurundan asılılığı ümumi şəkildə aşağıdakı kimidir: geoidin sferoiddən hündür olduğu enlik zolaqlarında və meridional sektorlarda litosfer enməyə meyillidir və okean tipi üzrə inkişaf edir; o yerdə ki geoid sferoiddən alçaqda yerləşir, qabığaltı maddədə qalxan cərəyan hökm sürür, litosfer kontinental tip üzrə inkişaf edir. Biz artıq gördük ki, şimal qütbü sahəsində geoid sferoiddən yüksəkdir. Ona görə də bura okeandır. Cənub qütbü ətrafında geoidbsferoidə nisbətən enmiş olduğundan ora materikdir. Litosfer bloklarının geoid forması ilə belə əlaqəsi, aşağıda görəcəyimiz kimi, yerin digər hissələrində də müşahidə olunur. 

Geoid asimmetrikdir, lakin coğrafi təbəqədə kürənin simmetrikliyi aşkar olunur.Bəşəriyyət Yer kürəsinin ölçülərinə məsafənin qət edilməsinin imkanlarından asılı olaraq qiymət vermişdir. Böyük kəşflər dövrünə qədər insanlar keçilməsi mümkün olmayan sahələrlə bir-birindən ayrı düşmüşdülər, orta əsrlərdə dünyansəyahətinə ən azı üç il vaxt tələb olunurdu, hazırda Yerin hər hansı bir nöqtəsindən digərinə uçmaq üçün bir neçə saat kifayətdir. Yerinölçülərinin obyektiv qiymətləndirmə meyarı təbii proseslərdir.
Yerin digər planetlərdə müqayisəsindən biz gördük ki, onun
ölçüləri atmosfer və hidrosferi saxlaması üçün kifayətdir. Bunların sayəsində Yer səthinin təbiəti prinsipial sürətdə digər Yer qrupu planetlərinin səthindən fərqlidir.
Söz yox ki, Yerin ölçüləri coğrafi təbəqənin təbiətində öz-
özünə təzahür etmir, maddədənin kəmiyyətinin onun yeni
keyfiyyətə keçməsi vasitəsilə meydana çıxır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget