Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "iqtisadi coğrafiya"

Hazırda Avstraliya və Okeaniyada 14 müstəqil dövlə* var jgQ qrupuna daxil olan Avstraliya İqqtifaqı və Yeni Zelandiyadan başqa bütün qalan ölkələı Okeaniyaya aiddir.
Okeaniyanın adaları Sakit okeanın olduqca geniş sahə^j üzrə səpələnmiş dir (sahəsi 1,3 milyon km2, əhalisi 12 milyon nəfər). Bu da 0nun həm təbii şəraitinin, həm də tarixi coğrafi inkiaşf yolunun müxtəlifliyidə səbəb olmuşdm Qərb dövlətləri, xüsusilə ABŞ bu adalarda hərbi bazalannı yaradaraq Okeaniyanın coğrafi mövqeyinin əlverişli xüsusiyyətlərindən istifadə edirlər.
Okeaniyanın adalarının landşaftı gözəlliyinə görə dünyU(jcl şöhrət qazanmışdır. Bununla əlaqədar adalarda beynəlxalq turizm inkişaf etmişdir.
Okeaniyanın əhalisini iki qrupa-aborigenlərə (papuasfar Və b.) və gəlmə əhaliyə (fransızlar və b.) bölmək olar. Yerli əhali əsasən kənd təsərrüfatı və balıqçılıqla məşğuldur. Xarici inhisarlara məxsus plantasiyafarda ixracat əhəmiyyətli hind qozu, ananas, şəkər qamışı, banan, araxis yetişdirilir. Sənaye yalnız ixracat bitkilərinin ilkin e’malı və faydalı qazıntıların bə’zi növlərinin (nikel, mis filizləri və s.) hasilatı ilə təmsil olunur.
Avstraliya İttifaqı və Yeni Zelandiya Böyük Britaniyanın başçılıq etdiyi Birliyin tərkibinə daxildir. Bu ölkələr dünya təsərrüfat sistemində xammal, yanacaq (Avstraliya İttifaqı) və kənd təsərrüfatı məhsullarının (Avstraliya İttifaqı və Yeni Zelandiya) iri tədarükçüsü, həm də xarifa kapital qoyuluşu obyekti kimi çıxış edirlər.
Avstraliya İttifaqı. Ərazisi və İCM-yi. Avstraliya İttifaq! dünyada yeganə ölkədir ki, bütün materiki-Avstraliya materikini tutur. Hə^ də onun tərkibinə Sakit və Hind okeanlarında Tasmaniya və bir sıra başqa açfafar daxildir. Ərazisinin ölçüsünə görə demək olar ki, ABŞ-ın əsas ərazisini (Alyaska daxil olmadan) bərabərdir və dünyada altıncı yeri tutur.

Avstraliyanın İCM-nin başlıca əlaməti onun digər qitələrdən təcrid olunmasıdır. Başlıca dəniz yollarından və inkişaf etmiş dövlətlərdən uzaqlığı, dünyanın “nəzərə çarpmayan” hissəsindəki mövqeyi ölkənin iqtisadi inkişafını uzun müddət ləngitmişdir. Müasir dövrdə onu əhatə edən İEOÖ-lər Avstraliyanın sənaye mallarının satışı üçün əlverişli bazardır və burada Yaponiya əsas rəqib kimi çıxış edir.
Avstraliya altı ştatdan (Yeni Cənubi Uels, Viktoriya, Kvinslend, Cənubi Avstraliya, Qərbi Avstraliya və Tasmaniya) həm də Şimal və Federal paytaxt inzibati ərazilərdən ibarətdir.

Əhalisi; demioqrafik vəziyyət, milli tərkib və yerləşməsi. Ərazisinin böyüklüyünə baxmayaraq, Avstraliya İttifaqı əhalisinin sayma görə dünyada 50-ci yerlərdən birini tutur. Digər “köçürülmə ” ölkələrində olduğu kimi Avstraliyada da əhali başlıca olaraq kütləvi mühacirətin hesabına artmışdır.
Misal. XIX əsrin ortalarınadək Böyük Britaniya, “Dünyanın axırında ” yerləşən Avstraliyanı bir tərəfdən sürgün yeri kimi, digər tərəfdən isə ABŞ-ın yaranması ilə əlaqədar Amerikadakı mülklərindən məhrum olmuş şəxslər arasında torpaq bölgüsünün mənbəyi kimi istifadə etmişdir. Sürgün edilmiş mühacirlər Sid- ney şəhərinin bünövrəsini qoymuşlar. Sonralar Böyük Britaniyanın toxuculuq sənayesinin böyük tələbatı ilə əlaqədar qoyunçuluq və yun istehsalının sür’ətli inkişafı ingilis könüllü mühacirlərin axınına səbəb olmuşdur. XIX əsrin ikinci yarısında “qızıl hərisliyi” və ətlik-südlük istiqamətli heyvandarlığın inkişafı ilə əlaqədar bu axın daha da sür’ətlənmişdir. Həm də bir millətli tərkibi saxlamaq üçün ölkədə siyasi şüar: “Vahid qitə-vahid millət üçün” şüarı irəli sürülmüşdür.
İngilislər Avstraliyaya gələnədək burada təxminən 250-300 min aborigen yaşayırdı. İndi onlar (metislərlə birlikdə) əhalinin ümumi sayının cəmi 2%-ə qədərini təşkil edir. Əhalinin təxminən 4/5 hissəsi ingilis, şotlandiyalı və ir- landiyalı mühacirlərin nəsillərinin nümuyəndələridir.
Mühacirlərin böyük roluna baxmayaraq, XIX əsrin ortalarından Avstraliya əhalisinin dinamikasını müəyyən edən əsas amil təbii artım olmuşdur. Təbii artım göstəricilərinə görə (hər 1000 sakinə 7 nəfər) Avstraliya İttifaqı Qərbi Avropa ölkələrindən irəlidədir. Əmək qabiliyyəti olan şəxslərin payı xeyli yüksəkdir; həm də onların sayı mühacirət axını yolu ilə daima artır.
Avstraliya İttifaqı əhalinin orta sıxlığına görə (1 km2-də 2,1 nəfər) dünyada axırıncı yerlərdən birini tutur. Əhali ərazi üzrə olduqca qeyri-bərabər yerləşmişdir. Demək olar ki, əhalinin 4/5 hissəsi materikin şərq və cənub- şərqində, xüsusilə Viktoriya, Yeni Cənubi Uels və Kvinslend ştatlarının sahil boyu zolaqlarında yerləşmişdir. Daxili rayonlarda əhali mə’dən-sənaye mərkəzlərinin ətrafında təmərküzləşmişdir. Burada əhalinin sıxlığı 1 km2-də 1 nəfərdən də azdır və yaşayış məntəqələri o qədər seyrəkdir ki, şagirdləri məktəbə toplamaq mümkün olmur; onlara adətən radio və televizor vasitəsilə dərs keçirilir.
Avstraliya İttifaqında şəhər əhalisinin payı olduqca yüksəkdir; bu göstəriciyə görə (86%) ölkə dynyada AFR-dən sonra ikinci yeri tutur. Həm də əhalinin 2/3 hissəsi böyük şəhərlərdə yaşayır. Onların arasında iri aqlomerasiya əmələ gətirən milyonçu şəhərlər-Sidney, Melbum və ştatların paytaxtları- Adelaida, Brisben, Pert fərqlənirlər.
Təsərrüfatın ümumi xarakteristikası. İqtisadiyyatın ikili xarakteri.
Avstraliya İttifaqının olduqca geniş ərazisi, çox zəngin resursları, mühacir/əmı və xarici kapitalın axıb gəlməsi, müstəmləkə asılılığının ləğv edilməsi iqtisadiyyatm inkişafı üçün əlverişli şərait yaratmışdır. Ölkənin iqtisadiyyatı uzun müddət "eninə ”, son on illiklərdə isə “dərininə ” inkişaf edir.
Müasir Avstraliya İttifaqı dünya təsərrüfatı sistemində görkəmli rol oynayır. Əhalinin adambaşına düşən milli gəlirə, əmək məhsuldarlığına, enerji və maşın təchizatına, urbanizasiyanın səviyyəsinə və s. göstəricilərə görə Avstraliya İttifaqı inkişaf etmiş ölkədir. Bununla belə, o, beynəlxalq əmək bölgüsü sistemində ilk növbədə sənaye xammalı və ərzaq tədarükçüsü kimi çıxış edir. İEOÖ-lərin əksəriyyətində olduğu kimi burada da təsərrüfatın coğrafi "mənzərəsi” kəskin surətdə ərazi uzğunsuzluqları ilə səciyyələnir (əhalinin coğrafi "mənzərəsi ” ilə uyğun gəlir). Beləliklə, Avstraliya İttifaqı ikili mövqe tutur və öz iqtisadiyyatında həm yüksək inkişaf etmiş ölkələr iiçün, həm də IE- OÖ üçün xarakterik olan xüsusiyyətləri birləşdirir.
Uzun müddət Böyük Britaniyanın aqrar-xammal əlavəsinə çevrilmiş Avstraliya İttifaqı XX əsrə "qoyunların belində ” daxil olmuşdur. Avstraliya elə indi də qoyunların sayına (175 milyon baş), yun istehsalına (0,8 milyon t) və onun ixracatına görə dünyada birinci yeri tutur. Qoyunçuluq bu ölkənin mühüm milli sahəsidir. Avstraliya İttifaqı həm də ət və süd məhsullarının, buğda və şəkərin iri istehsalçısı və ixracatçısıdır. Bununla yanaşı ölkədə kənd təsərrüfatı məhsullarının, ilk növbədə ərzaq istehsalının genişləndirilməsi üçün böyük imkanlar var. Nahaq yerə onu “böyük ərzaq dövləti ” adlandırmırlar.
Avstraliyanın beynəlxalq ixtisaslaşdırılmasının ikinci istiqaməti də (mineral xammal və yanacaq istehsalı üzrə) çoxdan formalaşmışdır. 60-cı illərdən başlanan "xammal hay-küyü ” İEÖ-lərin xammal strategisayında mühüm dəyişikliklərə, onların qismən də olsa İEOÖ-lərin xammalından, ilk növbədə daha e’tibarlı və sabit tadarükü tə’min edən Avstraliya və Kanadanın xammalına səmtlərinin dəyişməsinə səbəb olmuşdur. Bu strategiyanın nəticəsində Avstraliya İttifaqı qısa bir müddətdə dəmir filizinin, boksit və alüminium oksidinin, uran, daş kömür, mayeləşdirilmiş təbii qaz, bir çox əlvan və nadir metal filizlərinin ən iri istehsalçısına çevrilmişdir. Bir növ Avstraliya "qoyunun belindən” "filiz ilə vaqonetkaya” yerini dəyişdirmişdir. Avstraliya məsəli (həm də Kanada, Yeni Zellandiya, CAR) xammal üzrə ixtisaslaşma ilə də yüksək sosial-iqtisadi inkişaf səviyyəsinə nail olmağın mümkünlüyünü parlaq əks etdirir.
Sənayenin coğrafiyası: təbii resurs amilləri, başlıca sahələri və rayonları. Avstraliya İqqtifaqı dünya əhəmiyyətli bir sıra faydalı qazıntılarla zəngindir. Xüsusilə, müasştatlarında cəmləşməsidir. -
Kənd təsərrüfatının coğrafiyası; təbii resurs amilləri, başlıca sahələri və rayonları. Avstraliya İttifaqı tropik və subtropik qurşaqda, yalnız Tasmaniya adası mülayim qurşaqda yerləşir. Relyefinin düzənlik olmasına baxmayaraq (ölkənin 5%-i dağlıq ərazidir) mənimsənilməmiş ərazilər torpaq fondunun 1/3-ni təşkil edir. Bu ərazilər iqlimin olduqca quraqlığı ilə fərqlənən və çay şəbəkəsinə malik olmayan Mərkəzi Avstraliya səhralarıdır. Çəmən və otlaqlar bütün torpaq sahəsinin yarıdan çoxunu təşkil edir. Kənd təsərrüfatının inkişafı üçün daha əlverişli amillər ölkənin yalnız şərq, cənub-şərq və cənub- qərb hissələrində, yə’ni əsas məskunlaşmış rayonlarındadır. Ölkənin bu rayonlara yaxın yerləşən daxili hissələrinin quraqlıq olmasına baxmayaraq, qo- yunçuluq üçün əlverişlidir. Ölkənin bə’zi daxili və dəniz sahilinin quraqlıq vilayətlərində suya ehtiyacın bir hissəi artezian suları ilə qismən ödənilir. Tez- tez baş verən quraqlıq, tozlu tufanlar, meşə yanğınları, faciəli leysanlar Avstraliya İttifaqının iqtisadiyyatına böyük ziyan vurur.
Kənd təsərrüfatının mühüm sahəsi yunluq istiqamətli heyvandarlıqdır. Hələ məskunlaşma dövründə Avstraliyada qoyunçuluğun inkişafına aşağıdakı amillər-İngiltərə sənayesinin yuna artan tələbatı; gətirilmiş merinos qoyunlarının saxlanması üçün əlverişli təbii şərait; ixracat məhsulu olan yun və dərinin daşınmasının asanlığı; qoyunçuluq sahəsinin xarakteri, yə’ni məhdud fəhlə qüvvəsindən istifadə ta’sir etmişdir. Soyuducularla təhciz olunmuş gəmilərin meydana gəlməsi heyvandarlığın ətlik-südlük istiqamətinin inkişafına səbəbir sənaye sahələrinin inkişafı üçün zəruri olan boksit, dəmir filizi və kömür ehtiyatlarının böyük əhəmiyyəti var. Məhz bu resurslar da ölkənin beynəlxalq əmək bölgüsündə rolunu müəyyən edir.
Sənayenin başlıca sahələri hasilat, metallurgiya, maşınqayırma və yeyinti sənayesidir. Maşınqayırmada kənd təsərrüfatı maşınları, avtomobilqayırma,sənaye avadanlıqları və dəzgah istehsalı fərqlənir. E’maledici sənayenin but, lıca mərkəzləri Melbum, Sidney, Adelaida, Pert şəhərləridir.
Sənayenin coğrafiyasının əsas əlaməti ölkənin şərq, cənub-şorq və cəmil» qərb hissələrinin sahilboyu bölgələrində xüsusilə Viktoriya və Yeni Cənubi Uels ştatlarında cəmləşməsidir.

Kənd təsərrüfatının coğrafiyası; təbii resurs amilləri, başlıca sahələri və rayonları. Avstraliya İttifaqı tropik və subtropik qurşaqda, yalnız Tasmaniya adası mülayim qurşaqda yerləşir. Relyefinin düzənlik olmasına baxmayaraq (ölkənin 5%-i dağlıq ərazidir) mənimsənilməmiş ərazilər torpaq fondunun 1/3-ni təşkil edir. Bu ərazilər iqlimin olduqca quraqlığı ilə fərqlənən və çay şəbəkəsinə malik olmayan Mərkəzi Avstraliya səhralarıdır. Çəmən və otlaqlar bütün torpaq sahəsinin yarıdan çoxunu təşkil edir. Kənd təsərrüfatının inkişafı üçün daha əlverişli amillər ölkənin yalnız şərq, cənub-şərq və cənub- qərb hissələrində, yə’ni əsas məskunlaşmış rayonlarındadır. Ölkənin bu rayonlara yaxın yerləşən daxili hissələrinin quraqlıq olmasına baxmayaraq, qo- yunçuluq üçün əlverişlidir. Ölkənin bə’zi daxili və dəniz sahilinin quraqlıq vilayətlərində suya ehtiyacın bir hissəi artezian suları ilə qismən ödənilir. Tez- tez baş verən quraqlıq, tozlu tufanlar, meşə yanğınları, faciəli leysanlar Avstraliya İttifaqının iqtisadiyyatına böyük ziyan vurur.
Kənd təsərrüfatının mühüm sahəsi yunluq istiqamətli heyvandarlıqdır. Hələ məskunlaşma dövründə Avstraliyada qoyunçuluğun inkişafına aşağıdakı amillər-İngiltərə sənayesinin yuna artan tələbatı; gətirilmiş merinos qoyunlarının saxlanması üçün əlverişli təbii şərait; ixracat məhsulu olan yun və dərinin daşınmasının asanlığı; qoyunçuluq sahəsinin xarakteri, yə’ni məhdud fəhlə qüvvəsindən istifadə ta’sir etmişdir. Soyuducularla təhciz olunmuş gəmilərin meydana gəlməsi heyvandarlığın ətlik-südlük istiqamətinin inkişafına səbəb olmuşdur.
Kənd təsərrüfatının coğrafiyasını müəyyən edən əlamət-sahil boyundan uzaqlaşdıqca bu sahənin intensivliyinin azalmasıdır. Çoxsahəli və yüksək əmtəəlik təsərrüfat ölkənin şərq, cənub-şərq və cənub-qərb hissələrinin də- nizsahili bölgələrində formalaşmışdır. Bu bölgələrdə yem bitkiləri əkini ilə südlük və ətlik istiqamətli heyvandarlıq üstünlük təşkil edir. Elə bu zolaqda da tropik iqlim şəraitində şəkər qamışı, pambıq, ananas, manqo (Kvinslend), subtropik iqlim şəraitində isə üzüm, sitrus bitkiləri, meyvə (Yeni Cənubi Uels, Viktoriya, Qərbi Avstraliya) yetişdirilir. Ölkənin cənub-şərqində Brisbendən Spenser körfəzinin sahillərinədək, həm də materikin ucqar qərbində buğda zolağı uzanır.
Ölkənin daxili rapyoıılarında ekstensiv heyvandarlığ inkişaf etmişdir. Əsas qoyunçuluq bölgəsi Böyük Suayrıcı silsilənin qərb yamacının geniş səhra və yarımsəhralarıdır. Burada merinos sürüləri il ərzində yaşıl otla qidalanır. Hər bir qoyunçuluq fermasının geniş ərazisi vardır. Bu da, müəyyən sayda qoyunların otarılması üçün hesablanan, məftil torlarla kiçik sahələrə bölünür.

Nəqliyyat. Daxili yük və sərnişin daşınmasının əhəmiyyətli hissəsi dəmiryol və avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Şərqdən qərbə uzanan yeganə transkontinental magistral Sidney-Pertdir (uzunluğu 3940 km). Yük dövriyyəsinə görə başlıca portları Nyukasl, Port-Kambala, Sidney, Mel- bum və Hobartdır. Daxili və beynəlxalq yük daşınmada hava nəqliyyatı olduqca mühüm rol oynayır.
Xarici ticarət. Xarici əlaqələri dünya təsərrüfatı sistemində ölkənin ixtisas- laşdırılmasını aydın əks etdirir. Avstraliya İttifaqı əsasən Yaponiya sənayesi üçün xammal tədarükçüsü (Yaponiya sənayesinin xammal tələbatının yarıya qədərini ödəyir) və satış bazarı rolunda çıxış edir. Avstraliyanı “yapon karxanası " yaxud “yapon Kanadası adlandırırlar”. Avstraliyanın başqa ticarət ortaqları ABŞ, Böyük Britaniya və Avropanın digər ölkələridir.
Avstraliyanın iqtisadiyyatına, xammal və energetika resurslarına nəzarət uğrunda amerikan, ingilis, yapon, Qərbi Avropa və milli inhisarlar arasında kəskin mübarizə gedir. Bununla da, Avstraliya şirkətləri ölkə daxilində öz mövqelərini gücləndirmək üçün, xarici inhisarlar arasında gedən ziddiyyətlərdən fəal istifadə etmək imkanlarına malikdir.
Daxili fərqlər. Avstraliya İttifaqının təsərrüfatının ərazi strukturu üçün bir-birindən tamamilə fərqlənən iki hissəsinin “köhnə ” və “yeni ” hissələrin uyğunlaşması səciyyəvidir. Avstraliyanın köhnədən mənimsənilmiş cənub- şərq rayonu yüksək inkişaf etmiş Yeni Cənubi Uels, Viktoriya ştatlarını və Cənubi Avstraliya ştatının cənub-şərqini əhatə edir. Ölkə ərazisinin cəmi 1/5- ni tutan bu rayonda Avstraliya əhalisinin, e’maledici sənaye istehsalının 3/4-ə qədəri təmərküzləşmişdir. Bu rayonun sahilboyunda ən iri şəhər və sənaye mərkəzləri Sidney, Melbum, Adelaida və ölkənin paytaxtı Kanberra yerləşir. Kanberra şəhərinin yalnız inzibati və elmi-mədəniyyət əhəmiyyəti var. Şəhər parka bənzəyir və əsas e’tibarilə bağlarla əhatə olunmuş bir və yaxud ikimərtəbəli evlərdən ibarətdir.
Yeni mənimsənilmiş rayonların inkişafı (Şimali, Qərbi və Mərkəzi Avstraliya) ilk növbədə zəngin təbii resursların mənimsənilməsi ilə əlaqədardır.

İqtisadi və sosial coğrafiya elminin yaranması və inkişafı
Coğrafiya bir elm kimi səyahətçilərin müşahidələrindən başlayır. Yad ərazi və ölkəyə gəlib çatan ağıllı səyahətçi özü üçün qeyri adi olan, tanış olmayan yerlərdəki bütün müşahidələrini, məsələn, ölkənin iqlimini, insanların görünüşünü və geyimini, istehsal etdikləri məhsulları və dövlət quruluşunu, ərazidəki bitki və heyvan növlərini və s. qeyd edir. Elə bu məsələlərin şərhi də ölkəşünaslığın başlanğıcı idi.
Ölkəşünaslıqdan başlayan coğrafiya sonralardan ayrı-ayrı təbii komponentləri və ictimai həyatın bütün sahələrini daha dərindən öyrənməklə inkişaf etmişdir. Beynəlxalq əmək bölgüsü dərinləşdikcə ayrı-ayrı region və ölkələrin təbii resursları, orada yaşayan xalqların təsərrüfat və mədəni fəaliyyəti və s. barədə daha ətraflı məlumatlar bilmək zərurəti meydana çıxır. Nəticədə bu məsələləri daha dərindən öyrənən iqtisadi coğrafiya ümumi coğrafiyadan ayrılaraq müstəqil elm kimi inkişaf etmişdir.
Rusiyada iqtisadi coğrafiyanın yaranması V.N.Tatışev (1686-1750) və M.V.Lomonosovun (1711-1765), XX əsrin 20-ci illərində isə (o cümlədən respublikamızda) N.N.Baranskinin adı ilə (1881-1963) bağlıdır. Xarici ölkələrin iqtisadi və sosial coğrafiyasının inkişafında İ.A.Vitver (1891-1966), İ.M.Mayerqoyz (1908-1975), Hadi Əliyev (1900-1982), V.P.Maksakovski, S.V.Lavrov və b.-nın böyük xidmətləri olmuşdur.
Müasir iqtisadi və sosial coğrafiya ə traf mühitin cəmiyyətlə qarşılıqlı əlaqəsi, cəmiyyətin ərazi təşkili barədə ictimai coğrafi elmdir. Bu elm həm ətraf mühiti, həm də onunla qarşılıqlı əlaqədə olan cəmiyyət problemlərini birlikdə öyrənir. Başqa elmlər məsələn, iqtisadiyyat, biologiya ya cəmiyyətlə, ya da təbiətlə əlaqədar olur.
Kursun predmet və obyekti. Bəşər cəmiyyətinin ərazi təşkili anlayışı.
İqtisadi və sosial coğrafiya kursunun öyrətdiyi obyekt - təbiət, insan və təsərrüfatdır,Bu obyektlər olduqca mürəkkəbdir və daim inkişafdadır. Belə bir sual meydana çıxa bilər, bəs bu obyektləri başqa elmlər nə üçün öyrədir? Ona görə ki, hər bir elmin obyekti geniş, konkret və səciyyəvidir. Məsələn, bir çox elmlərin öyrəndiyi geniş obyekt Yerdir. Yeri öyrənən elmlər çoxdur. Lakin onların hər birinin konkret tədqiqat obyekti var. Məsələn, geologiya elmində bu, Yerin daxili quruluşudur, fiziki coğrafiyada isə Yerin üst qatı və yaxud coğrafi təbəqəsidir. İqtisadi və sosial coğrafiyanın geniş mə’nada öyrəndiyi obyekt isə coğrafi mühit və təbiətlə qarşılıqlı əlaqədə olan cəmiyyətdir. Beləliklə aydın olur ki, elmlər ümumi konkret obyektlərə malik ola bilərlər. Onları bir-birindən ayıran cəhət isə həmin obyektlərin hansı nöqteyi-nəzərdən öyrənilməsidir, yə ’ni öyrəndikləri predmetdir. İqtisadi və sosial coğrafiya öz obyektlərini ərazi təşkili nöqteyi-nəzərdən öyrənir (yə’ni onların səmərəli yerləşdirilməsi, qarşılıqlı mövqeyi, qarşılıqlı tə’siri). Elmin predmeti isə öz növbəsində onun səciyyəvi obyektini müəyyən edir. Məsələn, fiziki coğrafiyada bu, dəqiq sərhədlərlə məhdudlaşan təbii ərazi kompleksləri (TƏK) və fiziki-coğrafi bölgələr, iqtisadi və sosial coğrafiyada isə ərazi istehsal kompleksləri (ƏİK) və iqtisadi bölgələrdir.
Dünyanın iqtisadi və sosial coğrafiyasının tədqiqat predmeti dünyada, onun ayrı-ayrı region və ölkələrində bəşər cəmiyyətinin ərazi təşkilinin (BCƏT) xüsusiyyətləri və qanunauyğunluqlarıdır. BCƏT dünyada, onun ayrı- ayrı region və ölkələrində əhali və təsərrüfatın yerləşdirilməsində əsaslı dəyişikliklər yarada bilən nəzəriyyədir. Bu nəzəriyyədə məqsəd dünyada, onun ayrı-ayrı region və ölkələrində təbii və əmək resurslarını, əmək vərdişlərini, iqtisadi coğrafi mövqeyi (İCM), tarixi inkişaf xüsusiyyətlərini nəzərə almaqla, məhsuldar qüvvələri daha səmərəli yerləşdirmək, iqtisadiyyatı nizamlaşdırmaqdır. Dünya təsərrüfatının belə səmərəli ərazi təşkilinin yaradılmasında, ümumiyyətlə dünya iqtisadiyyatının nizamlaşdırılması və idarə edilməsində, bu məqsədlər üçün iqtisadi qanunlar hazırlanmasında BMT (Birləşmiş Millətlər Təşkilatı), BVF (Beynəlxalq Valyuta Fondu) və digər nüfuzlu təşkilatlar həlledici rol oynamalıdır./
Dünyada təsərrüfatın ərazi strukturunun belə tipi nəinki az əmək, vəsait və vaxt sərf etməklə yüksək məhsul əldə etməyə, həm də dünyanın ayrı-ayrı ölkələrində əhalinin həyat səviyyəsini yüksəltməyə, onların tarixən formalaşmış təsərrüfatından, dünya ölkələri arasında qeyri-bərabər yerləşən təbii və əmək resurslarından daha səmərəli istifadə etməyə imkan verər. Təbii ki, BCƏT-də ətraf mühitin mühafizəsi və təbiətin bərpası məsələləri daha səmərəli olar. Müasir mərhələdə təsərrüfatın belə inkişafı və təşkili bütün bəşəriyyət üçün sərfəlidir.
Təbii ki, BCƏT-də daha «varlı» və daha «yoxsul» ölkələr, inkişaf etmiş ölkələr (İEÖ-lər) və inkişaf etməkdə olan ölkələr (İEOÖ-lər) anlayışı, yə’ni dünyanın ayrı-ayrı region və ölkələrinin sosial-iqtisadi inkişaf səviyyəsində mövcud olan dərin fərqlər tədricən aradan qaldırılacaqdır. Təsərrüfatın ərazi strukturunun belə tipinin yaradılmasında dünya ölkələrinin iqtisadi və sosial inkişaf səviyyəsinə görə qruplaşdırılmasını (dünyanın iqtisadi regionlaşdırıl- ması, İEÖ-lər və İEOÖ-lər qruplarını) BCƏT-in əsası, dünya təsərrüfatının ni- zamlaşdırılmasında mühüm alət hesab etmək olar. Yə’ni «sosial iqtisadi nərdivanın aşağı pilləsində» duran ölkələr bəşəriyyətə artıq mə Tumdur. BMT və digər beynəlxalq təşkilatlar tərəfindən həmin ölkələrə edilən yardım əsasında, onların iqtisadiyyatını yerli imkanlara müvafiq inkişaf etdirmək və müasir texnologiya ilə müəyyən məhsul növləri istehsalı üzrə ixtisaslaşdırmaq mümkündür. Beləliklə, həm sənaye məhsulları istehsalının yalnız bir sıra regionlarda təmərküzləşməsinin, həm də dünya ölkələrinin və onların əhalisinin «varlı» və «yoxsul» qruplara bölünməsinin qarşısı alınar.
İqtisadi və sosial coğrafiyanın mühüm tərkib hissəsi olan Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyasının tədqiqat predmeti təsərrüfat və əhalinin ərazi təşkilinin xüsusiyyətləri və qanunauyğunluqlarıdır. Respublikamızın ayrı-ayrı hissələrinin sosial-iqtisadi səviyyəsinin nizamlaşdırılması işində elmi cəhətdən əsaslandırılmış iqtisadi bölgələşdirmə mühüm rol oynayır.
Son illər coğrafiyanın rolu getdikcə artır və əsaslı surətdə dəyişir. Bunu nə ilə izah etmək olar?
Cavab sadədir. Ona görə ki, dünyanın özü hiss olunacaq dərəcədə dəyişir. Artıq o, özünün XX əsrin 40-50-ci illərdəki vəziyyətindən də əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, coğrafi təbəqədə əvvəllər müşahidə olunmayan yeni-yeni komponentlər: Dünya okeanının geniş sahələrinə yayılmış neft təbəqəsi, insan fəaliyyəti nəticəsində atmosferdə yaranmış aerozol təbəqəsi və s. meydana çıxır. Bizi əhatə edən ətraf mühit getdikcə mürəkkəbləşir. Buna həm də ümumbəşəri proseslər də əlavə olunur. Bir tərəfdən dünya əhalisi sür’ətlə artır, digər tərəfdən yer üzündən bə’zi etnik qruplar yox olur. Biz itib - batan bitki və heyvan növlərini Qırmızı kitaba salmaq qayğısını çəkdiyimiz halda, Şimalın, həm də Cənubun az saylı xalqlarının həyat şəraitinin pisləşməsi ilə əlaqədar olaraq getdikcə azalıb, yox olmaları ilə maraqlanmırıq.
Təbiətə təzyiq getdikcə güclənir. Həm əhali süt’ətlə artır, həm də təbii resurslar kortəbii şəkildə istismar olunur. Bütün bunlar bəşəriyyətə çox pis tə’sir göstərir. Məsələn, Asiya və Latın Amerikasında tropik meşə sahələri sür’ətlə azalır. Hamıya yaxşı mə’lumdur ki, bu meşələr atmosferdə oksigen artıran iri «fabrik» rolunu oynayır. İnsan fəaliyyəti nəticəsində fəlakətə gətirib çıxaran belə faktlar olduqca çoxdur. Bütün bunlar iqtisadi və sosial coğrafiya elminin öyrəndiyi məsələləri mürəkkəbləşdirir. Bu elm üçüncü minilliyin ilk mərhələsi üçün cəmiyyətlə təbiətin qarşılıqlı münasibətlərinin proqnozunu verir. Təbii ki, bu əlamətlərinə görə də coğrafiya elminin əhəmiyyəti getdikcə artır.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget