Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müseyibov Müseyib Ağababa oğlu

Müseyibov Müseyib Ağababa oğlu — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi.Müseyib Müseyibov 1927-ci il may ayının 5-də Tovuz rayonunun Qaraxanlı kəndində dünyaya göz açmışdır.


Müseyibov Müseyib Ağababa oğlu — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi.Müseyib Müseyibov 1927-ci il may ayının 5-də Tovuz rayonunun Qaraxanlı kəndində dünyaya göz açmışdır. İkinci dünya müharibəsi illərində orta və ali məktəbi bitirmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) aspiranturaya daxil olmuşdur. "Ceyrançölün geomorfologiyası" mövzusunda namizədlik dissertasiyasını 1954-cü ildə müvəffəqiyyətlə müdafiə edib, 27 yaşında coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
1954-cü ildən ADU-nun Fiziki coğrafiya kafedrasında çalışmış, 1955-ci ildə dosent vəzifəsinə seçilmiş və 1960-cı ildən həmin kafedraya rəhbərlik etməyə başlamışdır. Müəllimləri Heydər Əfəndiyev, Məmmədəmin Salayev, Hadı Əliyev, Abdulla Şahbazov və başqalarının əhatəsində elmi fəaliyyətini davam etdirərək, 1963-cü ildə "Orta Kür əyilməsinin geomorfologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1964-cü ildə professor elmi adı almışdır.
Hələ ötən əsrin 70-ci illərindən keçmiş SSRİ Ali Təhsil Nazirliyinin Ali Coğrafiya Təhsili elmi-metodik şurasının (hazırda Rusiya Federasiyasında) üzvü, Azərbaycan SSR Ali Təhsil, sonralar Təhsil Nazirliyi elmi-metodik şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən BDU-nun Coğrafiya fakültəsinin dekanıdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvüdür.
Onun rəhbərliyi ilə 20-dən artıq elmlər doktoru və elmlər namizədi yetişmişdir.
Coğrafiya elmi və onun aparıcı sahələrindən olan landşaftşünaslıq, geomorfologiya və neotektonik hərəkətlərin tədqiqi sahəsində apardığı araşdırmalar təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin bir çox respublikalarında, həmçinin Almaniya, Fransa və s. ölkələrdə öyrənilmişdir.
Dəfələrlə beynəlxalq simpozium, konqres və konfranslarda iştirak etmişdir. 1972-ci ildə Kanadada, 1976-cı ildə isə Moskvada keçirilən Beynəlxalq Coğrafiya Konqresinin, 1980-ci ildə "Palecoğrafiyaya aid sovet" Amerika simpoziumunun, SSRİ Coğrafiya Cəmiyyətinin Qurultaylarının (Lvov, Tbilisi, Bişkek, Leninqrad, Moskva və s.) iştirakçısı olmuşdur. Hazırda beynəlxalq məzmunlu elmi-tədqiqatlarını davam etdirərək, Almaniya, Fransa, Rusiya, Gürcüstan alimlərilə birgə "Qafqazın geosiyasi xəritəsi" üzərində işləyir.
400-dən artıq məqalənin, 9 monoqrafiyanın, 25 kitabın müəllifidir.4 sentyabr dahini itirdik!
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget