Asiya yer kürəsinin ən böyük qitəsidir. Asiya çox böyük məsafədə qərbdən şərqə və cənubdan şimala uzanır. Ucqar nöqtələri şimalda Çelyuskin burnu, cənubda Piay burnu, qərbdə Baba burnu, şərqdə Dejnev burnudur. Cənubda Asiya qitəsinə aid edilən Malay arxepalaqı adaları 11º c.e qədər, şimalda isə Şimal Torpağı adaları 81ºşm.enliyinə qədər uzanır. Beləliklə Asiya ərazisi meridian istiqamətində cənubdan şimala 93º-yə qədər,enlik istiqamətində,qərbdən şərqə 63º.50´ uzanır. Qitənin ən geniş yeri subtropik enliklerdə yerləşir.Asiyanın sahəsi Qafqaz və Zaqafqaziya ilə birlikdə 43 448min km2-ə çatır. Bundan 8 milyon km2 yarımadaların, 2mln.km2-dən bir qədər artığı adaların payına düşür. .Xarici Asiyanın sahəsi 26 mln.km2-dir. Qitənin şimal sahilləri nisbətən zəif parçalanmışdır. Burada Taymır, Yamal və Qıdan yarımadaları,qitə dayazlığı üzərində isə Şimal Torpağı, Novosibir arxipelaqları və Vrangel adası yerləşir. Şərq sahil çox parçalanmışdır.
Şərqdə böyük yarımadalardan Kamçatka, Koreya,adalardan Kuril adaları, Yapon, Ryukyu, Tayvan və Filippin adaları və s.göstərmək olar. Şərq sahildə qövs şəklində şimaldan cənuba uzanan adalar ilə qitə arasında dərin kənar dənizlər- Oxot, Yapon, Sarı, Şərqi Çin və Cənubi Çin dənizləri yerləşir. Qitənin cənub-şərqində Hind Çin yarımadası və Malay arxepalağı adaları (Kalimantan, Yava,Sumatra, Sulavesi və s.)yerləşir. Cənub və cənub-qərb sahil zəif parçalanmışdır. Burada Asiyanın Hindistan, Ərəbistan,qərbdə Kiçik-Asiya kimi böyük yarımadaları vardır.Şimal-şərqdə Asiya ilə Şimali Amerikanı ensiz (85km) və dayaz Berinq boğazı ayırır. Suveyş kanalı çəkilənə qədər cənub-qərbdə Suveyş bərzəxi Asiyanı Afrika ilə birləşdirirdi. Avropa ilə sərhəd qurudan keçir. Asiya ərazisinin böyüklüyü və yığcamlığı ilə əlaqədar olaraq onun daxili vilayətləri dəniz sahillərindən 2-2.5min km uzaqda yerləşir (Avropada 600km)
Asiya orta yüksəkliyinə görə də qitələr arasında birinci yerdə durur.(Asiya 940 m,Afrika 750 m,Avropa 320 m) . Ərazinin böyüklüyü,oroqrafik quruluşunun mürəkkəbliyi və daxili vilayətlərin dənizlərdən çox uzaqda,yüksək dağlar arxasında yerləşməsi,qitənin daxili və kənar hissələrində tamamilə müxtəlif landşaft komplekslərinin inkişafına səbəb olmuşdur. Xarici Asiyanın kənar hissələri (Qabaq Asiya müstəsna olmaqla) dəniz və okeanların təsiri altında qalır. Buna görə də,qitənin kənar hissələri üçün rütubətli musson iqlimi səciyyəvidir. Qitənin daxili hissələrini şərq və cənubdan əhatə edən yüksək dağ silsilələri dənizlərdən gələn rütubətli musson havalarına çevrilmiş yamacları olduqcaq bol yağıntı aldığı halda,həmin dağların daxili yamacları quru iqlimə malikdir. Qitənin daxili hissələrinin qapalı və yarımqapalı sahələri kəskin kontinental iqlim və arid landşaftı ilə səciyyələnir.
Asiya dünyada ən yüksək dağ silsilələrinin,dağlıq yaylaların və axarsız hövzələrin olması,eyni zamanda geoloji inkişafının daha mürəkkəbliyi ilə də başqa qitələrdən seçilir. Qitənin ayrı-ayrı morfostruktur sahələri bir-birindən kəskin sürətdə fərqlənir. Asiyada fiziki-coğrafi zonallıq olduqca mürəkkəbdir. Bu bir tərəfdən qitənin böyük məsafədə qərbdən şərqə uzanması ilə,digər tərəfdən daxili sahələrlə kənar sahələrin rütubətlənmə dərəcəsində ciddi fərq olması ilə izah edilməlidir. Yuxarıda qısa şəkildə göstərilən əlamətlərdən aydın olur ki, Asiya yer kürəsində ən mürəkkəb ,
ən maraqlı təbii-coğrafi xüsusiyyətlərlə zəngin bir qitədir.
Yorum Gönder