Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Qəribə görünüşü olan meyvələr

Hər bir insan üçün gəzməkdən, yeni yerlər və insanlar tanımaqdan gözəl heç nə ola bilməz. Təbii ki, uzun müddətli səyahətləri daha gözəl və cəlbedici edən tərəflərdən biri də getdiyiniz yerlərdə özünüz üçün yeni və fərqli dadlar kəşf etməyinizdir. Bəzən turistlər xarici ölkələrə səfər edərkən adlarını və dadlarını bilmədikləri onlarla naməlum bitkilərə rast gəlirlər. Xüsusilə ekzotik meyvələr turistlərin diqqətini daha çox cəlb edir.

Hər bir insan üçün gəzməkdən, yeni yerlər və insanlar tanımaqdan gözəl heç nə ola bilməz. Təbii ki, uzun müddətli səyahətləri daha gözəl və cəlbedici edən tərəflərdən biri də getdiyiniz yerlərdə özünüz üçün yeni və fərqli dadlar kəşf etməyinizdir. Bəzən turistlər xarici ölkələrə səfər edərkən adlarını və dadlarını bilmədikləri onlarla naməlum bitkilərə rast gəlirlər. Xüsusilə ekzotik meyvələr turistlərin diqqətini daha çox cəlb edir. Əgər xarici ölkələrdən birində ekzotik bir meyvə qarşınıza çıxıbsa, amma onunla bağlı heç bir fikriniz yoxdursa, o zaman bu yazı elə sizin üçündür. Yayın və istirahətin bu qızğın çağında rastınıza çıxan ekzotik meyvələrin qarşısında çaş-baş qalmayın deyə sizə bu gözəl və qəribə görünüşlü meyvələr haqqında daha geniş məlumat verəcəyik.
Marakuya və ya ehtiras bitkisi
Marakuya və ya ehtiras bitkisi

Cənubi Amerika mənşəli bu meyvəni, həm də “ehtiras bitkisi” adlandırırlar. Ancaq bu bitkiyə yalnız Cənubi Amerikada deyil, tropik ölkələrin bir çoxunda, xüsusilə də Cənub-Şərqi Asiyada da rast gəlmək olar. Marakuyanın meyvələri yumru və ovalşəkillidir, diametri 8 santimetrdir. Tam dəymiş meyvələr parlaq sarı, bənövşəyi və ya qırmızı, çəhrayıya çalan rəngdə olur. Sarı rəngli meyvələrin şirnisi digərlərindən azdır. Yeyilməyən qabığın altında içərisində balaca çəyirdəklər olan jeleşəkilli maye yerləşir. Əslində meyvəni o qədər də dadlı adlandırmaq olmaz, ondan  jele və soklar hazırlamaq daha yaxşıdır. Meyvənin ən yaxşı yeyilmə üsulu isə ortadan ayırıb axmaması üçün qaşıqla yeməkdir. Yeri gəlmişkən, marakuyanın çəyirdəkləri də yeməlidir, amma bu çəyirdəklər adama yuxu gətirir. Buna görə də meyvəni sakitləşmək və rahat yuxuya getmək üçün də yeyə bilərsiniz.
Rambutan
Rambutan

Cənub-Şərqi Asiyanın məşhur ekzotik meyvələri sırasına daxildir. Meyvənin adı İndoneziya dilindən “rambut”, yəni “saç” sözündən götürülüb ki, bu da onun xarici görünüşü ilə bağlıdır. Rambutan da həmişəyaşıl ağacdır və onun meyvələri hər biri 3-6 sm ölçüsündə olub, dəstə şəkilində bitir. Hər dəstədə isə ən azı 30 meyvə olur. Yetişmə mərhələsinə görə meyvələr əvvəlcə yaşıl, sonra yaşıl-narıncı, daha sonra isə parlaq qırmızı rəngdə olur. Meyvənin üzəri asan soyulan və hər biri 2 santimetr olan uzun saça bənzər çıxıntılar şəklində qabıqla əhatələnib. Qabığın altında ağ və ya sarıya çalan, xoş ətirli, dadı isə bəzən şirin, bəzən isə turşməzə olan lət yerləşir. Meyvənin çəyirdəyi zəhərlidir. Amma bu çəyirdəyi qovurub yedikdə zəhəri itir. Rambutan C vitamini ilə zəngindir.
Manqostin
Manqostin

Manqo ilə səhv salınan bu meyvənin əslində manqo ilə heç bir əlaqəsi yoxdur. Meyvənin adının tarixçəsi isə çox maraqlıdır. Belə ki, tay dilini bilməyən avropalı turistlər onu “nəsə manqoya bənzər bir şey”  adlandırırlar və adı elə də qalır. Manqostin böyük meyvədir. Bənövşəyi qabığın altında təxminən 3-6 dilim yerləşir. Bu ləzzətli meyvənin dadı əriklə üzümün qarışıq tamını xatırladır. Meyvə, əsasən, çiy yeyilir, xüsusilə də sərin su və buzla sərinəşdirici kimi qəbul olunur. Manqostin də C vitamini ilə zəngin meyvələr sırasına daxildir.
Durian
Durian

Duriana həm də “tay meyvələrinin şahı” deyirlər. Əslində kənardan bu nəhəng, üzəri iynələrlə örtülü və pis qoxulu meyvə heç kimi cəzb etmir. Amma bu görüntüyə baxmayaraq, meyvəni dadmaq istəsəniz, sizi unudulmaz təəssürat gözlədiyindən əmin olun. Yerli əhali duria-nın süd və yumurtadan ibarət şirin krem dadı verdiyini düşünsə də, avropalılar çox skeptik davranaraq meyvənin pendir, sarımsaq daddığını deyirlər. Əgər siz durianı ilk dəfə görürsünüzsə, ən yaxşısı odur ki, çox kiçik bir parçanı, özü də məhz açıq havada dadasınız. Yerli taylar durianı tam yetişənə və iyinin sonadək kəskinləşməsinə qədər gözləyib sonra yeyirlər. Hər şeyə rəğmən, durian çox doydurucu bitkidir, C vitamini ilə zəngindir. Taylar onu çiy və bişmiş şəkildə yeyirlər.
Cekfrut və ya hind çörəyi ağacı
Cekfrut və ya hind çörəyi ağacı
Cekfrut ağacda bitən ən böyük meyvədir. Belə ki, meyvənin hər birinin ağırlığı 34 kiloqrama qədər çatır. Görünüşünə görə cekfrut  durian və çörək ağacına bənzəyir, Hindistan, Tailand və digər Asiya ölkələrində geniş yayılıb. Meyvə gözəl və maraqlı görünsə də, əslində turistlər və yerli aborigenlər üçün böyük təhlükə mənbəyidir. Çünki bəzən insanlar onu dərməyə macal tapmamış yetişmiş cekfrut yerə düşür. Bu da ağacın altında olan insan üçün təhlükə yaradır. Nəhəng meyvənin iynəli və qalın qabığının altında sulu dilimlər var. Cekfrut hazır və soyulmuş şəkildə satılır. Yumşaq meyvənin yemişə və konfetə bənzər dadı var. Çox doyumlu meyvədir, tərkibindəki karbohidrat miqdarı çörəkdən də çoxdur. İl ərzində bir ağac 300-ə yaxın meyvə verir. Meyvədən həm yemək, həm desert, həm də sərinləşdirici içkilərdə istifadə edirlər.
Kuruba
Kuruba

Kuruba Kolumbiya, Uruqvay və Boliviya kimi ölkələrin səhra və dağətəyi zonalarının ən sevimli bitkisidir. Kəmşirin meyvələr qrupuna aiddir. Quruluşuna və uzunluğuna görə xiyara bənzəyir. Meyvənin az yetişmiş halı yaşıl, bir az sarıya çalan, tam dəymiş halı isə sarı rəngdə olur. Kuruba çoxlu sulu və lətli dilimlərdən ibarətdir. Meyvə zülallar, karbohidrat, A, C, B1, B2 vitaminləri ilə zəngindir. Kuruba susuzluğu yatırdır, yuxunu yaxşılaşdırır və insana sakitləşdirici təsir göstərir. Meyvə stress, mədə xəstəlikləri zamanı da kömək olur.
Liçi və ya Çin albalısı
Liçi və ya Çin albalısı

“Liçi”, “laysi”, “lisi” kimi də adlandırılan bu meyvənin vətəni Çin hesab edilsə də, hazırda, demək olar ki, bütün Cənub-Şərqi Asiyada bitir. Deyilənə görə, qədim çinlilər liçidən hələ e.ə II əsrdən qida kimi istifadə edirdilər. Avropada liçi ilə ilk tanışlıq isə XVII əsrdə Xuan Qonsales de Mendoza sayəsində baş tutub. Liçi hündürlüyü 10-30 metr olan həmişəyaşıl bitkidir. Ovalşəkilli meyvələrin uzunluğu 2.5-4 santimetrdir, asanlıqla soyulan və üzəri balaca tumurcuqlardan ibarət qırmızı qabıqla örtülüdür. Qabığın altında isə üzümü xatırladan şəffaf lət və tünd qəhvəyi rəngli çəyirdək var. Meyvə gözəl qoxusu, şərabı xatırladan şirin, bəzən də turşməzə dadı ilə seçilir və adətən təzə-təzə yeyilir. Liçi zülal, pektin, maqnezium, kalium, C və PP vitaminləri, yüksək miqdarda nikotin turşusu ilə zəngindir.
Karambola və ya ulduz meyvəsi   
Karambola və ya ulduz meyvəsi
Karambola uzun illər Şri-Lanka, Hindistan, İndoneziyada, son zamanlarda isə Cənubi və Cənub-Şərqi Asiya ərazisində yetişdirilməyə başlayıb. Braziliya, ABŞ, Qana, İsrail kimi ölkələr də ulduz meyvəsini ölkələrində yetişdirməyə can atır. Meyvənin adı isə onun quruluşundan götürülüb. Kəsilmiş meyvə 5-7 guşəli  ulduzu xatırladır. Karambola sulu, xoş ətirli və turşməzə dada malik, C vitamini ilə zəngin bir meyvədir. Gözəl görüntüsünə görə karamboladan, əsasən, kokteyllər və desertlərin üzərini bəzəmək üçün istifadə edirlər. Meyvənin dadı üzüm, alma və xiyarın birgə tamını xatırladır. Qızardılanda meyvənin qoxusu daha gözəl olur.
Kivano, iynəli yemiş və ya Afrika xiyarı  
Kivano, iynəli yemiş və ya Afrika xiyarı
Adından da göründüyü kimi, kivanonun vətəni Afrikadır. Yemişə bənzəyən meyvənin üzəri iynələrlə doludur. Bəzən meyvənin uzunluğu 3 metrə qədər çatır. Vətəni Afrika olmasına baxmayaraq, hazırda meyvənin ən çox becərildiyi zonalara Kaliforniya, Mərkəzi Amerika, Yeni Zelandiya və İsrail də daxildir. Kivanonun üzəri yeyilməyən, yumşaq iynəli, qalın, sarı, narıncı və tünd qəhvəyi rəngli qabıqla örtülüdür. Qəribə meyvənin daxili isə yaşıl çəyirdəkli jeleyə bənzər lətlə örtülüdür. Dadı isə banan, laym, marakuya və xiyarın birgə dadlarına bənzəyir. Meyvəni həm şirin, həm də duz qataraq yemək mümkündür. Kivano az kalorili olduğu üçün onu diyetik yeməklər, salatlar və desertlərdə istifadə edirlər.
Mənbə:/discoveryazerbaijan.az/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget