Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Vasili Mixayloviç Qolovin

I.T.Kruzenştern və Y.F.Sisyanskidən sonra rusların 2-ci dünya ekspedisiyası Vasili Mixayloviç Qolovinin adı ilə bağlıdır. Qolovin 1807-ci ilin avqust ayının 6-da Kronştaddan yelkənli donanmanın «Diana» hərbi gəmisində dünya səyahətinə çıxır.

I.T.Kruzenştern və Y.F.Sisyanskidən sonra rusların 2-ci dünya ekspedisiyası Vasili Mixayloviç Qolovinin adı ilə bağlıdır. Qolovin 1807-ci ilin avqust ayının 6-da Kronştaddan yelkənli donanmanın «Diana» hərbi gəmisində dünya səyahətinə çıxır. Gəmi Uzaq Şərqdə yerləşən rus limanlarına yük aparmaq adı altında çıxmasına baxmayaraq, əsas məqsəd Sakit okeanın az məlum olan sahələrini öyrənmək və daha dəqiq məlumatlar əldə etməkdən ibarət idi. 

Sentyabr ayında «Diana» gəmisi Portsmut ingilis şəhərinə yan alır. Ingilis hökumətindən ruslarla müharibə başlayarsa elmi-tədqiqat xarakter daşıyacaq ekspedisiyaya maneəçilik törədilməyəcəyi haqda rəsmi buraxılış vərəqəsi alır. Bundan sonra Braziliya sahillərinə kurs götürməklə Horn burnundan keçərək Sakit okeana daxil olur. Lakin əlverişsiz iqlim şəraiti, müşahidə edilən sinqa xəstəliyi onu geri dönərək Afrikanın cənubundan keçərək Hind okeanından Kamçatkaya üzməyə məcbur edir. Gəmi Ümid burnunda Keyptaun sahillərində ingilislər tərəfindən icazə vərəqəsi almasına baxmayaraq tutlur. 

On üç aydan sonra qaçmağa müvəffəq olan heyət Avstraliyanı keçməklə Tana adasına yan alır və gizlin olaraq adanın coğrafi təsvirini verirlər.1809-ci ildə «Diana» gəmisi Kamçatkaya çatır. Qışlama ərəfəsində Qolovin yarımadanın daxili hissələrinə irəliləməklə onun təbiətini, əhalisini və onların məşğuliyyətini öyrənməyə çalışır. 1810-ci ilin yazında gəmi Alyaska yarımadasına üzməklə Rus Amerikasının mərkəzi sayılan Novo-Arxanqelskə ərzaq gətirir. Qayıdarkən Petropavlovsk-Kamçatkada Aleut və Kuril adaları haqqında məlumat toplamaq və Tatar sahillərini öyrənmək tapşırığı aldığından 1811-ci ilin yazında Kuril adalarına istiqamət götürərək əlverişsiz iqlim şəraitinə baxmayaraq adaların xəritədə təsvirini verməyə nail olur. Qolovin daha sonra Petropavlovsk-Kamçatskə yan aldıqdan sonra quru yolla Sibir istiqamətində Peterburqa yola düşməyə üstünlük verir. Berinq dənizində körfəz, Kuril adaları arasında boğaz, Kunaşir adasında vulkan, Yeni Torpaqda dağ və burun Qolovinin adını əbədiləşdirir. 
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget