Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Yer sferoid kimi

Planetlərin fiquri iki növ qüvvənin təsiri ilə yaranır: a) cazibə qüvvəsi ilə. Bu qüvvə kürə formasını əmələ gətirir (Yerdə cazibə qüvvəsi poladdakı ilişmə qüvvəsinə nisbətən yüz dəfədən artıqdır, xırda səma cisimlərində, məsələn,asteroidlərdə ilifmə qüvvəsi təsir göstərir, ona görə də cisimlər kürə formasında deyildir), b) ox ətrafında fırlanma nəticəsində əmələ gələn mərkəzdənqaçan qüvvə ilə qütb basıqlığı yaradır və sferoidal formanı müəyyən edir.

Yer sferoid kimi
Planetlərin fiquri iki növ qüvvənin təsiri ilə yaranır: a) cazibə qüvvəsi ilə. Bu qüvvə kürə formasını əmələ gətirir (Yerdə cazibə qüvvəsi poladdakı ilişmə qüvvəsinə nisbətən yüz dəfədən artıqdır, xırda səma cisimlərində, məsələn,asteroidlərdə ilifmə qüvvəsi təsir göstərir, ona görə də cisimlər kürə formasında deyildir), b) ox ətrafında fırlanma nəticəsində əmələ gələn mərkəzdənqaçan qüvvə ilə qütb
basıqlığı yaradır və sferoidal formanı müəyyən edir.Sferondin kürədən kənaraçıxma kəmiyyəti ox fırlanmasının sürətilə müəyyən olunur: sürət nə qədər böyük olsa, qütb basıqlığı bir o qədər böyük olur.
Yerin qütb basıqlığı hələ 12 əsrdə müəyyənləşdirilmiş-dir.1672-ci ildə Parisdən Kayennaya saat gətirilmişdi. Onun rəqqasının uzunluğu elə idi ki, Parisdə bir rəqsetmə periodu saniyəyə bərabər olurdu. Ekvator yaxınlığında saat gündə 2 dəqiqə 28 san. geri qalmağa başlamışdı və rəqqası 2,8 mm qısaltmaq lazım gəlmişdi.
Bu hadisəni Nyuton və Hüygens ağırlıq qüvvəsinin ekvatorial enliklərdə orta enliklərdəkinə nisbətən azalması ilə izah edirdilər.
Bunun səbəbi Yerin qübtlərdən basılması və ekvator üzrə dartılıb uzanmasıdır. O zamandan bəri Yerin fiquru sferoid kimi qəbul olunmuşdur. Avropada və şimali Amerikada aparılan dərəcə ölçüləri və geodezik planalmalar Yerin sferoidliyini təsdiq etmişdir.
Sferoidin iki oxu (ekvator oxu və qütb oxu) vardır (geodeziyada yarımoxları hesablamaq qəbul olunmuşdur). SSRİ ərazisində F.N.Krasovskinin rəhbərliyi altında aparılmış geodeziya işləri göstərdi ki, Yerin formasının ikioxlu sferoid kimi təsəvvür edilməsi azdır. Ekvatorial yarımoxlar yaxud Yer sferoidinin radiusları eyni deyildir. Hər halda şimal yarımkürəsində geodezik surətdə ölçülmüş Yer sferoidi üçoxludur.
Sovet ittifaqında aparılmış geodezik ölçmələrə əsasən referens-ellipsoidin-riyazi yolla hesablanmış müəyyən ölçülü Yer ellipsoidinin ölçüləri müəyyənləşdirmişdir. Həmin ellipsoidin Yer cismində vəziyyəti bütün geodezik ölçmə nəticələrinin gətirildiyi səthdir.
SSRİ-də üçoxlu ellipsoidin aşağıdakı ölçüləri qəbul olunmuşdur.
Ekvatorial radius yaxud böyük yarımox  6378.160 km
Qütb radiusu, yaxud kiçik yarımox  6356,777 km
Qütb basıqlığı  1:98 və ya  21,36 km
Ekvatorial basıqlıq  1:30 000 və ya  213 m

Yer sferoidinin bir sıra digər göstəriciləri buradan müəyyənləşdirilir:
Meridianın uzunluğu . . . . . . . 40 008,5 km.
Ekvatorun uzunluğu . . . . . . . 40 075, 7
Yerin səthi . . . . . . . . 510 200 000 km2
Yerin həcmi . . . . . . . 1083.1012 km3

Ellipsoidin kürədən kənara çıxması böyük deyil, qütblərdə cəmi 21,36 km-dir.Coğrafi təbəqədə baş verən proseslər (istilik bölgüsü, su və hava kütlələrinin hərəkəti, bitkilərin və heyvanlar aləminin yayılması) üçün bunun əhəmiyyəti yoxdur və coğrafiyada nəzərdən keçirilməyə də bilərdi. Lakin sferik deformasiya Yer qabığının tektonikasında və deməli, relyefdə də əks olunur.
Biz artıq gördük ki, qütb basıqlığı dərəcəsi mərkəzdənqaçan qüvvə kəmiyyəti ilə ox fırlanmasının sürət funkisyası ilə müəyyən olunur. İ.Kant hələ 1754-cü ildə Yerin fırlanmasını yavaşıdan qabarma sürtünməsi haqqında fikir söyləmişdi. Sonralar sübut olundu ki, geoloji dövr ərzində (arxeydən bəri) sutka təqribən 4 saat qısalmışdır. Yerin ox fırlanmasının əsrlik yavaşıması baş verir. Bu şəraitdə Yerin rotasiya rejiminin digər qeyri-bərabərlikləri də özünü göstərir. Təbiidir ki, Yerin ekssentrisiteti (basıqlığı) dəyişilməlidir.
Sovet alimi M.V.Stovas 1951-1961-ci illərdə Yerin rotasiya rejiminin qeyri-bərabərliyinin törətdiyi potensial qüvvələri və onların Yer qabığına deformasiyaedici təsirini riyazi surətdə tədqiq etmişdir. O, paralel qurşaqların (zonaların) tektonik cəhətdən eyni olmasına və bəzi paralellərin, daha doğrusu, oxları paralellər olan zolaqların böhran xarakteri (yəni tektonik fəallığı) fikrinə gəlmişdir.
Qütb basılmasının azalması özünü litosferin ekvatorial enliklərdə (fəal paraleli 0) enmə, yüksək enliklərdə isə (fəal paraleli 62 ) qalxma meylinin olmasında göstərir. Enmə və qalxma hərəkətləri olan enlik zolaqları arasında 35 Şm.və c. e. ərgin paralelli sınma qurşaqları əmələ gəlir.
Fəal paralellərin oroqrafik təzahürü Yerin relyefinin təhlilində verilmişdir.
Leonid Pavloviç Şübayev

Ümumi yerĢünaslıq. Bakı, Maarif, 1986
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget