Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Rusların Şimali Amerika tədqiqatları

. Asiya ilə Amerika arasında boğazın olmasına ilk dəfə Semyon Deynyov desə də (1648), bu boğaz haqqında müəyyən qədər aydın məlumatlar «Qavriil» gəmisində şturman Ivan Fyodorov və geodozist Mixayil Qvazdova (1730) məxsus olması haqqında fikirlər vardır.

Şimali Amerikanın öyrənilməsi rusların Avropanın bir sıra dövlətlərindən gec başlanmasına baxmayaraq coğrafiya tarixində özünəməxsus yeri vardır. Son dövrlərin məlumatlarına görə rusların Alyaska yarımadası ilə ilk tanışlığı üç əsr bundan əvvəl başlamışdır. Asiya ilə Amerika arasında boğazın olmasına ilk dəfə Semyon Deynyov desə də (1648), bu boğaz haqqında müəyyən qədər aydın məlumatlar «Qavriil» gəmisində şturman Ivan Fyodorov və geodozist Mixayil Qvazdova (1730) məxsus olması haqqında fikirlər vardır. Coğrafiya tarixində onların 1732-ci ildə Amerika sahillərinə üzməklə şahzadə Uels burnuna yanaşmaları haqqında məlumatlar mövcuddur.
Amerika sahillərinin öyrənilməsində Vitus Berinqin komandanlığı altında «Müqəddəs Pyotr» və Çirikovun komandanlığı altında «Müqəddəs Pavel» gəmilərinin tədqiqat aparması üçün təşkil olunmuş ekspedisiyaları xüsusi əhəmiyyət kəsb edir. Onlar ay yarım üzdükdən sonra sıx meşəliklərlə örtülü Amerika sahillərini, həmçinin Müqəddəs Ilin zirvəsini
görürlər. Ekspedisiya üzvləri aşkar etdikləri adanı Müqəddəs Ilin adası adlandırırlar. Q.V.Steller qısa müddətdə adada botaniki, zoğrafi tədqiqatlar aparır, Alyaska sahilləri və yarımadaya yaxın adaların ərazilərinin təbiəti haqqında məlumatlar toplayır. Ruslar ilk dəfə olaraq Kodyak, Müqəddəs Ilin, Atxa, Markiana, Müqəddəs Stefan xəritələrində əks etdirirlər.
1741-ci il dekabrın 8-də heyətin bir sıra üzvləri kimi Berinq də sinka xəstəliyindən ölməsi qarşıya qoyulmuş məqsədin yarımçıq qalmasına səbəb oldu.
«Müqəddəs Pavel» gəmisi Çirikovun rəhbərliyi altında Berinqdən fərqli olaraq daha cənub sahilləri tədqiq etməklə şimal-qərbə doğru üzürlər. 1741-ci ildə gəmi Kamçatka yarımadasına qayıdarkən Aleut adalar qrupunu bütövlükdə kəşf edirlər.
Aleksey Iliç Çirikovun xatirəsi Dumanlı adasının onun adına verilməsilə əbədiləşdirildi.
Artıq XVIII əsrin ikinci yarısından Alyaska yarımadasının sahilləri rus ovçu-sənayeçiləri tərəfindən tutulmağa başlandı. Əməllərinə bəraət qazandırmaq məqsədilə L.C.Berq yazır : «Bütün Aleut adaları ruslar tərəfindən tapılmış və xəritəyə salınmışdır».
Aleut və Amerika sahillərinin xəz dəri heyvanlarla zəngin olmasını öyrənən rus sənayeçilərinin bu ərazilərə güclü axını başlandı. Nəticədə, coğrafiya xəritələrində Aleut adaları boyu Bliji, Krısini, Dördtəpəli(Çetırexsopoçnı), Anderyanovski, Lisini, Miss (Medni), Umapak, Unalaşka kimi adalar öz əksini tapdı.
Rus ovçu-sənayeçiləri 1788-1838-ci illər ərəfəsində məlum adalardan 3 milyondan çox dəniz pişiyi dərisi, 125 mindən artıq tülkü, 50 mindən yuxarı qunduz dərisi gətirmişdilər.
Göründüyü kimi, ruslar tərəfindən kəşf edilmiş ərazilərdə də əsas məqsəd istismar və mənimsəməkdən ibarət olmuşdur.
Rus tacirləri arasında Qriqorii Şelixovun Amerika sahillərinin öyrənilməsi və mənimsənilməsində xüsusi rolu olmuşdur. Çünki o, ilk dəfə olaraq Amerikada rus yaşayış məntəqələrinin yaradılması istiqamətində cəhd göstərməklə gələcəkdə rusların Amerikada mövqelərinin möhkəmlənməsi təşəbbüsündə olmuşdur. O, Sakit okeandan şimal istiqamətlə üzərək Şimal Buzlu okeanına, buradan isə Baffin körfəzinə keçməyə cəhd göstərən ilk rus taciridir.
1791-ci ildə tacir Aleksandr Andreeviç Baranov Amerikaya ekspedisiyanın təşkilini öz üzərinə götürür. Baçarovun rəhbərliyi altında təşkil olunmuş bu ekspedisiya Unimak adasını Alyaskadan ayıran Issanax boğazından başlayır və Alyaska sahilləri tədqiq edilir. Baranov faydalı qazıntılar axtarmaq istiqamətində tədqiqat işləri aparmaqla Amerika sahillərində kiçik də olsa, bir neçə müəssisə yarada bili rvə miss istehsalına başlayır. Kodyak adasında isə məskunlaşmanı sürətləndirmək məqsədilə kərpic zavodu tikdirir.
1796-cı ildə hazırda Baranov adlanan Sitxa adası və onu əhatə edən boğazlar tədqiq olunur, San-Fransiskodan şimala Sakit okeana tökülən Slavyanka çayı sahilində Ross kəndi salınır.
26.VII.1803-cü il tarixində kapitan-leytenant I.F.Kruzenşternin rəhbərliyi altında «Nadejda», kapitan U.F.Lisyanskinin rəhbərlik etdiyi «Neva» gəmiləri Kronştadt limanından çıxaraqSakit okeana keçirlər. «Neva» gəmisi rus Amerikası sahillərinə istiqamət götürərək tədqiqat işləri aparmağa başlayır.
1824-cü ildə qraf N.P.Rumyançev tərəfindən Amerika sahillərini öyrənmək üçün təşkil edilmiş ekspedisiya onun ölümu ilə əlaqədar olaraq yarımçıq qalır. Tədqiqatın davamı Kaşevarovun komandanlığı altında «Polufem» gəmisi tərəfindən həyata keçirilir. Onlar Lisburn burnundan Varro burnuna qədər olan əraziləri tədqiq etməklə şərqə doğru tədqiqatlarını davam etdirirlər. Ekspedisiya sahil xətləri ilə yanaşı, Alyaska yarımadasının daxili hissələrini də öyrənməyi də yaddan çıxarmadı.
1847-ci ildə hidroqrafik və kartoqrafik işlərin nəticələrinə əsaslanan Kaşevarov Sakit okeanın tədqiq olunmuş sahillərinin xəritəsini tərtib etdi. M.D.Tebenkov isə Amerikanın şimal-qərb sahillərinin və Aleut adalarının Atlasını tərtib etmişdir.
1842-ci ildə Sitxa adasında yerləşən NovoArxangelskidə Rusiya - Amerika kompaniyası tərəfindən maqnit - meteoroloji rəsədxanasının əsası qoyuldu.
1867-ci ildə çar höküməti tərəfindən Alyaskanın 7 milyon dollara satılması rusların tədqiqat ardıcıllığını pozaraq tədricən heçə endirdi.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget