Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Hidrosfer. Yeraltı sular

Hidrosferin yeraltı hissəsinin sərhədləri və horizontları. Yeraltı suya hidrosferin, həm də Yer qabığının bir hissəsi kimi baxılmalıdır. Yer qabığının termodinamik sahəsinin xüsusiyyətlərinə müvafiq olaraq hidrosferin yeraltı hissəsi birbirindən fərqlənən iki hissədən ibarətdir: a) həcmi 60 mln. km3-ə yaxın olan, müasir rütubət dövranında iştirak etməyən dərinlik suyu və b) həcmi təqribən 4 mln. km3 olan, Yer qabığının üst layındakı damla-maye su. Yalnız bu su müasir rütubət dövranında iştirak etdiyindən coğrafi təbəqənin səciyyələndirilməsində ancaq o,nəzərdən keçirilməlidir.

Hidrosfer. Yeraltı sular
Hidrosferin yeraltı hissəsinin sərhədləri və horizontları. Yeraltı suya hidrosferin, həm də Yer qabığının bir hissəsi kimi baxılmalıdır. Yer qabığının termodinamik sahəsinin xüsusiyyətlərinə müvafiq olaraq hidrosferin yeraltı hissəsi birbirindən fərqlənən iki hissədən ibarətdir: 
a) həcmi 60 mln. km3-ə yaxın olan, müasir rütubət dövranında iştirak etməyən dərinlik suyu və b) həcmi təqribən 4 mln. km3 olan, Yer qabığının üst layındakı damla-maye su. Yalnız bu su müasir rütubət dövranında iştirak etdiyindən coğrafi təbəqənin səciyyələndirilməsində ancaq o,nəzərdən keçirilməlidir.
Materiklərin platformalarının çökmə süxurlardan ibarət olan üst qatının hər yerində yeraltı su vardır. Onun şaquli kəsiyində yaşına,
kimyəvi tərkibinə və su mübadiləsinin intensivliyinə görə birbirindən fərqlənən üç mərtəbə (yarus) ayırırlar.
Üst mərtəbə mübadiləsi intensiv gedən bu mərtəbədə müasir atmosfer mənşəli şirin su olur, bu su yalnız materikdaxili arid iqlim sahələrində şorlaşa bilir. Bu qatın alt sərhədi yerli eroziya bazisləri səviyyəsində, çay dərələrinin və yarğanların dibi səviyyəsində çəkilir. Eroziya bazisi bu halda dəqiq səviyyə kimi yox, axar suların başlıca olaraq çayların nisbətən mürəkkəb təsir sferi kimi başa düşülməlidir. Çayların səviyyəsi alçaq olduqda su qruntdan yatağa axıb gəlir, yüksək olduqda isə qrunt çaydan qidalanır. Bu, yeraltı hidrosferin çayların daimi axımını təmin edən hissəsidir və su
balansı formuluna axımın sabit kəmiyyəti kimi daxil olur. Bu layda su mübadiləsi fasiləsiz gedir.
Hidrosfer. Yeraltı sular

Ərazinin su balansı tənliyinə daha bir kəmiyyət (W) daxil olur.Bu kəmiyyət çayların drenaj səviyyəsindən aşağıdakı yeraltı sularla olan su mübadiləsini ifadə edir.
Çayların təsir sferindən altda zəif su mübadiləsi gedən orta mərtəbə yerləşir. Bu mərtəbədə nisbətən qədim su üstdən başlayaraq müasir su ilə sıxışdırılır; altda dəyişilmə 300 ilə yaxın davam edir. Orta horizonut dərinliyi təqribən 1 km-ə bərabər qəbul olunur. Üst artezian suyu bu horizontdadır. Əsasən şirin olanartezian suyundan təsərrüfatda istifadə olunur.
Alt mərtəbə su mübadiləsinin hətta geoloji vaxt miqyasında çox zəif getdiyi mərtəbədir. Burada su çox qədimdir, çox vaxt basdırılmış olur. Su yüksək dərəcədə, bəzən duzlu su qatılığında minerallaşmışdır. Ondan duz, yod, brom və digər elementlər istehsalı üçün istifadə olunur. Damla-maye su Yer qabığında temperatura və təzyiqə uyğun surətdə 10 km dərinliyə qədər ola bilər.
Rütubət dövranında iştirak etmiş atmosfer mənşəli su vaboz su adlanır; o, Yer qabığında çox qədim və hətta basdırılmış ola bilər.
Dəniz dibi süxurları çökən zaman onlara hopmuş, sonra isə onlarla birlikdə təzə süxur çöküntülərinin altında qalmış (basdırılmışi) suya basdırılmış su deyilir.
Vodoz suyunun əksinə olaraq yuvenil, yaxud cavan su mantiyadan ayrılaraq litosferə ilk dəfə çıxırvə rütubət dövranına təzəcə daxil olur.
Qruntların su ilə əlaqəsinə görə xarakteristikası. Su ilə əlaqəsinə görə bütün qruntları sxematik şəkildə üç qrupa bölürlər:
A. Sukeçirən süxurlar; suyu özündən buraxmağa qabil süxurlar: 
1)rütubət tutumsuz süxurlar-iridənəli qumlar və çınqıllar, çatlı əhəngdaşıları; 
2) rütubət tutumlu süxurlar-torf, lil, lyoss, tabaşşir
Əgər sukeçirən süxur layında su varsa, o, sulu lay adlanır.
B. Sukeçirməyən süxurlar: 
1) rütubət tutumsuz-maqmatik süxurlar və metamorfik süxurlar, sıx qumdaşıları; 
2) rütubət tutumlu süxurlar; bunlar su ilə doyduqdan sonra onu özündə saxlayır-gil,mergel.Sukeçirməyən süxurlar sukeçirən süxurlar üçün suyadavamlı lay vəzifəsini görür-su onların üstünə toplanır.
V) Suda həll olunan qruntlar (kalium və xörək duzları); 
onların üzərində duz kristalları-duzların həllolması nəticəsində boşluqlar sistemi əmələ gəlir.
Süxurların bu təsnifatında əhəngdaşıları və dolomitlər xüsusi yer tutur. Onlar suyadavamlıdır, lakin su ilə qarşılıqlı təsirdə həll olaraq xarst boşluqları əmələ gətirir.
Yeraltı suyun süxur laylarında bolluğu və hərəkət şəraiti süxurların məsaməliliyindən asılıdır. bəzi qruntların məsaməliliyi aşağıda göstərilir.
Süxurlar Məsaməlik, % ilə
Çay qumu . . . . . . . . . . . 14,00-25,00
Gil . . . . . . . . . . . . . .45,00-60,00
Trof . . . . . . . . . . 80,00
Aşınma qabığının üst hissəs də intensiv su mübadiləsi hüdudunda iki qata bölünür: a) aerasiya qatı və b) doyma qatı. Aerasiya qatı torpağı və qruntun üst hissələrini əhatə edir. O, atmosfer ilə yeraltı hidrosfer arasında yerləşir və havaya həssasdır,
heç də həmişə və hər yerdə su ilə doymuş olmur. Bu qatda rütubət şaquli hərəkət edir: yağışlı vaxtda torpaqdan aşağı-qrunt suyuna doğru, quru vaxtda isə yuxarı-qrunt suyundan torpağa doğru.
Yerüstü suyun müvəqqəti toplanmasına da təsadüf olunur.
Aerasiya zonasında, adətən, qrunt suları səviyyəsindən yuxarıda, azacıq dərinlikdə linzavarı yatan və qruntun az sukeçiricilikli üst təbəqəciklərinə aid olan su üst su adlanır. Bu su havadan asılı
olaraq kəskin dəyişir və quraqlıq dövrdə yox olur. Tez çirklənir, su təchizatında istifadə olunmur, yalnız səhralarda kənd təsərrüfatında istifadə edilmək üçün toplanır.
Daha dərində yerləşən doymuş qatda süxurların bütün məsamələri su ilə doludur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget