Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Asiya qitəsinin Faydalı qazıntıları

Asiya qitəsi faydalı qazıntılarla olduqca zəngindir.Ayrı-ayrı geoliji formasiyalar və geosinklinal sahələrlə müxtəlif filiz,qeyri-filiz faydalı qazıntı yataqları əlaqədardır. Asiyada qeyri-filiz faydalı qazıntılardan daş kömür və neftin olduqca böyük ehtiyatları vardır.


Asiya qitəsi faydalı qazıntılarla olduqca zəngindir.Ayrı-ayrı geoliji formasiyalar və geosinklinal sahələrlə müxtəlif filiz,qeyri-filiz faydalı qazıntı yataqları əlaqədardır. Asiyada qeyri-filiz faydalı qazıntılardan daş kömür və neftin olduqca böyük ehtiyatları vardır. Daş kömürün böyük yataqları şimal və şimal-qərbdə Tunqus, Lena, Çeremxova, Kuznetsk hövzələri, Karaqanda, Saxalin və s.yerlərdədir. Xarici Asiyada isə daş kömür yataqları Yaponiyada,Şimal-Şərqi Çində, Koreyada, Hindistanda və s. ölkələrdədir. Asiyanın neft yataqları platformaların çöküntü örtük qatı ilə, orogen sahələrdə isə dağarası və dağətəyi çökəklərin molass çöküntüləri ilə əlaqədardır.
Platforma örtüyünün zəif qırışmış çöküntü qatlarında olan böyük neft-qaz ehtiyatları Qərbi-Sibirdə, Ərəbistan platformasının şərq və şimal-şərqində
əyilmələr sahəsində məlumdur. Hazırda bu iki platforma neft-qaz yataqlarının zənginliyinə görə dünyada görkəmli mövqe tutur. Dağətəyi və dağarası əyilmələr sahəsinin tektonik strukturları ilə əlaqədar olan böyük neft-qaz yataqları İraqda, İranda, Zaqafqaziya depressiya sahəsində, Türkmənistanda və Mərkəzi Asiyanın bəzi çökəklərində, Cənubi və Cənub-Şərqi Asiyada yerləşir. Şimal və Ön Asiya qitənin başqa böyük sahələrinə nisbətən bu cəhətdən daha zəngindir. Hazırda neft çıxarılmasına görə Ön Asiyada İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı, Cənub-Şərqi Asiyada isə Birma mühüm yer tutur.
 Asiyada böyük dəmir filizi yataqları qədim qırışıqlıq sahələrində skarn intruzivləri və metamorfik komplekslərlə əlaqədardır. Qazaxıstanda, Yenisey təpəliyində, Zabaykalyedə, Anqara sahillərində, Xarici Asiyada isə Mancuriya-Koreya dağlarında, Hindistanda Çuxota-Nakpur yaylasında dəmir filizi yataqları istismar edilir. Xromitin dünya əhəmiyyətli yataqları Türkiyədədir. Asiyada əsas əlvan metal yataqları qitənin qədim kristallik,metamorfik və qırışıqlıq sahələri ilə əlaqədardır.Qazaxıstanda (Çezqazqan, Baykonur və s.), Filizli Altayda, Salair təpəliyində, Şərqi Asiyada, Ön Asiyanın Alp qırışıqlığı sahəsində bir çox əlvan metal yataqları məlumdur. Qızılın ən məşhur yataqları Sibirdə , Uzaq Şərqdə, Hindistanda və başqa sahələrdədir. Asiyanın şərq və cənub-şərqində Sakit okean filizli qurşağında zəngin polimetal yataqları (qalay, quğuşun, civə,sürmə və s.) yerləşir. Bu qurşaqda dünya əhəmiyyətli olan polimetal yataqları vardır.Qiymətli qeyri-metal faydalı qazıntılardan almaz yataqları son zamanlar Yakutiyada  müəyyən edilmiş və hazırda istismar edilməkdədir. Daşduzun əhəmiyyətli yataqları Ön Asiyada ( İran, Pakistan və  s.) və Sibirdədir. Mirablit Qaraboğaz-Qol körfəzində çıxarılır.Asiya müxtəlif tikinti materialları və mərmərlərlə də ( Sibir və cənubi Asiya )olduqca zəngindir. 
Asiyanın böyük çaylarının hidroenerji ehtiyatları tükənməzdir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget