Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Həsən bəy Məlikov (Zərdabi)

Həsən bəy Məlikov (Zərdabi) (1837-1907) — Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi


Həsən bəy Məlikov (Zərdabi) (1837-1907) — Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə",1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi (1873-cü il), Rusiyada ilk turkdilli qazetin – "Əkinçi"-nin naşiri, Azərbaycan mətbuatının banisi (1875-ci il iyul ayının 22-si), Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri(1906). Dahi mütəfəkkir, çoxsahəli və çoxşaxəli elmi bilik sahibi olmuş Həsən bəy Zərdabi yaradıcılığı dövründə Azərbaycanda bir çox elmlərin əsasını qoymuşdur. Onun xalqının, millətinin tərəqqisi yolunda elmi, nəzəri, təcrübi işləri, ideyaları, tövsiyələri ilə göstərmiş olduğu xidmətlər hər bir Azərbaycan ziyalısına yaxşı məlumdur. Həsən bəyin və eyni zamanda, onun ailə üzvlərinin göstərmiş olduğu xidmətlər bu gün də öz aktuallığı ilə müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməkdədir. Həsən bəy Zərdabinin çoxsahəli fəaliyyəti, çoxşaxəli elmi bilik sahibi olması respublika alimlərinin və ziyalılarının diqqətini cəlb etmiş, 1944-cü ildən başlayaraq ayrı-ayrı illərdə onun fəlsəfi, siyasi, hüquqi, iqtisadi görüşləri, materialist düşüncə tərzi, coğrafi görüşləri, demokratlığı, mədəni həyatımızda rolu, jurnalistliyi və çoxşaxəli elmi fəaliyyəti araşdırılmış, ölkənin tanınmış alim və ziyalılarının bütün bunlara dair bir çox dəyərli elmi məqalələri və qiymətli elmi-tədqiqat əsərləri işıq üzü görmüşdür. Həsən bəy Zərdabi təkcə Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq, əkinçilik, aqrokimya, bitkiçilik, meyvəçilik və digər elmlərin deyil, eyni zamanda, bu elmlərlə sıx əlaqədə inkişaf edən yerquruluşu elminin də banisidir. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1865-ci ildən ilk əmək fəaliyyətinə Tiflisdə “Mejavaya Palata” İdarəsində yerquruluşçusu-torpaq islahatçısı kimi başlayan H.Zərdabinin bu sahədəki tarixi xidmətləri tədqiq olunmamışdır. Onun aqrar elmlərin və əkinçilik mədəniyyətinin banisi olmasının tarixi reallıqları barədə aparılan tədqiqatlarını, elmi, hüquqi və təcrübi məsələlərini az da olsa işıqlandırılmağa çalışmışıq.http://www.zerdab.com
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget