Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Afrikanın Gölləri

Afrikada müxtəlif mənşəli göllər vardır. Ən böyük göllər tektonik çökəklərdə yerləşir. Səhra və semiarid vilayətlərin çökəklərində relikt göllər, yaxud onların qurumuş çalaları qalmaqdadır.Vulkanik ərazilərdə vulkan gölləri vardır.Qvineya körfəzinin şimal sahilində isə laqunalara rast gəlmək


Afrikada müxtəlif mənşəli göllər vardır. Ən böyük göllər tektonik çökəklərdə yerləşir. Səhra və semiarid vilayətlərin çökəklərində relikt göllər, yaxud onların qurumuş çalaları qalmaqdadır.Vulkanik ərazilərdə vulkan gölləri vardır.Qvineya körfəzinin şimal sahilində isə laqunalara rast gəlmək mümkündür.
 Neogendən əvvəl Afrikada çox böyük relikt göllər olmuşdur.Çad və Konqo çökəyinin geniş bir hissəsini tutan göllərin bir qismi iqlimin aridləşməsi nəticəsində ya tamamilə qurumuş, yaxud dayaz və kiçik göllərə çevrilmişdir (Çad,Əl-Cuf, Kattara, Atlas və Tunis Şottları,  Makarikari, Nqami ). İqlimin tərəddüdü ilə əlaqədar olaraq Şərqi Afrika yaylası göllərinin də səviyyəsi xeyli aşağı düşmüşdür, onlardan bək çökəklərin az bir hissəsini tutur (Rudolf,Rukva və s.).
   Afrika göllərinin əksəriyyəti şərqi Afrika qrabenləri zonasında yerləşir.Burada sahəsinə görə ən böyük göl Viktoriya,dərinliyinə görə isə Tanqanikadır.Bu göl Baykal gölündən sonra dərinliyinə görə dünya gölləri arasında ikinci yerdə durur.Vulkan-bənd göllərindən ən böyüyü Həbəşistan yaylasındakı Tana gölüdür.Göllər şərqi Afrika landşaftının ən görkəmli elementlərindən biridir.Şirin sulu olduğundan yerli əhali qədimlərdən bu göllərin sahilində məskən salmışdır.Səhra gölləri və axarsız göllərdən Rudolf gölünün suyu duzludur.Çad gölündən Bedele çökəyinə olan yeraltı axar onun suyunu şirin saxlayır.

Afrikanın böyük gölləri

Adı                         Sahəsi km2                  Maksimum dərinliyi
Viktoriya                       
68000                                                
80m

Tanqanika                    32900                                               1435m
Nyasa                            30800                                                 706 m
Rudolf                          8500                                                    73m
Mveru                         5000(yaxın)                                         14m
Albert                          4200                                                     48m
Kivu                             3000                                                   780m
Eduard                        2000                                                     114m
Çad                            10000(yaxın-daşqın zamanı 20000)           7m-ə qədər
Tana(Dembea)          3100-3600                                               72m
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget