Coğrafiya bir elm kimi səyahətçilərin müşahidələrindən başlayır. Yad ərazi və ölkəyə gəlib çatan ağıllı səyahətçi özü üçün qeyri adi olan, tanış olmayan yerlərdəki bütün müşahidələrini, məsələn, ölkənin iqlimini, insanların görünüşünü və geyimini, istehsal etdikləri məhsulları və dövlət quruluşunu, ərazidəki bitki və heyvan növlərini və s. qeyd edir. Elə bu məsələlərin şərhi də ölkəşünaslığın başlanğıcı idi.
Ölkəşünaslıqdan başlayan coğrafiya sonralardan ayrı-ayrı təbii komponentləri və ictimai həyatın bütün sahələrini daha dərindən öyrənməklə inkişaf etmişdir. Beynəlxalq əmək bölgüsü dərinləşdikcə ayrı-ayrı region və ölkələrin təbii resursları, orada yaşayan xalqların təsərrüfat və mədəni fəaliyyəti və s. barədə daha ətraflı məlumatlar bilmək zərurəti meydana çıxır. Nəticədə bu məsələləri daha dərindən öyrənən iqtisadi coğrafiya ümumi coğrafiyadan ayrılaraq müstəqil elm kimi inkişaf etmişdir.
Rusiyada iqtisadi coğrafiyanın yaranması V.N.Tatışev (1686-1750) və M.V.Lomonosovun (1711-1765), XX əsrin 20-ci illərində isə (o cümlədən respublikamızda) N.N.Baranskinin adı ilə (1881-1963) bağlıdır. Xarici ölkələrin iqtisadi və sosial coğrafiyasının inkişafında İ.A.Vitver (1891-1966), İ.M.Mayerqoyz (1908-1975), Hadi Əliyev (1900-1982), V.P.Maksakovski, S.V.Lavrov və b.-nın böyük xidmətləri olmuşdur.
Müasir iqtisadi və sosial coğrafiya ə traf mühitin cəmiyyətlə qarşılıqlı əlaqəsi, cəmiyyətin ərazi təşkili barədə ictimai coğrafi elmdir. Bu elm həm ətraf mühiti, həm də onunla qarşılıqlı əlaqədə olan cəmiyyət problemlərini birlikdə öyrənir. Başqa elmlər məsələn, iqtisadiyyat, biologiya ya cəmiyyətlə, ya da təbiətlə əlaqədar olur.
Kursun predmet və obyekti. Bəşər cəmiyyətinin ərazi təşkili anlayışı.
İqtisadi və sosial coğrafiya kursunun öyrətdiyi obyekt - təbiət, insan və təsərrüfatdır,Bu obyektlər olduqca mürəkkəbdir və daim inkişafdadır. Belə bir sual meydana çıxa bilər, bəs bu obyektləri başqa elmlər nə üçün öyrədir? Ona görə ki, hər bir elmin obyekti geniş, konkret və səciyyəvidir. Məsələn, bir çox elmlərin öyrəndiyi geniş obyekt Yerdir. Yeri öyrənən elmlər çoxdur. Lakin onların hər birinin konkret tədqiqat obyekti var. Məsələn, geologiya elmində bu, Yerin daxili quruluşudur, fiziki coğrafiyada isə Yerin üst qatı və yaxud coğrafi təbəqəsidir. İqtisadi və sosial coğrafiyanın geniş mə’nada öyrəndiyi obyekt isə coğrafi mühit və təbiətlə qarşılıqlı əlaqədə olan cəmiyyətdir. Beləliklə aydın olur ki, elmlər ümumi konkret obyektlərə malik ola bilərlər. Onları bir-birindən ayıran cəhət isə həmin obyektlərin hansı nöqteyi-nəzərdən öyrənilməsidir, yə ’ni öyrəndikləri predmetdir. İqtisadi və sosial coğrafiya öz obyektlərini ərazi təşkili nöqteyi-nəzərdən öyrənir (yə’ni onların səmərəli yerləşdirilməsi, qarşılıqlı mövqeyi, qarşılıqlı tə’siri). Elmin predmeti isə öz növbəsində onun səciyyəvi obyektini müəyyən edir. Məsələn, fiziki coğrafiyada bu, dəqiq sərhədlərlə məhdudlaşan təbii ərazi kompleksləri (TƏK) və fiziki-coğrafi bölgələr, iqtisadi və sosial coğrafiyada isə ərazi istehsal kompleksləri (ƏİK) və iqtisadi bölgələrdir.
Dünyanın iqtisadi və sosial coğrafiyasının tədqiqat predmeti dünyada, onun ayrı-ayrı region və ölkələrində bəşər cəmiyyətinin ərazi təşkilinin (BCƏT) xüsusiyyətləri və qanunauyğunluqlarıdır. BCƏT dünyada, onun ayrı- ayrı region və ölkələrində əhali və təsərrüfatın yerləşdirilməsində əsaslı dəyişikliklər yarada bilən nəzəriyyədir. Bu nəzəriyyədə məqsəd dünyada, onun ayrı-ayrı region və ölkələrində təbii və əmək resurslarını, əmək vərdişlərini, iqtisadi coğrafi mövqeyi (İCM), tarixi inkişaf xüsusiyyətlərini nəzərə almaqla, məhsuldar qüvvələri daha səmərəli yerləşdirmək, iqtisadiyyatı nizamlaşdırmaqdır. Dünya təsərrüfatının belə səmərəli ərazi təşkilinin yaradılmasında, ümumiyyətlə dünya iqtisadiyyatının nizamlaşdırılması və idarə edilməsində, bu məqsədlər üçün iqtisadi qanunlar hazırlanmasında BMT (Birləşmiş Millətlər Təşkilatı), BVF (Beynəlxalq Valyuta Fondu) və digər nüfuzlu təşkilatlar həlledici rol oynamalıdır./
Dünyada təsərrüfatın ərazi strukturunun belə tipi nəinki az əmək, vəsait və vaxt sərf etməklə yüksək məhsul əldə etməyə, həm də dünyanın ayrı-ayrı ölkələrində əhalinin həyat səviyyəsini yüksəltməyə, onların tarixən formalaşmış təsərrüfatından, dünya ölkələri arasında qeyri-bərabər yerləşən təbii və əmək resurslarından daha səmərəli istifadə etməyə imkan verər. Təbii ki, BCƏT-də ətraf mühitin mühafizəsi və təbiətin bərpası məsələləri daha səmərəli olar. Müasir mərhələdə təsərrüfatın belə inkişafı və təşkili bütün bəşəriyyət üçün sərfəlidir.
Təbii ki, BCƏT-də daha «varlı» və daha «yoxsul» ölkələr, inkişaf etmiş ölkələr (İEÖ-lər) və inkişaf etməkdə olan ölkələr (İEOÖ-lər) anlayışı, yə’ni dünyanın ayrı-ayrı region və ölkələrinin sosial-iqtisadi inkişaf səviyyəsində mövcud olan dərin fərqlər tədricən aradan qaldırılacaqdır. Təsərrüfatın ərazi strukturunun belə tipinin yaradılmasında dünya ölkələrinin iqtisadi və sosial inkişaf səviyyəsinə görə qruplaşdırılmasını (dünyanın iqtisadi regionlaşdırıl- ması, İEÖ-lər və İEOÖ-lər qruplarını) BCƏT-in əsası, dünya təsərrüfatının ni- zamlaşdırılmasında mühüm alət hesab etmək olar. Yə’ni «sosial iqtisadi nərdivanın aşağı pilləsində» duran ölkələr bəşəriyyətə artıq mə Tumdur. BMT və digər beynəlxalq təşkilatlar tərəfindən həmin ölkələrə edilən yardım əsasında, onların iqtisadiyyatını yerli imkanlara müvafiq inkişaf etdirmək və müasir texnologiya ilə müəyyən məhsul növləri istehsalı üzrə ixtisaslaşdırmaq mümkündür. Beləliklə, həm sənaye məhsulları istehsalının yalnız bir sıra regionlarda təmərküzləşməsinin, həm də dünya ölkələrinin və onların əhalisinin «varlı» və «yoxsul» qruplara bölünməsinin qarşısı alınar.
İqtisadi və sosial coğrafiyanın mühüm tərkib hissəsi olan Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyasının tədqiqat predmeti təsərrüfat və əhalinin ərazi təşkilinin xüsusiyyətləri və qanunauyğunluqlarıdır. Respublikamızın ayrı-ayrı hissələrinin sosial-iqtisadi səviyyəsinin nizamlaşdırılması işində elmi cəhətdən əsaslandırılmış iqtisadi bölgələşdirmə mühüm rol oynayır.
Son illər coğrafiyanın rolu getdikcə artır və əsaslı surətdə dəyişir. Bunu nə ilə izah etmək olar?
Cavab sadədir. Ona görə ki, dünyanın özü hiss olunacaq dərəcədə dəyişir. Artıq o, özünün XX əsrin 40-50-ci illərdəki vəziyyətindən də əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, coğrafi təbəqədə əvvəllər müşahidə olunmayan yeni-yeni komponentlər: Dünya okeanının geniş sahələrinə yayılmış neft təbəqəsi, insan fəaliyyəti nəticəsində atmosferdə yaranmış aerozol təbəqəsi və s. meydana çıxır. Bizi əhatə edən ətraf mühit getdikcə mürəkkəbləşir. Buna həm də ümumbəşəri proseslər də əlavə olunur. Bir tərəfdən dünya əhalisi sür’ətlə artır, digər tərəfdən yer üzündən bə’zi etnik qruplar yox olur. Biz itib - batan bitki və heyvan növlərini Qırmızı kitaba salmaq qayğısını çəkdiyimiz halda, Şimalın, həm də Cənubun az saylı xalqlarının həyat şəraitinin pisləşməsi ilə əlaqədar olaraq getdikcə azalıb, yox olmaları ilə maraqlanmırıq.
Təbiətə təzyiq getdikcə güclənir. Həm əhali süt’ətlə artır, həm də təbii resurslar kortəbii şəkildə istismar olunur. Bütün bunlar bəşəriyyətə çox pis tə’sir göstərir. Məsələn, Asiya və Latın Amerikasında tropik meşə sahələri sür’ətlə azalır. Hamıya yaxşı mə’lumdur ki, bu meşələr atmosferdə oksigen artıran iri «fabrik» rolunu oynayır. İnsan fəaliyyəti nəticəsində fəlakətə gətirib çıxaran belə faktlar olduqca çoxdur. Bütün bunlar iqtisadi və sosial coğrafiya elminin öyrəndiyi məsələləri mürəkkəbləşdirir. Bu elm üçüncü minilliyin ilk mərhələsi üçün cəmiyyətlə təbiətin qarşılıqlı münasibətlərinin proqnozunu verir. Təbii ki, bu əlamətlərinə görə də coğrafiya elminin əhəmiyyəti getdikcə artır.

Yorum Gönder